Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin 650 mənzil sahibi Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
3000-dən çox sakin uzun müddətdir yaşayış kompleksində içməli su sisteminin düzgün qurulmamasından, su sayğaclarının “Azərsu” ASC-yə təhvil verilməməsindən, su rezervuarlarının təmiz saxlanılmamasından, “İlin Dörd Fəsli” MMC-nin qanunsuz əməllərindən, qanunsuz komendantlığının istədiyi vaxt suyu kəsməsindən şikayətçidilər. Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə "Azərsu" ASC-yə müraciət etsələr də qurum kompleksin su sisteminin standartlara cavab vermədiyini əsas gətirərək sayğacları rəsmi qeydiyyat almır. Şikayətçilərin müraciətini sizə təqdim edirik:
"Hörmətli Cənab Prezident,
Sizə bildirmək istəyirik ki, "Yeni Bakı" yaşayış kompleksini inşa etmiş "İlin Dörd Fəsli" (İDF) MMC-nin (şirkətin rəhbəri Elnur Hüseynovdur) kompleksdə çəkdiyi içməli su xətləri, bu xətləri hərəkətə gətirən nasoslar və çirkab sular axıdılan borular bərbad vəziyyətdədir. Ona görə də bu xətlər tez-tez sıradan çıxır və biz sakinlər içməli su problemi ilə üzləşirik. Bu problemin digər tərəfi isə içməli suyun və çirkab suların yığıldığı yeraltı rezervuarlardır. Kompleksdə içməli suyun depolandığı yeraltı rezervuarlarda indiyə qədər heç bir anti-sanitariya işləri aparılmayıb və mənzillərə verilən içməli sular heç də içməli vəziyyətdə deyil. Digər problem isə çirkab suların axıdıldığı yeraltı rezervuarlardır ki, bunlarda da germetizasiya işləri qaydalara uyğun aparılmadığından və vaxtaşırı təmizlənmədiyindən kompleksi ara-sıra pis qoxu bürüyür və bu üfunət sakinləri ciddi narahat edir.
Həmçinin qeyd etdiyimiz xətlər qaydalara uyğun olmayaraq binalarda mənzillərin daxilindən çəkildiyinə görə hər hansı problem yarandıqda məcburən sakinin mənzilində təmir işləri aparılır ki, bu da sakinləri əlavə xərcə salır.
Digər bir problem isə heç bir yaşayış kompleksində görünməyən bir problemdir ki, su sayğacları "Azərsu" ASC tərəfindən hələ də qeydiyyata alınmayıb. Bunun səbəbini "Azərsu"dan soruşduqda bizə bildirilir ki, kompleksdə su sistemi standartlara uyğun qurulmadığından “İDF” MMC ilə təhvil-təslim aparılmır və nəticədə sayğaclar da rəsmiləşdirilmir.
Başqa bir problemimiz də ondan ibarətdir ki, “İDF” MMC kompleksdə sakinlərdən qanunsuz ödənişlər tələb etmək üçün sudan təzyiq vasitəsi kimi istifadə edir. Qeyd edək ki, əvvəllər “İDF” MMC təzyiq məqsədilə elektrik enerjisindən istifadə edirdi. Ancaq elektrik sayğacları "Azərişıq" ASC-nin balansına keçdikdən və hər bir sakin fərdi abonent kimi tanındıqdan sonra bu məsələ qismən səngidi və “İDF” MMC məkrli oyununu bu dəfə su üzərindən həyata keçirməyə başladı. Artıq suyun fasilələrlə və ya aşağı təzyiqlə verilməsi şəhərcikdə adi hal alıb. Şəhərciyə qanunsuz şəkildə təyin olunan komendantlıqdan bunun səbəbini soruşduqda isə bizə gah su nasoslarının sıradan çıxdığı, gah kompleksə gələn içməli su xətlərinin diametrinin kiçik olması, gah da günahkarın "Azərsu" ASC olduğu bildirilir. Məhz "Azərsu"nun şəhərciyi su ilə tam təmin edə bilmədiyi vurğulanır. Belə vəziyyətdə 10 min nəfərdən çox sakini olan şəhərcik "Azərsu" ASC ilə üz-üzə qoyulur. Halbuki “İDF” MMC-nin "Yeni Bakı" şəhərciyi üzrə "Azərsu" ASC-yə 4 fevral 2021-ci il tarixinə borcu 40 min 360 AZN təşkil edir. Maraqlıdır ki, suya görə bu qədər borcu olan şirkət "Azərsu"ya ayda cəmi 1200-1300 manat ödəniş edir. 3200-dən çox mənzilin yerləşdiyi və 13 hektar ərazisi (böyük yaşıllıq sahəsi) olan şəhərcikdə bu qədər az suyun sərf edilməsi, əlbəttə ki, mümkün deyil. Burada sudan sayğacdankənar istifadəyə dair əsaslı şübhələr yaranır. Mənzildaxili sayğaclar rəsmi qeydiyyatdan keçmədiyi üçün bu vəziyyət “İDF” MMC-yə müəyyən maliyyə maxinasiyaları üçün şərait yaradır. Bir məsələ də var ki, 2021-ci ilin fevral ayının 1-dən etibarən Tarif Şurasının qərarına əsasən, hər kubmetr sudan istifadəyə (və çirkab suların atılması) görə, "Azərsu"ya 1 AZN ödənməlidir. Bu isə “İDF” MMC-yə növbəti maxinasiyalar üçün əlavə imkanlar verir. İstisna deyil ki, yeni mərhələdə “İDF” MMC sakinlərə daha çox təzyiq göstərəcək.
