Zaqatala sakini çarəsiz durumda... - GİLEY
14-01-2021, 09:44
54

Zaqatala sakini çarəsiz durumda... - GİLEY

Vətəndaşlar hüquqlarının müdafiə olunmasını kimdən tələb edəcəklərini bilmirlər. DİA. AZ bildirir ki, belə çarəsiz durumda qalanlardan biri də Zaqatala sakini Eldar Atayevdir.

O, şikayətində deyir ki, zəlzələdən sonra onun evinin tikintisinə ayrılmış vəsaitin məbləğini öyrənmək üçün dəfələrlə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı sorğuya cavab ala bilməyəndə kömək üçün Ombudsman Aparatına üz tutub: "Ombudsmanın geniş səlahiyyəti var, dövlət orqanlarını vətəndaşın istədiyi açıq məlumatları ona verməyə məcbur edə bilər. Bunu nəzərə alıb Ombudsman Aparatından bu məsələdə kömək istədim. Həm özüm, həm də vəkilim Ombudsmana məktub yazdıq. Nəticəsi olmadı...".

E.Atayev dekabrda FHN-in dövlət vəsaitləri haqda məlumatları verməməsi ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdi. Həmin şikayət Zaqatala rayon Prokurorluğuna yönləndirilib. Şikayətçinin sözlərinə görə, Zaqatala rayonunun prokuroru Rasim Musayev dekabrın 26-da göndərdiyi cavab məktubunda ona ya məhkəməyə, ya da Ombudsmana müraciət etmək hüququnu xatırladıb: "Ombudsmana müraciət etmişdim də... Kömək eləmir".

Oxşar xəbərlər

Zaqatalada iribuynuzlu mal-qara güllələnib - Foto
Zaqatalada OLAY: - sabiq məmur intihar edib
Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyib
Narkobaron “Çopur Ramiz”  dəstəsiylə birlikdə tutuldu
Zaqatalada yük və minik maşınları toqquşub, xəsarət alan var
İntihara cəhd edən 23 yaşlı oğlan xilas edildi
Prezident bu dövlət qurumuna pul ayırdı
Kürdəmirdə müəllim çarəsiz durumda... - GİLEY
31 yaşlı qadın itkin düşüb
Zaqatalada polis əməliyyat keçirdi, silahlı şəxs yaxalandı
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Zavoddan fındıq oğurlamaq istəyənlər saxlanıldı - Foto
DİM Ombudsmanın məktubuna cavab verib
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Yerli məmurların başına “dəmir yumruq” vurulmalıdır: İcra başçısı 73 qazinin torpaq sahəsini satdırıb - Video
Ağsu sakini çarəsiz durumda... - 2 ildir dərdini dinləyən yoxdur..
Zaqatalada ev yanaraq külə döndü
7 aydır işsizdir, evinə çörək gətirəni də yoxdur... - GİLEY
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? - GİLEY
Zaqatalada güclü yağış yağır, Balakənçaya da sel gəlib - Vide
Ombudsman hərbi əsir və girovlarla görüşüb
Azərbaycanda dəhşətli qəza: Ana öldü, qızları yaralandı - VİDEO
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Şəmkirdə əlilə qarşı yüz min manatlıq dələduzluq