Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
15-02-2021, 13:43
545

Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara “arenda” kimi baxır…-İlqar Abbasov 25 il harada olub?-VİDEO

İlqar Abbasov  25  il  harada olub? 

Azərbaycanın 3  böyük rayonuna (2004-2005-ci illər Nərimanov, 2005-2019-cu illər Suraxanı və 2019- cu il Şirvan) rəhbərlik  edən  İlqar Abbasovun rəsmi  avtobioqrafiyası diqqətimi cəlb etdi. 
İlqar Abbasov 1958-ci ildə anadan olub və 1979-cu ildə İnşaat mühəndislər İnstitutunu bitirib. Və ...

2004-cü ildə paytaxt Bakının ən bahalı rayonu olan Nərimanova icra başçısı təyin edilib. 
Bəs, görəsən, 25 il ( = 2004 -1979 ) İlqar müəllim haralarda olub, nə işlə məşğul olub..? 
Abbasovun rəsmi tərcümeyi- halında bu 25 illik dövr bircə cümlə ilə qeyd olunub: Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Adam mat-məəttəl qalır. Necə yəni 25 il...müxtəlif tikinti idarələri...sahibkarlıq-filan. 
Hansı idarə(lər)də ? 
Hansı  sahibkarlıq fəaliyyəti ? 
Və birdən paytaxtda icra başçısı olasan ...
Bu necə ola bilər axı ? 
Heç kimin tanımadığı sahibkarı, biznesmeni, bircə saat dövlət idarəetmə təcrübəsi olmayan birini  paytaxtın ən böyük rayonuna başçı təyin edirlər. 
Bəli, Ramiz müəllimin sehrli əli görünür. 
Həmin dövrdə və elə indi də İlqar Abbasov COCA COLA şirkətinin şəriki idi. Və onun  resursları Ramiz Mehdiyevin diqqətindən yayınmamışdı. 
Adını unutduğum məşhurlardan biri deyir ki, əlində ÇƏKİC varsa, hər şey sənə MİSMAR kimi görünəcək. 
Bəli, biznesmen İlqar Abbasov üçün icra başçısı olmaq ən gəlirli biznes sahəsidir. Nərimanov rayonunda torpaq, tikinti, obyekt və.s.  çox bahadır. İlqar Abbasov da belə şeylərin əsl ustasıdır. İlqar Abbasov həm də hansı rayona gedirsə, qohum-əqrəbasını yığıb özünə müavin, köməkçi, şöbə müdiri aparır. Bir deyən yoxdur ki, ay yoldaş, bura dövlət qurumudur e, bu sənin üçün ailə arendası deyil, şirkət deyil.
Nərimanovdan sonra İlqar Abbasov uzun müddət, 14-15 il Suraxanıda lövbər saldı.  
Cənab başçı Suraxanıda da abadlıq,  insanların rifahını yaxşılaşdırmaq  əvəzinə ancaq torpaq alveri, tikintilərə icazə vermək  bazarlığı, özünün ticarət obyektlərini artırmaqla məşğul oldu. 
İlqar Abbasovun təyin etdiyi  icra nümayəndələri isə ancaq küçə ticarəti ilə məşğul olanlardan  aylıq pul yığmaqla məşğul olublar. 
Yuxarıda qeyd etdik ki, İlqar Abbasov hara gedirsə, qohum-əqrəbasını da özü ilə aparır. 
Təsəvvür edirsiniz, başçının Suraxanıda müavini“kassiri “  bacanağı  Etibar Yolçiyev idi. İlqar Abbasov Şirvana başçı təyin olunan kimi  bacanağını  özünə köməkçi apardı. 
Görəsən, o boyda Şirvanda  bir köməkçi tapmaq olmurdu ? 
Məqsəd bəllidir. Bütün maxinasiyaları gizlətmək üçün komandaya “yad adam”  buraxmaq olmaz.
Bəli, İlqar Abbasov Nərimanovda, Suraxanıda qazandığı təcrübəni indi də Şirvanda tətbiq edir. 
Bu barədə növbəti yazıda.

P.S.CƏNAB BAŞÇI HEÇ NARAHAT OLMA, GÜN GƏLƏCƏK DTX SƏNİN DƏ QAPINI DÖYƏCƏK.
R.Şirvanlı

Oxşar xəbərlər

Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
İcra başçısına xanım müavin təyin olundu - FOTO
İlqar Abbasov Şirvanda “karantin vergisi” yığır? – Sahibkarlardan başçıya ittiham..
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Sirvan Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov işçisinin əxlaqsız təkliflərinə niyə susur?-VİDEOFAKT
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
İcra başçısı oğlunun tikdirdiyi ticarət obyektinin istismarına icazə verdi - FOTOFAKT
Gündəlik Bakı qəzetinin Şirvan şəhərində qaldırdığı məsələyə dərhal reaksiya verildi
Milli Qəhrəman İlqar Mirzəyevin oğlu məsul vəzifəyə təyin olundu
Əməkdar rəssam Rafael Abbasov vəfat edib
"Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi - VİDEO
İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA
Azərbaycanın tanınmış futbolçusu koronavirusdan öldü
İlqar Qurbanov vəzifəsindən azad edildi
Şirvan şəhər İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilib
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
İlqar Əliyev vəzifəsindən azad edildi
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Azərbaycanda bələdiyyə sədri koronavirusdan öldü
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR (VİDEO)
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
Daxili Qoşunların Şuşada şəhid olan baş əsgəri
Mehriban Əliyeva üçün özəl gün
Fəxrəddin Abbasov həbsxanada intihar etdi
Veteren futbolçudan sonra həyat yoldaşı da koronavirusdan vəfat ETDİ
Polis əməkdaşına zor tətbiq edən şəxs saxlanıldı
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO