"Xəstəxanaya gətirilməzdən əvvəl nəvəmlə oynayıb deyib-gülürdü" - GİLEY
8-02-2021, 17:01
83

"Xəstəxanaya gətirilməzdən əvvəl nəvəmlə oynayıb deyib-gülürdü" - GİLEY

"Nə edibsə, İradə həkim edib. Qızımın heç bir problemi yox idi”.

Fevralın 5-də Salyan rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı qadının ölməsi səs-küyə səbəb oldu. Hadisənin təfərrüatlarını araşdırmaq üçün doğuşdan sonra dünyasını dəyişən Gülnarə Hümmətovanın atası Mahir Əzizovla danışdıq. O, Lent.az-a bildirdi ki, Gülnarənin səhhətində heç bir problem olmayıb və hamiləlik dövründə daim yoxlamalardan keçib:

“Qızım 9 ayın tamamında, səhhətində heç bir problem olmadan doğum üçün xəstəxanaya gətirilib. Xəstəxanaya gətirilməzdən əvvəl nəvəmlə oynayıb deyib-gülürdü. Həm də daim bütün yoxlamalardan keçirirdik. Hansısa bir problem üzə çıxmayıb. Üstəgəl kənd həyatıdır də, qızım evdar xanım idi, ev işləri görəndə heç vaxt narahatlığı olmayıb. Bundan əvvəlki 2 uşağını təbii üsulla dünyaya gətirmişdi. Sağlam qızımı gətirib İradə həkimə həvalə etdik, o, da öldürdü”.

Həmsöhbətimiz qeysəriyyə əməliyyatını həyata keçirən həkimlə bağl ıdaha bir məqamı da diqqətə çatırıb. Belə ki, İradə Ağalarova 2 il əvvəl doğum prosesi zamanı Əzizovların nəvəsini də öldürübmüş:

“Nə edibsə, İradə həkim edib. Qızımın heç bir problemi yox idi. O, bunu qəsdən etdi. Bundan 2 il əvvəl də nəvəmi öldürmüşdü. O zaman gəlinimi Biləsuvarda xəstəxanaya aparanda, dedilər ki, qeysəriyyə ilə doğuş həyata keçirilməlidir. Ancaq Salyana aid olduğumuz üçün bizi Salyan rayon Mərkəzi Xəstəxanasına göndərdilər. Həmin vaxt da doğum prosesini İradə həkim öz üzərinə götürdü və gəlinimin qeysəriyyə ilə doğum etməli olduğu halda bunu təbii üsulla həyata keçirdi. Həmin vaxt nəvəmi elə əzabla ana bətnindən xaric etdilər ki, əllərinin izi körpənin başında qalmışdı. 4 kiloluq bir körpəni beləcə öldürdü İradə həkim. Qızımı da qəsdən öldürdü. Qızımın uşaqları ilə oynaması, o uşaqların siması gözümün önündən çəkilmir. Nəvəmin çəkisi 3 kiloqram 300 qramdır, sağlamlığı yerindədir. Mərhum qızımın o biri 2 uşağını atasıgil, bu nəvəmi isə özüm saxlayacam”.

Mahir Əzizov hadisə ilə bağlı İradə həkimdən aidiyyatı orqanlara müraciət edəcəyini vurğuladı:

“Özüm traktor sürücüsüyəm. Kürəkənim də heç bir işlə məşğul olmur. Sadə kəndlidir. İradə həkimin etdiklərin ona bağışlamayacam. Bundan əvvəl nəvəmi, indi də sağlam qızımı öldürdü. Qızımı dünən dəfn etmişik. Ondan hara lazımdır şikayət edəcəm. Əvvəlki cinayətində ondan şikayətçi olmadıq. Ancaq indi tək özüm üçün yox, gələcək bütün insanlar üçün şikayət edəcəm. Lazım olsa prezidentə də üz tutacam”.

Məsələ ilə bağlı əməliyyatı həyata keçirən Salyan rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri İradə Ağalarova ilə əlaqə saxladıq. O, hazırda mərhum Gülnarə Hümmətovanın yaxınlarının və prokurorluq əməkdaşlarının xəstəxanada olduğunu və hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib.

Baş verən ölüm hadisəsinə görə rayon Prokurorluğundan Lent.az-a bildirildi ki, hazırda faktla bağlı cinayət işi açılmayıb. Ancaq araşdırma davam etdirilir.

Qeyd edək ki, fevralın 5-də saat 21 radələrində Salyan rayon Mərkəzi Xəstəxanasında 32 yaşlı Hümmətova Gülnarə Mahir qızı qeysəriyyə ilə doğum prosesindən sonra ölüb.

Oxşar xəbərlər

32 yaşlı ana doğuşdan sonra öldü
Şamaxıda körpə doğuş zamanı ölüb
Sabirabad Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ÖLDÜ
Xəstəxanaya yerləşdirilən Rəmişdən son xəbər
Dima Bilan xəstəxanaya yerləşdirildi
Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu
Xəstəxanaya müayinəyə gələn şəxs öldü - Azərbaycanda
Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
İki gün əvvəl ordudan tərxis olunan əsgər öldü
Milli Məclisin İşlər müdiri xəstəxanaya yerləşdirildi - FOTO
Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
"İnsan nə qədər dövlət məmurlarının qapısını döyər" - GİLEY
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Qohumları tərəfindən döyülən gəncin anası: - “Qızımın üzünü əməliyyat elətdirsinlər”
Bakıda 7 saylı doğum evində ana və körpəsi öldü
Tağı Əhmədovun xanımı danışdı: “O da insandır, dağ deyil, daş deyil”
Bərdədə körpə ölü doğuldu, ginekoloq məhkəməlik oldu
Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirdi
Rəmişin səhhətindən xəbər var - Xanımından AÇIQLAMA
14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
Maraqlı: Komaya düşdü, ayılanda ləhcəsini dəyişdi
"Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı..." - GİLEY
Baş həkim koronavirusdan vəfat etdi
Koronavirus xəstələrinin olduğu xəstəxanada partlayış baş verib? - AÇIQLAMA
Türkiyədə dəhşətli partlayış: 8 koronavirus xəstəsi öldü
Röyanın atası xəstəxanaya yerləşdirildi - Video
“Xəstəxanada koronavirusdan vəfat edən ərimin telefonu qaytarılmır”
"Baku Electronics" "brak" mal satır, problem çıxanda da məsləhət verir... - GİLEY
Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı" - GİLEY