"Qəlpədən zərər görmüş evlər siyahıdan kənarda qalıb..." - GİLEY
11-02-2021, 16:56
77

"Qəlpədən zərər görmüş evlər siyahıdan kənarda qalıb..." - GİLEY

“Düzdür, dağılan evləri tikirlər, bərpa edirlər, buna sözümüz yox, ancaq dam örtüyü zədələnmiş evləri düzəltmirlər. Kənddə mənim evim kimi qəlpədən dam örtüyü zədələnmiş xeyli ev var ki, nə gəlib baxırlar, nə qeydiyyata alırlar”. DİA.AZ xəbər verir ki, bunu Ağdamın Çəmənli kəndinin sakini Mehdi Mustafayev deyir. Onun sözlərinə görə, 44 günlük müharibə zamanı yaşadığı evin damına xeyli qəlpə düşüb, dam örtüyü yararsız vəziyyətdədir. Ancaq aidiyyəti qurumlar vəziyyətlə maraqlanmırlar.

“Evin tavanı damır, otaqlar bərbad vəziyyətə düşüb. Dam örtüyünü dəyişmək isə azı 7-8 min manata başa gəlir. Heç bir qurum bizə kömək etmir. Bu işlər Ağdamın bələdiyyə sədri Loğman Bəxtiyarova tapşırılmışdı, zərərçəkmiş evlərin siyahısını o hazırlamalı, evləri komissiyaya o göstərməli idi. Ancaq kənddəki evlərin yarısını komissiya üzvlərinə göstərib, yarısını yox… Niyə belə edib, bunu da bilmirik. Hər dəfə “bu gün gəlib baxacaqlar”, “sabah gəlib baxacaqlar” deyib, bizi aldadırlar”, – şikayətçi deyir.

Mehdi Mustafayevin sözlərinə görə, müharibə bitəndən sonra yalnız dağılmış evlərin tikintisi aparılıb: “Bu problem tək məndə deyil, burda narazı olan xeyli sakin var. Çünki xeyli ev yararsız hala düşsə də, tamamilə dağılmadığına görə siyahıya almayıblar. Yəni ki, gedin, özünüz düzəldin… Halbuki, bu evlərin təmiri üçün də büdcədən pul ayrılıb. Dam örtüyünü müharibə vaxtı qəlpə yararsız hala salıbsa, bunu dövlət aradan qaldırmalıdır, kasıb, işsiz vətəndaş yox…”

Mehdi Mustafayevin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinə getsə də, sözünü demək üçün başçını yerində tapmır: “Üç aydır müharibə bitib, mən başçını yerində tapa bilmirəm ki, dərdimi deyəm… Nə vaxt getsək, “başçı yerində yoxdur” deyib, qapıdan geri qaytarırlar. Əlimizdə işimiz, gəlirimiz yoxdur ki, özümüz bir çarəsinə baxaq. Yağış yağan kimi dam örtüyündə qəlpənin yaratdığı deşiklərdən su evin içərisinə süzülür. Artı tavan da dağılmaq üzrədir. Otaqlara vanna, vedrə yığırıq”.

Mehdi Mustafayev aidiyyəti üzrə qurumlara dəfələrlə məktubla müraciət etsə də, hamısı cavabsız qalıb.

Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, Çəmənli kəndindən indiyədək heç bir sakin bu məsələylə bağlı quruma rəsmi məktubla müraciət etməyib. Müraciət olunsa, evə baxış keçirilər.

Ötən ilin dekabrında Prezident İlham Əliyev 44 günlük müharibə zamanı evləri dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş ailələrə maddi yardım ayrılmasına dair sərəncam imzalayıb. Həmin sərəncama görə, qismən ziyan dəymiş evlər üzrə ailə üzvlərinin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım verilməlidir.

Oxşar xəbərlər

Evinə bomba düşən Gəncə sakini çarəsiz durumda - "Adım heç zərərçəkmişlərin siyahısında yoxdur"
“Ağdamın vəziyyəti Hiroşimadan betərdir“ - Prezident
Ucar sakini çarəsiz durumda... - GİLEY
Lerikin icra başçısını bu sakinlər maraqlandırır? - GİLEY
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Müharibə zamanı ziyan dəymiş evlərlə bağlı nazirdən AÇIQLAMA
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
"Hər yerə yazdıq, bu gün yenə qazsızıq..." - GİLEY
Ermənilər indi də Zəngəzurun kəndlərini yandırırlar
“Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir” - GİLEY
Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY
Yaralı qazilərdən etiraz: - “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”
Qazi ailəsi Göyçayın başçısından ŞİKAYƏT ETDİ - Prezidentə müraciət olundu
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Ağdamın strateji əhəmiyyəti - “Ağlı olan erməni Ağdərə və Xocavənddə qalmaz” + XƏRİTƏ
"Azəriqaz" 200 manatı niyə istəyir? - GİLEY
"Ordan da imtina sms-i gəlib ki, pensiya alıram" - GİLEY
“Deyirlər, get, müalicə ol…” - GİLEY
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
“İcra hakimiyyəti bizi qarşı-qarşıya qoyub” - QALMAQAL
"Yalandan bəhanələr gətirir..." - GİLEY
Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY
“Xankəndində yaralanan oğlumun kəllə qapağı çıxarılıb və..." - Qazimizin anası kömək istəyir
100 mülki şəxs həlak olub - Erməni cinayətlərinin son statistikası
Düşmən Goranboya raket atdı: bir mülki şəxs həlak oldu
"50 manat pul üçün imtina cavabı gəlib" - GİLEY
"Heç bir maddi yardım gözləməyin..." - NARAZILIQ!
"Tək istəyim oğlumun sağlamlığına qovuşmasıdır" - GİLEY