Dövlət Gömrük Komitəsinin yeni xidməti tənqid olundu
25-09-2020, 14:21
339

Dövlət Gömrük Komitəsinin yeni xidməti tənqid olundu

"Gömrük Komitəsinin vətəndaşlara "xaricdən 3 corab gətirəndə də ASAN loginlə həm daşıyıcı şirkətə, həm bizə bəyannamə ver" dediyi tətbiqi yoxladım. Tətbiq ingiliscə açılır, hələ 5-10 nəfər yoxlayıb, artıq gec yüklənir. Azərbaycan dilinə çevirirsən, telefon nömrəsi yerinə hərflər yazırsan, qəbul edir. İzləmə ID yerinə hərflərlə cümlə yazırsan, qəbul edir".
Bunu ictimai fəal Bəxtiyar Hacıyev bildirib.
B.Hacıyev proqramın ancaq ingilis dilində olmasını da tənqid edib: "Malların təsnifatı ancaq İNGİLİS dilindədir. Məsələn, hansısa rayonda yaşayan, Türkiyədən məmədan alan biri nə bilsin Bra nə deməkdir?
Növbəti mərhələlər də ingilis dilində çıxır. Məsələn, mən Medellin, Kolumbiyadan Escobar LTD-nin göndərdiyi 3 ton kokoa tozunu bəyan etmək istəyirəm, ingiliscə yazırlar. Axırda gətirib bəyannaməni təqdim etmək istəyirsən, yazırlar "xəta baş verdi". Vətəndaşın bəyannamədə düzəliş etmək imkanı da yoxdur".
"Hörmətli Dövlət Gömrük Komitəsi, biz belə vəziyyətdə olan tətbiqi nəinki mətbuata, heç dost-tanışa göstərmirik ki, ayıbdır. Siz vətəndaşın ayda 300 dollarlıq xaricdən alış-verişini də çox görüb, öz ticarət mərkəzlərinizdən daha baha almaları üçün qarşılarına əngəllər yaratmısınız, onu da bu səviyyədə, test etməmiş, başdan-ayağa xətalarla. Ayıbdır, normal işlərlə məşğul olun, imkan verin vətəndaş asan yolla ucuz mallar alsın, daşıyıcı şirkətlər də birbaşa sizə bəyan eləsin", - deyə ictimai fəal vurğulayıb.(Dominant.az)


Oxşar xəbərlər

Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Sifarişlərlə bağlı qərar 3 günə qüvvəyə minəcək - DGK
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
“Gəncə paxlavası”ndan 105 min dollar çıxdı
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var” - ETİRAZ
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
Bəxtiyar Hacıyev BNA-ya müraciət edtdi: “1-2 milyon da bizə ayırın, fifty-fifty də bölək”
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Ukrayna Prezidentindən Azərbaycanla bağlı paylaşım - FOTO
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Səfər Mehdiyevdən PA rəhbərinə şikayət olundu - Qanunsuz ƏDV tələb olunur...
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
“Bu hal şəxsən məni narahat edir, biz bunun səbəbini öyrənməliyik”
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi