“Bank heç bir şərtimizi qəbul etmir” - GİLEY
3-04-2021, 11:30
150

“Bank heç bir şərtimizi qəbul etmir” - GİLEY

Cavad Camalov Ramana qəsəbəsində yerləşən evini 2013-cü ildə “AFB Bank”a girov qoyub.

O, 2015-ci ilə kimi ödənişi vaxtlı-vaxtında etsə də, devalvasiyadan sonra pulu ödəyə bilməyib.

Şikayətçi bildirir ki, sənəddə evin həcmi 47 kvadratmetr göstərilsə də, ümumi artırmalarla birgə ev 250 kvadratmetrə yaxındır. Bu artırmalar əmlak girov qoyulana qədərki müddətdə edilib.

Hazırda “AFB Bank” ya ödənilməmiş borcun ümumi məbləğini, ya da evin hamısını tələb edir. Bu məbləğ isə 43000 manat edir.

Cavad Camalovun valideynləri Qarabağ müharibəsi veteranlarıdır. Onlar öncə Ermənistandan, sonra isə Şuşadan məcburi köçkün olublar.

Ailə prezidentdən və Birinci vitse-prezidentdən kömək istəyir.

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov problemin kökünü qanunsuz tikililərdə və evlərin sənədləşməsinə mane olan məmur özbaşınalığında görür. O bildirir ki, bankın bu məsələdə faktiki qanun pozuntusu yoxdur. Çıxış yolu isə əmlakın satılması, yaxud bankın vətəndaşa könüllü güzəşt getməsi ola bilər.



Oxşar xəbərlər

Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR
"Unibank" vətəndaşın başına necə oyun açır... - GİLEY
“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
"Express Bank”da qanun pozuntuları aşkarlandı
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
"Kapital Bank" müştərisinə necə əngəl olur - GİLEY
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi
Ramiz Mehdiyevin bankı bağlanır?
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
“UniBank”ın xalis mənfəəti 54%-dən çox azaldı - RƏQƏMLƏR
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək - BÖHRAN
“Bank of Baku”nın xalis mənfəəti 48%-dən çox azaldı
"Kapital Bank" Şəhid ailəsini incidir... - GİLEY