Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
27-09-2020, 01:48
59

Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?

Yevlax Şəhər İcra hakimiyyəti "Təmir-İnşaat” MMC ilə maliyyə dəyəri 630 353 AZN olan müqavilə bağlayıb. Müqaviləyə əsasən şirkət Yevlax şəhərində avtomobil yollarını əsaslı təmir etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatına görə, "Təmir-İnşaat” MMC 15 dekabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin Yevlax rayonu, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmtiyev Raquf Rəhim oğludur.
"Təmir-İnşaat” 10 manatlıq şirkət olsa da, dövlət qurumları milyonluq layihələri bu MMC-yə etibar edir. Məsələn, 2019-cu ildə Dövlət Avtomobil Yolları Agentliyi şirkətlə maliyyə dəyəri 2 300 000 AZN olan müqavilə imzalayıb. 
Şirkətin qanuni təmsilçisi Raquf Məmtiyev keçmiş məmur olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (ƏƏSMN DSMF) Bərdə şöbəsinin müdiri vəzifəsində işləyib. Raquf Məmtiyevin bu vəzifəyə təyin olunmasında ƏƏSMN-nin keçmiş rəhbəri Səlim Müslümovun rolu olduğu deyilir. Mediada da keçmiş şöbə müdiri sabiq nazirin yaxın adamı kimi qələmə verilir. Sahil Babayevin Səlim Müslümovu əvəzləməsindən sonra Raquf Məmtiyevi tutduğu vəzifədən azad etməsi iddiaların əsassız olmadığına şübhələri artırır. 
Raquf Məmtiyev yüksək vəzifəli məmur olmasa da, vaxtaşırı medianın diqqətinə gəlib. Onun rüşvət və korrupsiya əməliyyatlarında iştirakı barədə mətbuatda çoxsaylı materiallar dərc edilib. 
Böyük ehtimalla "Təmir-İnşaat”ın milyonluq tenderlərdə qalib olması Raquf Məmtiyevin məmur karyerası ilə bağlıdır. Yəni, o əlaqələrindən istifadə edərək dövlət satınalmalarında pay sahibi ola bilib. Bəzi iddialara görə, şirkət Səlim Müslümova məxsusdur. Raquf Məmtiyev isə sadəcə icraçıdır. /yenisabah.az/

Oxşar xəbərlər

İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər BAĞLANIR
Sahil Babayevdən yeni TƏYİNAT
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı - Foto
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Yeni yaradılan şirkət ləğv olunur
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
Bir manatlıq şirkətə milyonluq tender verildi
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət ləğv olunur
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Qafqaz Universiteti ləğv olunur
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Talıbovun oğlunun holdinqi daha iki şirkət təsis edib?