"Akkord” 4 aydır işçilərin maaşını vermir - GİLEY
9-03-2021, 16:02
366

"Akkord” 4 aydır işçilərin maaşını vermir - GİLEY

Son aylar ərzində ölkədə fəaliyyət göstərən bir sıra təşkilat və müəssisələrdə əməkhaqlarının verilməməsi ilə bağlı şikayətlər səslənir.

Cebhe.info-ya müraciət edən Qazax rayon Ağköynək kənd sakini Əhməd Rafiz Əhməd oğlu “Akkord” şirkətinin də işçilərin əməkhaqqını “kəsdiyini” bildirib:

“Qazax su-kanalizasiya layihəsində çalışırıq. Artıq 4-cü aydır ki, bizə əməkhaqqı ödənilmir. Keçən ilin əvvəlində məcburi olaraq əmək müqaviləmizi ləğv edərək, bizimlə xidməti müqavilə bağladılar. Bu zaman “xidməti müqaviləyə keçsəniz, əməkhaqqınız daha yüksək olacaq” və digər vədlər verdilər. Amma indi 4-cü aydır ki, maaş verilmir, amma bunun səbəbini bizə doğu-dürüst izah etmirlər. “Gələn həftə, o biri həftə” deyərək, süründürməçilik edirlər. İnsanlar var ki, 2-3 aydır ki, işdən çıxarılıblar, amma əməkhaqları ödənilmir”.

Şikayətçi bildirib ki, əməkhaqlarının verilməməsi işçilərin sosial durumunu ağırlaşdırıb:

“Borc-xərclə yaşayırıq. Əməkhaqqını tələb edənləri işdən qovmaqla hədələyirlər. “Akkord” Şirkətlər Qrupunun İcraçı direktoru Vüqar Süleymanov bir dəfə də olsun işçilərlə görüş keçirib, əməkhaqlarının gecikdirilməsinin səbəblərini izah etməyib, məktub və ya bəyanat formasında işçilərə məlumat verməyib. Ötən ayın sonlarında icraçı direktorun müavini Anar Məmmədov isə əməkhaqlarının gecikmə səbəbini “Akkord” şirkətinin büdcəsinin bağlı olması ilə izah etdi”.

Əhməd Rafiz bildirib ki, Qazax su-kanalizasiya layihəsinin sifarişçisi “Azərsu” ASC-dir, İslam Əməkdaşlıq Bankı isə layihəni maliyyələşdirir:

“Biz “Azərsu”nun əməkdaşlarından da soruşmuşuq. Onlar bildirirlər ki, İslam İnkişaf Bankı lazım olan məbləği vaxtında “Akkord”un balansına köçürüb”.

Şikayətçi bir məqamı da qeyd edib ki, “Akkord”un icra etdiyi digər layihələrdə çalışanların da əməkhaqlarının verilməməsi ilə bağlı məlumatlar da var:

“Ağstafa rayonunda Qazax su-kanalizasiya layihəsindən də böyük bir layihə - yol layihəsi icra olunur. Onlar da eyni ilə bizim durumdadırlar, əməkhaqlarını almırlar”.

"Akkord"dan məsələylə bağlı mövqe öyrənmək istəsək də, zənglərimizə cavab verilməyib.

Oxşar xəbərlər

"Gilan Holdinq"in şirkəti 2 aydır ki, işçilərin maaşını vermir - AKSİYA
“Keşlə” 3 aydır maaş vermir”  - Legionerdən açıqlama
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
4 aydan çoxdur ki, maaş ala bilmirlər... - ETİRAZ (VİDEO)
"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ...
"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - GİLEY
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Saatlı sakini 7 aydır problem içindədir... - GİLEY
Güney Azərbaycanda etiraz aksiyası keçirən zavod fəhlələrindən ikisi saxlanılıb
"Bir neçə aydır ünvanlı sosial yardım ala bilmirəm..." - GİLEY
AZAL-da nə baş verir? - NARAZILIQ!
8 aydır işsiz olsa da... - heç bir kompensasiya ala bilməyib...
Azərbaycanda bu şəxslərin əmək haqqları artdı - RƏSMİ
Tibb işçilərinə iki aydır maaş verilmir: “Gəlib yolpulu istəyirlər” - Tanınmış həkimdən ETİRAZ
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
“ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır - NARAZILIQ!
Cahangir Əsgərova nə olub? – İki aydır maaş vermir
4 aydır ki, maaşlarını ala bilmirlər... - Prezidentə müraciət olundu
Azərbaycanda orta aylıq əmək haqqı 707 manata düşdü
"Delloro Mebel”in ustaları çarəsiz durumda - "Ötən ildən maaşımızı ala bilmirik"
TƏBİB-in KORONAVİRUS DƏLƏDUZLUĞU... - “10 nəfərdən çox adamı aldadıblar”
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Rəsmi qurumlar işçilərini ixtisar edir – Həm də karantin dövründə
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? - GİLEY
“Pensiyaya 10 il qalmış işdən çıxarmaq qadağan olunsun”
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
"Mübariz Mənsimova azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb" - NARAZILIQ!
"Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi - VİDEO
7 aydır işsizdir, evinə çörək gətirəni də yoxdur... - GİLEY
Nazirlik nədən VƏTƏN MÜHARİBƏSİNİ nəzərə almadı? - ETİRAZ