Hörmətli Cənab Prezident,
Sizdən xahiş edirik ki, "Yeni Bakı" yaşayış kompleksinin sakinlərinin fərdi abonent kimi tanınması və mənzillərin sayğaclarının rəsmi qeydiyyata alınmasını təmin etmək üçün göstəriş verəsiniz. Bundan başqa, “İDF” MMC-nin "Yeni Bakı" yaşayış kompleksində su təchizatı sistemini standartlara uyğun qurub-qurmadığını yoxlamaq üçün şəhərciyə komissiya göndərilməsi barədə də tapşırıq verəsiniz.
650-dək imza ilə bu müraciətimizin əslini Dövlətimizin Başçısına, surətlərini isə Baş Nazir Əli Əsədov və “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova göndəririk.
Ümid edirik ki, Cənab Prezident bu problemimizin həlli üçün lazımi göstərişi verəcək..."(pravda.az)
"Azərsu" bizi qeydiyyata almır, ödədiyimiz pullar hara gedir?
05
fevral
19:39

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərsu vitse-prezidenti aldatdı
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
Şuşaya içməli suyun verilməsinə başlanıldı
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
Bakının bu rayonunda su kəsiləcək
Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir
İçməli suyun verilməsində məhdudiyyət olacaq
Bu rayonlarda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
Müharibə başlamasa, Maştağa xilas olacaqmış?.. - VİDEO
17 yeni salınmış yaşayış massivi qazla təmin olunub - FOTO
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
Qazaxda yaşayış kompleksi inşa olunacaq
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Xızıda “Azərsu” problemi… -Mühəndis neqativ halı inkar edib
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Qorxmaz Hüseynovun qardaşı vətəndaşı külli miqdarda borca salıb
Sabah paytaxtın bu ərazilərində su olmayacaq
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
"Orbita" MTK vətəndaşları incidir... - GİLEY
Xırdalanda su kəsiləcək
İtaliya Prezidenti İlham Əliyevi təbrik edib
Bu gün Azərbaycana qış fəsli DAXİL OLUR
Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
Qorxmaz Hüseynovun qardaşı bir ailəni necə bədbəxt edib?!
- Azərbaycanda bağ evindən qara brilyant oğurlandı
- 6 ayın yol qəza statistikası: 336 ölü, 773 yaralı
- ABŞ-da müsəlmanlar qorxuya düşdü - Qətl sayı artır
- "Ukraynada tikiləcək "Bayraktar" zavodunu vuracağıq" - Rusiya
- Məşhur yapon modelyer vəfat etdi
- İranda 93 nəfər daşqınlar nəticəsində öldü
- TƏBİB-dən körpənin doğuş zamanı ölməsinə REAKSİYA (YENİLƏNİB)
- "Çin bununla Tayvanı işğal etməyə hazırlaşır" - Cosep Vu
- Ceyhun Bayramov türk mediasına müsahibə verdi
- DİM bu şəxslərə xəbərdarlıq etdi
- Pakistanda hərbi kolona hücum - 4 əsgər həlak oldu
- Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- XXI əsrin ən böyük problemi Akim Bədəlov… - Sən bir gün bunun bədəlini ödəyəcəksən, Bədəlov…
- Şirvanda narkoşəbəkə üzvü 455 qram heroinlə saxlanıldı… - 15 il Şirvana rəhbərlik edən Mərdan Camalovun qohumu Əmiş narkotik satışı ilə məşğuldur…
- Yaxın zamanda Səfər Mehdiyev və qaynı Zeynal Tarquliyev həbs ediləcək.. - Gömrükdə Səfər Mehdiyev ePOXası başa çatdı…