Rüşvət adi hala çevrilib, əməlli “bazar”dır” - İTTİHAM
20-02-2021, 12:02
120

Rüşvət adi hala çevrilib, əməlli “bazar”dır” - İTTİHAM

“Ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı mühüm əhəmiyyət daşıyır. Vətəndaşlarımızın hərtərəfli tibbi xidmətlə təmin edilməsi yönündə icra edilən layihələr, Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət və nəzarətindədir”.

Bu sözləri Cebhe.info-ya Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib. Onun sözlərinə görə, Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb müəssisələri istifadəyə verilir, insanlarımızın yüksək səviyyəli tibbi xidmətlərindən yararlanması məqsədilə çox mühüm işlər görülür:

“Təbii olaraq, Azərbaycan xalqının, gələcək nəslin sağlamlığı naminə reallaşdırılan bütün bu layihələr vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Deputatı olduğum 59 saylı Salyan Seçki Dairəsinin ərazisində yaşayan seçicilərim tərəfindən rəğbətlə qarşılanır, dövlətimizin başçısının gördüyü işlər minnətdarlıqla qeyd edilir”.

Deputat təəssüflə qeyd edib ki, bütün bunlarla yanaşı, Prezidentin gördüyü bu işlərə kölgə salmaq istəyənlər də var və belələrinin cəzalandırılmasının vaxtı çatıb:

“Belə ki, fevralın əvvəlində Salyan rayonunda baş vermiş ana ölümü barədə danışmaq istəyirəm. Cəmi 32 yaşı vardı Gülnarənin... Hümmətova Gülnarə Mahir qızı Salyan rayonunun Dördlər kənd sakini idi. Faciəvi hadisə Salyan Mərkəzi rayon Xəstəxanasının doğuş şöbəsində baş verib. Belə ki, G.Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub və üzərində qeysəriyyə əməliyyatı aparılıb, körpə ana bətnindən götürülüb. Və olanlar da bundan sonra başlayıb. İki gün sonra gənc ana qanaxmadan həyatını itirib. Doğuşdan iki gün sonra həyatını itirmiş gənc ananın 3 azyaşlı körpəsi qalıb. Üç azyaşlı körpə bundan sonra anasız böyüyəcək, ana nəvazişindən, ana qayğısından, sevgisindən məhrum olacaq. Gülnarənin valideynləri həkimlərin səhlənkarlığından şikayətlənir, qızlarının ölümündə həkimləri təqsirləndirirlər”.

J.Əhmədova hesab edir ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır:

“Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, son zamanlar həkimlər nədənsə qeysəriyyə əməliyyatlarına daha çox üstünlük verirlər. Burada həm maddiyyat, hə də vaxt böyük rol oynayır desəm , yanılmaram. Çünki qeysəriyyə əməliyyatı təxminən 30 dəqiqə, təbii doğuş isə saatlarla davam edə biləcək bir prosesdir. Qeysəriyyə əməliyyatına görə daha çox pul alan həkimlər (Salyan Mərkəzi Rayon Xəstəxanasının doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır), həm də vaxt baxımından xəstəyə qeysəriyyə əməliyyatını məsləhət görürlər. Həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtı çatmayıbmı?! Nəyə görə 32 yaşlı Hümmətova Gülnarənin ölümünə görə Salyan Mərkəzi rayon Xəstəxanasının Doğuş şöbəsinin müdiri İradə Ağalarova və ya digər həkimlər məsuliyyət daşımamalıdır? Üç körpənin anasız qalmasına görə cəzasızlıq mümkündürmü? Əlbəttə yox! Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqlarını qoruyan prokurorluq, hüquq mühafizə orqanlarımız var. Mən əminəm ki, Hümmətova Gülnarə Mahir qızının ölüm işi hərtərəfli və obyektiv şəkildə araşdırılacaq, baş vermiş hadisəyə qanunvericiliyə uyğun olaraq hüquqi qiymət veriləcək. Ən əsası isə günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar”.

Oxşar xəbərlər

Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
"Heydər Əliyev Fondu  ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"
Ölkədə 227 min abonentin su sayğacı yoxdur - Rəsmi
“2021-ci ilin dövlət büdcəsi iqtisadi artımı bərpa edəcək” - Vüsal Qasımlı
Eks-spiker çıxışı ilə Milli Məclisi "boykot" etdi
“Azərbaycanlı əsgərlər bütün günü mahnı oxuyur, şənlənirlər”
TƏBİB vaksinasiya prosesi ilə bağlı MƏLUMAT YAYDI
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Bakıda peşəkar həkimlərin bir araya gəldiyi beynəlxalq hospital fəaliyyətə başladı - FOTO
“Azərbaycanlı olduğum üçün fəxr edirəm” - Tuğba Ekinci
Polis maskadan istifadəyə nəzarəti gücləndirib
BNA əhaliyə müraciət etdi: “Diqqətli olaq!“
Ombudsman yaralı hərbçilərə baş çəkib
Mərkəzi Banka yeni səlahiyyət verildi
ÜST Azərbaycana 1 milyon tibbi maska göndərib
Qənirə Paşayeva 200-ə yaxın vətəndaşımızın müraciətini dinləyib
Azərbaycanda peyvəndlənənlər arasında allergiya olanlar var
Daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Azərbaycanda hərbi vəziyyət ləğv edilir - Diqqət!
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Polis və hərbi qulluqçular Bakı küçələrində nəzarəti gücləndirdi
Azad Rəhimov  “Nizami”  Kino Mərkəzində prezentasiya keçirməyə hazırlaşır?- Ramiz Mehdiyevin başına gələnlər Rəhimova dərs olmayıb ?
Bakı polisi nəzarəti gücləndirdi - Xüsusi karantin rejim ilə bağlı (FOTO)
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Zakir Həsənov agentliyin sədrini təltif etdi
“Qızıl Xaç”dan TƏBİB-ə tibbi yardım ianəsi
Bakıda ad günü keçirib video paylaşanlar CƏZALANDIRILDI
Deputat vəzifəsindən azad edildi