Qarabağ Qazisi çətin durumda... - Müraciət...
5-03-2021, 10:22
78

Qarabağ Qazisi çətin durumda... - Müraciət...

Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” şəhərciyi, bina 3, mən.16-da yaşayan Vətən Müharibəsi qazisi Əsgərov Nazim Böyükxan oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab ali Baş Komandan! Sizin əmriniz əsasında mən bir zabit olaraq Müdafiə Nazirliyinin Səfərbərlik üzrə çağırış İdarəsi tərəfindən Vətən Müharibəsinin ilk günündən 929 saylı hərbi hissədə taqım komandiri kimi torpaqlarımızın azad edilməsi üçün Füzuli rayonundan Şuşaya qədər döyüş yolu keçmişəm. Və Sizin tərəfinizdən medallarla təltif edilmişəm. Mən növbəti döyüş tapşırığını icra etmək üçün 30 dekabrda mərmi dolu KAMAZ markalı yük avtomobili ilə Şuşa dağlarındakı yolla hərəkət edərkən avtozə baş vermiş. Nəticədə aldığım çoxsaylı travmalar nəticəsində əvvəlcə Füzulidəki Hərbi Hospitala təxliyyə etmiş, yanvarın 1-dən isə Bakıdakı Mərkəzi Klinik Haspitala çatdırmışlar. Burada 06 yanvara qədər ortopedik müalicə almışam. Lakin Hospitalda xəstə sayının çoxluğundan mənim təcili cərrahi əməliyyatın zəruri olduğunu bildirdilər. Ona görə də sınıq xəsarətlərimin əməliyyatı üçün məni özəl CİTY HOSPİTALA köçürdülər. Təcili əməliyyatdan 2 gün sonra, yəni yanvarın 8-dən yenidən MN-nin Mərkəzi Klinik Hospitalına müalicəmi davam etdirmək üçün köçürdülər. Və yanvarın 21-də məni ev müalicəsinə göndərdilər. Qeyd edim ki, mən CİTY Hospitalda əməliyyat olunmağım üçün xəzinəyə 4000 ( dörd min ) manat ödəniş etdim. İş yoldşlarım da bildirdilər ki, Nazim narahat olma sən SOCAR işçisisən “paşa Sığorta” tərəfindən müalicənin xərcləri qarşılanacaq. Mən də qohumlar vasitəsilə 4000 manat borc tapıb City Hospitala verdim. Lakin indi özümə gəldikdən sonra “Paşa Sığorta” şirkətilə əlaqə saxladım ki, mənə SOCAR işçisi olduğum üçün müalicəyə çəkdiyim xərc üçün köməklik göstərsinlər. Cavab verildi ki, biz City Hospitalda aparılan müalicə üçün heç bir ödəniş edə bilmərik çünki SOCARla bağladığımız müqavilədə bu hospitalın adı göstərilməyib.”

Xatırladım ki, mən müaribədən əvvəl SOCAR-ın NEFTQAZTİKİNTİ trestində mühəndis vəzifəsində işləmişəm. Hazırda 67 gündür ki, yataq rejimində müalicəmi davam etdirirəm. Beynəlxalq Bankdan aldığım kreditə görə hər ay 242 manat ödəmə həyata keçirirəm. Əmək haqqım isə 842 manatdır. Öhdəmdə 6 və 7-ci sinifdə təhsil alan iki azyaşlı övladım var. Yəni 4 nəfərdən ibarət ailəm əlimizə çatan 600 manatın ümidinə qalmışıq. Bu pulun da çox hissəsini aptekdən lazım olan dərman və ağrıkəsicilər üçün istifadə edirəm. Bir sözlə, bir hərbçi kimi aldığım xəsarətlərə görə ailəmin iqtisadi çətinlik çəkməsini təsəvvür etmirdim. İndi də müalicəm üçün aldığım 4000 manat borcumun qaytarılmasını fikirləşirəm. Amma indi ayaq üstə dura bilməmyimlə mən bu borcu uzun müddət qaytarmaq imkanında olmayacağam.

İşlədiyim SOCAR-ın NEFTQAZTİKİNTİ trestindən isə mənim bir müharibə iştirakçısı kimi gəlib maraqlanan və maddi yardım göstərən kimsə olmayıb. Elə yaşadığım Abşeron rayon İcra Hakimiyyəti də mənim vəziyyətimlə maraqlanmır. Ona görə də sonuncu ümid yerti kimi yenə də Ali Baş komandan kimi Sizə müraciət edirəm ki, bir müharibə iştirakçısı olan zabit olaraq xahiş edirəm ki, heç olmasa müalicəm üçün götürdüyüm 4000 manat borcumun qaytarılması üçün köməklik göstərilməsinə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürlər".

Oxşar xəbərlər

Alınmaz qalanın mətin komandiri!
1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY
Daha bir Vətən Müharibəsi qazisi intihar etdi - FOTO
“Şuşaya meşə yolu ilə 15-16 saat dayanmadan…” - Video
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI
Pusquya düşsə də son nəfəsinəcən vuruşan cəsur kapitan
Qazimiz niyə müalicə olunmur?
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
Dövlət Xidməti çağırışçılara müraciət etdi
“Susuzluğumu yatırmaq üçün öz qanımı ovuc-ovuc içirdim” - Qarabağ qazisi + Video
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Sarayda "Chevrolet" piyadanı vuraraq ÖLDÜRDÜ
Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildi - ADLAR
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - FOTOLAR
Qarabağ Qazisi çarəsiz durumda qalıb... - Prezidentə müraciət olundu
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi
Polkovnik: “Zəngilanı düşməndən ildırım sürəti ilə azad etdik“ - Video
Deputat Qarabağ Qazisinə vəd versə də... - İndi ortalıqda görünmür...
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı
Ölümünü əvvəlcədən duyaraq atasına vəsiyyət edən şəhid
Qızının yuxusunda gülümsəyən şəhidimiz – VİDEO
Göyçayın icra başçısından biabırçı addım - Yaralı qaziyə 7 manatlıq üzqırxan verib yola salır...
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Qarabağda 117 km-dən çox yol minalardan təmizlənib
Azərbaycan şəhidlərinin sayını açıqladı -
Vətən müharibəsi iştirakçısına İcra Hakimiyyətində vəzifə verildi