“Hər dəfə “vakansiya yerimiz yoxdur” deyirlər...” - NARAZILIQ!
5-03-2021, 11:06
79

“Hər dəfə “vakansiya yerimiz yoxdur” deyirlər...” - NARAZILIQ!

Sabirabad rayon, Şəhriyar kənd sakini Amid Qasımov işlə təmin olunmaq üçün dəfələrlə Sabirabad rayon Məşğulluq Mərkəzinə müraciət edib, qeydiyyatdan keçsə də, ona heç bir köməklik olunmayıb. O, bunu “Gözətçi”yə göndərdiyi şikayətində bildirib.

“Hər dəfə “vakansiya yerimiz yoxdur, özümüz sizə xəbər edəcəyik” deyirlər. Üç ildir ki, Məşğulluq İdarəsinin məni işlə təmin edəcəyini gözləyirəm”.

Amid Qasımov deyir ki, sərt karantin dövründə müxtəlif aylarda 190 manat birdəfəlik ödəmə alıb, ancaq bu da ailəsinin maddi sıxıntılarının aradan qaldırılmasına kömək etməyib:

“Ailəmiz beş nəfərdən ibarətdir, heç kim işləmir. Övladımın birinin yeddi yaşı var, nitq qüsurludur. Ona dövlət tərəfindən sağlamlığından məhrum olma üzrə ayrılan 150 manat müavinət və 50 manat baxıcı pulu heç dərman xərclərini ödəmir. Onun müalicəsini borc-xərclə ancaq edə bilirəm”, deyə Amid Qasımov bildirib.

Məsələ ilə bağlı gün ərzində dəfələrlə Sabirabad rayon Məşğulluq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Oxşar xəbərlər

"50 manat pul üçün imtina cavabı gəlib" - GİLEY
"Ordan da imtina sms-i gəlib ki, pensiya alıram" - GİLEY
Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
Dəfələrlə müraciət etməsinə baxmayaraq... - GİLEY
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Sahil Babayevin idarəsindən yeni şikayətlər... SERİYASI...
"Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY
Kürdəmir Məşğulluq Mərkəzi nəyə lazımdır? - "Bəlkə rüşvət istəyir?"
Azərbaycanda maaşı 9 500 manat olan iş yeri boşdur
Goranboyda narazılığı kimlər yaradır? - GİLEY
Kürdəmir sakini narazılıq edir - GİLEY
"Hər dəfə deyirdilər ki, başçı yerində yoxdur..." - GİLEY
Babayevsayağı məşğulluq mərkəzi... - NARAZILIQ!
Yanvar ayında da 190 manat veriləcək?
"Bir neçə aydır ünvanlı sosial yardım ala bilmirəm..." - GİLEY
Biləsuvarda rüşvətsiz iş keçmir... - GİLEY
Şəki sakininin dərdini dinləyən yoxdur... - GİLEY
190 manat bu şəxslərə veriləcək – Yeni şərtlər açıqlandı
Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA - Özünə necə xal toplayır...
Deputat Qarabağ Qazisinə vəd versə də... - İndi ortalıqda görünmür...
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
İnam Kərimov HARA BAXIR? - "Fermerləri məqsədyönlü incidirlər"
Məşğulluq mərkəzindən iş axtaran yaşlı qadına ABSURD CAVAB - "Sənə hardan iş tapaq?"
Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını ürəyindən bıçaqladı
Sabirabad Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ÖLDÜ
190 manat yardımla bağlı AÇIQLAMA
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını balta ilə ÖLDÜRDÜ
Xaçmazın icra başçısı bu ailə ilə niyə maraqlanmır? - GİLEY
Sakinlər övladlarını oxutdura bilmirlər... - GİLEY
Qarabağ qazisi ona ayrılan müavinətin ödənilmədiyini söyləyir - GİLEY