Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti niyə susur? - ETİRAZ
8-01-2021, 12:00
42

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti niyə susur? - ETİRAZ

Hökumətin gecə basqınçıları kimi yanacağın qiymətini gecəyarısı qaldırması birinci hal deyil. Artıq ölkə əhalisi hökumətin Tarif Şurasının gecə sürprizlərinə öyrəncəlidir. Nə yazıq, bu sürprizlər həmişə vətəndaşların ziyanına yönəlib. Tarif Şurasında qərarların kollegial qaydada qəbul edildiyini qurumun adı doğrulayır. Şuranın Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005 tarixli fərmanı ilə təsdiq olunan iqtisadiyyat nazirinin sədr olduğu 9 digər nazirliklərin və 2 dövlət komitəsinin müavinlərindən ibarət böyük tərkibi var . Düzdür, ötən 15 il ərzində bir sıra nazirliklər, məsələn, elə Vergilər Nazirliyi statusunu itirib, amma yenə də elə İqtisadiyyat Nazirliyinin yanında yer aldığından bu “itki”(lər) elə böyük önəm daşımır. Açıq -aşkardır ki, benzinin qiymətinin qalxması barədə qərar pandemiya ilə bağlı karantin rejimi çağı tam tərkibdə gecə yarısı qəbul edilə bilməz . Heç Prezident yanında əfv məsələləri komissiyası online qaydada toplana bilmirlər ki, dövlət sirridir, müzakirələr qırağa sıza bilər. Bəs Tarif Şurasının qərarı necə qəbul olunub? Aydındır ki, bu qərar bir nəfərin diqtəsi ilə gecə yarısı tətbiq edilib. Başqa variant, sadəcə, mümkün deyil !

Daha olan olub, benzin, dizel yanacağı yeni qiymətlərlə avtomobil çənlərinə dolub. Bəs bu qiymət artımına, əhalinin sosial müdafiəsi baxımından, istehlakçı hüquqlarının müdafiəsi, antiinhisar siyasəti yönündən fikrini, etirazını bildirən olmayıb? Nə olsun, Tarif Şurası kollegiallıq prinsipini pozmasını karantinlə bağlayır, indi ki, fikirlərini bildirə bilərlər, “arxadan atılan daş” yetkisi bağışlasa da. Onu da vurğulayaq ki, şuranın üzvü olan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinini qiymətin qalxmasından daha çox, əhalinin bu durumda sosial müdafiəsinin təşkili daha çox düşündürməlidir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin işi də adına uyğun deyil. Bu qurum istehlakçı hüquqlarının müdafiəsi ilə yox, pozmaqla tanınır. Özü də Tarif Şurasının sədri iqtisadiyyat naziri, tabeliyindəki hansısa qurum ona necə etiraz edə bilər?

Tarif Şurasının adına aldanmayın, qərarları bir nəfər diqtə edir. Amma niyə gecə yarısı? Bu, bir az qaranlıqdır . Gecə qaranlığı kimi. ..

Məğrur Bədəlsoy
XalqXeber.Az

Oxşar xəbərlər

Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
Bəzi dərmanların qiyməti bahalaşıb - NAZİRLİKDƏN AÇIQLAMA
Nazirlik dərman satanlara xəbərdarlıq etdi
Əsassız qiymət artımına qarşı nəzarət gücləndirilir - Diqqət!
Məmurların korrupsiya əməllərinə göz yuman qurumlar bunlardır - SİYAHI
Azərbaycanda ərzağın qiyməti ilə bağlı son durum - Video
Marketlərdə kəskin bahalaşma: Qiymətlər nə qədər artdı?
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
Dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır - Rəsmi
Tarif Şurasının qərarı niyə cəfəngiyyatdır? - 3 SƏBƏB
Digər ölkələrdə benzin və dizel neçəyədir? - Siyahı
Prezident yeni vəzifə təsis etdi
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
Maşın bazarında nə olacaq?  - “Çıxış yolu qalmır”
Təbii qazın da qiyməti qalxaqcaq? - Rəsmi açıqlama
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Niyə 12 saat işləyirik? - GİLEY
Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Tarif Şurası hamının maraqlandığı suallara aydınlıq gətirdi - RƏSMİ
İlham Əliyev fərman imzaladı
Tarif Şurası dizelin bahalaşmasının səbəbini AÇIQLADI (Video)
STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK... – Nazirliklər proqramın icrasını necə təmin ediblər?
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
“Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK
DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi
“Ucuz yanacağın qonşu ölkələrə qanunsuz daşınmasının qarşısı alınacaq” - Ekspert