Sakinlərin bitməyən "SİPARK" problemi... - GİLEY
11-01-2021, 09:18
38

Sakinlərin bitməyən "SİPARK" problemi... - GİLEY

Bakının Nərimanov rayonunun bir qrup sakini "Evrostroy-S.S” Məhdud Məsuliyyətli Cəmiyyətdən (hazırda "Sipark İnşaat”) şikayətçidir.

Onlar birinci dəfə deyil mətbuata və rəsmi qurumlara üz tuturlar.

Sakinlər Prezident Administrasiyasına, müxtəlif nazirliklərə yazaraq tikinti şirkətinin onların mənzillərini tikib başa çatdırmadığını bildirirlər. Dediklərinə görə, hələlik onlara cavab verən olmayıb: "Biz 2017-ci ilin oktyabrında "Evrostroy-S.S” MMC ilə müqavilə əsasında yaşadığımız ərazidən 20 aylığına kirayə evlərə köçürüldük. Amma şirkət ancaq özünə məlum olan səbəblərdən 20 ay müddətində tikintini yekunlaşdıra bilmədi və bizə yeni müqavilə imzalatdı”.

Sakinlərin söylədiyinə görə, həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti sürətlə davam edir və çox güman, ilin sonuna qədər bir neçəsi təhvil veriləcək: "Bir neçə qonşum mənəvi və psixoloji sarsıntılara tab gətirməyib vəfat etdi. Keçən ilin oktyabr ayında evsiz qalmağımızın 3 ili tamam oldu. Nərimanov rayonu İcra Hakimiyyətinə çoxsaylı şikayətlərimiz cavabsız qalıb. Həm İcra Hakimiyyəti, həm də şəxsən icra başçısı Abidin Fərzəliyev bizim binamızın vaxtında tikilib təhvil verilməməsində birbaşa məsuliyyət daşıyır".

Sakinlər kirayə pullarının verilməsində də ciddi problemlər yarandığını bildirirlər.

Şikayəti Həcər Mircəfərova, Nuriyyə Həsənova, Nüsrət Şirinov başda olmaqla, 30 nəfər imzalayıb.

"Toplum TV" şikayətə münasibət öyrənmək üçün "Sipark İnşaat” şirkətiylə əlaqə saxlayıb. Şirkətin sözcüsü İradə Nurəddinqızı sakinlərin dediklərini təsdiqləyib və yubanmanın müəyyən səbəblərlə bağlı olduğunu deyib: "O ərazidə həddindən çox qurunt suları vardı. Tikinti başalayanda bunu sakinlər özləri də görmüşdülər. O suların təmizlənməsi, demək olar ki, 1 il çəkdi. Buna sakinlər özləri də dəfələrlə şahid olublar".

İ. Nurəddinqızının sözlərinə görə, sonrakı dövrdə pandemiya və İkinci Qarabağ müharibəsi ləngimələrə səbəb olub.

O, 2021-ci ilin sonuna kimi tikintinin başa çatacağını və mənzillərin təmirli şəkildə sakinlərə təhvil veriləcəyini bildirib.

Şikayətdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısının adı da hallanır.

"Toplum TV”-nin əməkdaşı icra hakimiyyətinə zəng vursa da, basçı ilə danışa bilməyib, hər dəfə onu müxtəlif şöbələrə yönləndirsələr də, suallara konkret cavab verən olmayıb.

Məsələnin hüquqi tərəfinə münasibət bildirən hüquqşünas Zibeydə Zəkəriyyəyeva qeyd edir ki, sakinlər ilk olaraq bağlanmış müqaviləyə baxmalıdırlar.

Yerləşdirilmə gecikərsə, onlar məhkəməyə müraciət edib kompensasiya tələb edə bilərlər: "Əgər fövqəladə hal baş veribsə, məsələn, qurunt suları, pandemiya və s. müqavilədə mütləq fors-major kimi qeyd edilməli idi. Müqaviləyə baxmaq lazımdır. Yenə də sakinlərin hüququ var ki, məhkəməyə müraciət etsinlər".

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov hələ 3 il öncə bildirmişdi ki, quruma ən çox şikayət daxil olan tikinti şirkətlərindən biri "Evrostroy-S.S” MMC-dir.

O, adını sadaladığı 40-dək tikinti şirkəti arasından birinci "Evrostroy-S.S”-in adını çəkmişdi, bildirmişdi ki, "...tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq".

Artıq 2021-ci ildir, amma hələ də vəziyyət dəyişmir.

Oxşar xəbərlər

“Sipark İnşaat” insanları evsiz qoyub, kirayə pullarını verməkdə də çətinlik çəkir - ŞİKAYƏT
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
“Sipark” Əli Həsənova necə verilib?
İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
“Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Bakıda bu binalar söküləcək
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər”
Azərbaycanda ilk ödənişli yolun videosu yayıldı
“Proqress 2016” MTK-nın fırıldağı istintaqda: - Səməndərov həbsə gedir?
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...
Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi
Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video
Xətai rayonun icra başçısı "arxalı" "Qaya-İnşaat" MTK-nın əlində aciz qaldı
Koronavirusa rəğmən bu yeni stansiya fəaliyyətə başlayacaq - RƏSMİ
“Cavid-2016” MMC -dən -AÇIQLAMA
“Diqlas”ın yerində hansı obyekt tikiləcək? - Açıqlama
Maduronu devirmək üçün ABŞ şirkəti ilə milyonlarla dollarlıq müqavilə - İDDİA
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
"Azsığorta" 3 ildir vətəndaşı süründürür - GİLEY
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - GİLEY
Ermənistanda 35 min nəfər ölüb – Maraqlı rəqəmlər
Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...
Səfər Mehdiyevin "As İnşaat-N" sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?