Son günlər Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətlər durmadan artmaqdadır. Hər halda, bu məqamın artıq "yuxarıların" da nəzərində olduğunu keçən günlərdə xəbər vermişdik və bildirmişdik ki, artıq sözügedən sektorda təmizləmələrə başlanılacağı haqda iddialar var.

Qeyd etdiyimiz kimi, bu arada isə şikayətlər gəlir. DİA.AZ bildirir ki, Bakı sakini Emin Türksoy "Müştəriyəm Şikayətim Var" sosial qrupunda aşağöıdakı şikayətini ifadə edir:

"Şikayətim Dövlət Gömrük Komitəsindəndir. Yəni elə olmalıdır? Bu 300$ mövzusundan sonradırmı ya nədirmi... bağlamalar artıq 1 həftədir gömrük yoxlanışındadır. 1 günə bura çatır, 1 həftə gömrükdə yoxlanışda olur.

Bu nə qədər doğrudur və bununla bağlı kimə şikayət edək ki, dərdimizə əlac etsinlər?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...