Fuad Muradov nə işlə məşğuldur? - İTTİHAM
28-12-2020, 12:44
152

Fuad Muradov nə işlə məşğuldur? - İTTİHAM

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sərt tənqid edilib.

Pia.az-ın xəbərinə görə, F.Muradov sosial şəbəkədəki hesabında Azərbaycan diasporunun xüsusi fəallıq göstərdiyini yazıb.

F.Muradov bildirib ki, Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb: “Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən 30 ölkədən 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunur”.

F.Muradovun açıqlaması birmənalı qarşılanmayıb. Xaricdə yaşayan azərbaycanlılar komitənin fəaliyyətindən narazılıqlarını bildiriblər.

Jurnalist Tünzalə Rafiqqızı: “Hörmətli komitə sədri o tədbirlərə nə zaman, nə qədər vəsait ayrıldığını açıqlasın. Zəhmət olmasa, son Tovuz hadisələri və İkinci Qarabağ savaşında dəstək nümayiş etdirən və medal alan o fəallar kimdir, adlarını sadalasın. Mən qarışıq mitinqlərdə fəal olan yüzlərlə insan öz parasının hesabına, balasının boğazından kəsib, o mitinqlərə getmişik! Diasporla İş üzrə Dövlət Komitəsindən bir zərrə dəstək görməmişəm”.

Jurnalist Rəşid Mustafazadə: “Keçirilən tədbir və aksiyalarda komitə olaraq rolunuz nədən ibarət olub, hörmətli Fuad bəy və komandanız?”

Jurnalist Fərahim İlqaroğlu: “Hörmətli Fuad Muradov, heç bir diaspor fəaliyyətindən söhbət gedə bilməz. Təbii ki, söhbət sizin komitəyə bağlı, Azərbaycandakı vergi ödəyicilərinin hesabına formalaşan fonddan maliyyələşən təşkilatların fəaliyyətindən gedir. Həmin təşkilatlar 20 nəfərdən artıq adamı bir yerə yığmağı bacarmayıb. Səs-küylü aksiya və yürüş mitinqlərinin əksəriyyəti Avropada, xüsusilə Almaniyada yaşayan mühacir azərbaycanlılar tərəfindən təşkil olunub. Diaspor fəaliyyətinin iqtidarı, müxalifəti olmur, ancaq buna siz və rəhbərlik etdiyiniz komitə əməkdaşları, yuxarıda qeyd etdiyim kimi vergi ödəyicilərinin pullarını kabab qonaqlığına, şəkərbura-paxlava paylamaq kimi mənasız tədbirlərə xərcləyənlər şərait yaradıblar”.

Digər istifadəçilər də komitə rəhbərliyini tənqid ediblər. Qurumun fəaliyyətini müsbət qiymətləndirənlər də olub.


Oxşar xəbərlər

Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt
Komitənin nümayəndə heyəti Nyu-Yorkda
Türkiyə diasporunun nümayəndələri Gəncədədir
Məşhur müğənni Qarabağdakı döyüş yolundan DANIŞDI
Lalə Məmmədova cəbhədə olan həmkarından yazdı
Rüstəm Muradov Azərbaycana təhvil verilənlərin sayını açıqladı
Rüstəm Muradov Bakıya gəldi
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE
İsrailli nazir: "Daim Azərbaycanın yanındayıq"
İstanbulda Azərbaycana dəstək aksiyası
Şimali Kipr Türk Respublikasında “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib
Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI
“Ermənistan bu gün qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır“ - Komitə sədri
Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənildi
Səbaildə narkotacir saxlanılıb - Foto
Rus sülhməramlıların komandanı general Muradov barədə - MARAQLI FAKTLAR
DİN daha bir iddiaya aydınlıq gətirdi - "Anası dəfələrlə oğlu tərəfindən döyüldüyünü bildirib"
İordaniyadan Azərbaycana möhtəşəm dəstək - Foto
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Rus PUA-ları Qarabağda... – “24 saat uçuş”
General Rüstəm Muradovdan Hadrut açıqlaması: Vəziyyət necədir?
Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib
İlham Əliyevdən yeni TƏYİNAT
Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər
Diaspor nümayəndələrimiz arasında böyük qalmaqal
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
Rusiya televiziyasının Azərbaycana qarşı növbəti qarayaxması - VİDEO
Qardaş ölkədən Azərbaycana daha bir dəstək
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Ombudsman Səbinə Əliyeva qazilərlə görüş keçirdi