PA-nın keçmiş şöbə müdiri həbsə gedir... - GƏLİŞMƏ
25-09-2020, 15:56
53

PA-nın keçmiş şöbə müdiri həbsə gedir... - GƏLİŞMƏ

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun qəfildən "qeybə çəkilməsi" onun personasına olan marağı azaltmayıb. Hazırda qaldığı məkanı gizli saxlayan Həsənovun çoxillik məmur fəaliyyəti ən müxtəlif kontekstlərdən təftiş edilir. Müstəqil araşdırmalar zamanı ortaya çıxan faktlar sabiq məmurun təmiz reputasiyaya sahib olmadığını bir daha sübut edir.

Yenisabah.az xatırladır ki, Əli Həsənov avqustun 19-da gecə səssiz-səmirsiz ölkəni tərk edərək Türkiyəyə gedib. Ertəsi gün mediaya onun səhhətində problemlərin olduğuna dair məlumatlar ötürüldü. Sabiq şöbə müdirinin Türkiyədə ürək-damar xəstəlikləri üzrə ixtisaslaşmış məşhur "Ersek” klinikasında müalicə olunduğu bildirildi. Aradan çox keçmədən onun özü də bu məlumatları təsdiqlədi. Sağlıq durumunun son dərəcə ağır olduğunu qabardan keçmiş müdir səhhətinin arxasında gizlənərək, qısa müddət də olsa siyasi ittihamların hədəfindən yayınmağı bacardı. Amma “Ersek” ürək-cərrahiyyə klinikası xəstələrin arasında Həsənov Əli Məhəmməd oğlu adlı pasiyentin olmadığını açıqlayandan sonra onun gizli niyyəti aşkara çıxdı. Məlum oldu ki, Əli Həsənov Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra qopacaq tozanaqda "boğulmamaq" üçün vaxtında aradan çıxmağı bacarıb.

Hazırda ən çox sual doğuran məsələlərdən biri Əli Həsənovun hansı səbəbdən "kölgəyə" çəkilməsidir. Ölkədə siyasi proseslərin sürətləndiyi bir vaxtda postunu itirəndən sonra hakimiyyətdən narazı qalan sabiq məmurun hər vəchlə səssziliyini qoruması diqqətdən kənarda qala bilməz. Həsənov bir vaxtlar ona hamilik etmiş Ramiz Mehdiyev kimi niyə ünvanına səslənən ittihamlara cavab vermir? Keçmiş köməkçinin susmasına səbəb nədir?

Apardığımız araşdırmalar zamanı Əli Həsənovun hakimiyyətdə bütün dayaqlardan məhrum olduğu bir daha təsdiqləndi. Keçmiş komanda yoldaşlarının dediyinə görə, hazırda o, iqtidar komandası üçün "arzuolunmaz adam" sayılır. Üstəlik, özünün iddia etdiyinin əksinə olaraq, hakimiyyətlə heç bir bağı qalmayıb.

Mənbə deyib ki, Əli Həsənov hakimiyyətdə təmsil olunanda da xüsusi çəki və nüfuz sahibi olmayıb. İntriqalara meylli olduğu üçün komanda yoldaşları həmişə onunla məsafə saxlamağa çalışıblar. Ayrı-ayrı məmurlarla bağlı mətbuata kompromat ötürməsi sabiq köməkçini nifrət obyektinə çevirib. Səlahiyyətlərinə xitam verildikdən sonra hansısa məmurun onunla əlaqə qurması qeyri-mümkün sayılır.

Məlumatlı şəxs Əli Həsənovun "yoxa çıxmasına" da aydınlıq gətirib. Qeyd edib ki, sabiq köməkçinin əməllərində cinayət tərkibinin olduğu artıq heç kimə sirr deyil. İstintaq orqanlarının əlində təkzibedilməz sübutlar var. KİVDF-ylə bağlı araşdırmalar bu faktları daha da "zənginləşdirib". Fondun sabiq icraçı direktorunun istintaqa verdiyi ifadələr Həsənovun məhbəsə gedən yolunu xeyli qısaldıb. Ölkəyə dönəcəyi təqdirdə istntaqçıların "qonağı" olacağını yaxşı anlayan Həsənov çıxış yolunu xaricdə gizlənməkdə görür.

Qeyd edək ki, Əli Həsənovun İstanbuldan Dubaya getdiyinə dair məlumatlar da var. Onun Türkiyəni tərk etməsi istisna olunmur. Hətta Türkiyədən qaçsa belə qanunlardan qaçması mümkün olmayacaq...

Oxşar xəbərlər

Əli Həsənov şantaja keçir: Siyasi alver
Əli Həsənovun qırmızı yalanı
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Əli Həsənov tapıldı
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı
Əli Həsənov "Klivlend"də müalicə olunur
Əli Həsənovun Bakıdakı buyruqqulusu kimdir? - İDDİA
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Əli Həsənov xəstə olduğunu sübutlayan SƏNƏDLƏRİ YAYDI - FOTO
Əli Həsənov səhhətindən danışdı - Yenilənib
Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi
Əli Həsənov da vəzifəsindən azad edilir
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Sabiq deputat: “Sən müalicə olunma, Əli Həsənov, onsuz da ölmüsən...”
Əli Həsənov mediadan birdəfəlik gedir
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Əli Həsənovun Antalyadakı villasının qiyməti neçəyədir? - FOTO
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Əli Həsənov istintaqa cəlb edilə bilər - Açıqlama
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldü
“Gərək Əli Həsənovu həbs edəydilər” - Elçin Şıxlı