Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
25-09-2020, 15:13
432

Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, İmişlidə 10, Füzulidə 5, Ağdamda 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Moderator.az -a bildirilib ki, Füzuli rayonunun İkinci Mahmudlu kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev iştirak edib.

Tədbirlərdə Prezident İlham Əliyevin sosial siyasətinin əsasında vətəndaş amilinin dayandığı, həssas əhali qruplarının rifahına yönələn tədbirlərin geniş vüsət aldığı vurğulanıb. 

Bildirilib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda, yəni azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Füzuli, Ağdam, İmişli rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 617 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 63 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8205 mənzil və fərdi ev təqdim edilib.














Oxşar xəbərlər

Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
Aprel şəhidlərinin ailələrinə yeni ev tikilir - VİDEO
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Aprel şəhidlərinin övladları himayəyə götürüldü
Neçə icra başçısının başı ağrıyacaq
Prezident və xanımını toya dəvət etdilər
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötür
Prezident və xanımı mənzil və avtomobillərin təqdimatında iştirak edib - FOTO
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş? – VİDEO
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Şəhidin "qan pulu"na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"