"Həbsxana rəisinin müavini oğlumu döyüb, pul istəyib" - GİLEY
7-04-2021, 12:18
34

"Həbsxana rəisinin müavini oğlumu döyüb, pul istəyib" - GİLEY

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təvəkkül Qadıyevin yaxınları onun işgəncəyə məruz qaldığını deyirlər. Onların sözlərinə görə, müəssisənin rəis müavini Eldəniz Həziyev Təvəkkül Qadıyevi kabinetinə çağıraraq rüşvət istəyib, o, etiraz edəndə isə döyüb.

Bu barədə məhbusun anası Əfruz Abdullayeva Meydan TV-yə danışıb.

Əfruz Abdullayeva bildirib ki, martın 28-də Cəzaçəkmə Müəssisəsinin rəis müavini Eldəniz Həziyev oğlunu kabinetinə çağırıb və ondan pul istəyib:

“Səbəb kimi də göstərib ki, kamera yoldaşının yanına gələnlərlə bir yerdə oturub çörək yemisən. Məgər çörək yeməyə görə rüşvət verərlər? Oğlum da and-anam edib ki, onun yanına görüşə gəlməyiblər, elə bunu söyləyib və ondan sonra Eldəniz Həziyev uşağı döyüb. Uşağımın vəziyyəti çox ağır olub, burnunun qanını kəsmək olmurmuş. Eldəniz Həziyev illərdi uşağa zülm edir”.

Əfruz Abdullayeva baş verən hadisə haqqında dövlət başçısı İlham Əliyevə, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət etdiyini deyib:

“Təəssüf ki, Gəncə şəhər prokuroruna məktub göndərsəm də, heç bir reaksiya yoxdur”.

Əfruz Abdullayeva oğlunun həbsini də qanunsuz sayır:

“Oğlumu quldurluq maddəsilə ittiham edərək həbs etdilər. İstintaq və məhkəmə prosesi zamanı rüşvət istədilər ki, cəzası yüngül olsun, amma kreditim olduğundan alınmadı”.

O, pandemiya səbəbindən oğluyla 2 il əvvəl görüşdüyünü bildirib.

28 yaşlı Təvəkkül Qadıyev 2014-cü ildə həbs olunub. O, Cinayət Məsəlləsinin 181.1 maddəsilə ilə (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ittiham olunaraq 9.6 il azadlıqdan məhrum edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, Əfruz Abdullayevanın qurumun rəisi Ceyhun Həsənova müraciəti ətraflı araşdırılacaq:

“Ona görə indidən nəsə söyləmək doğru olmazdı”.

Oxşar xəbərlər

2 saylı Cəzaçəkmə Müəssisəsində ÖZBAŞINALIQ... - "Məgər çörək yeməyə görə rüşvət verərlər?"
16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
1 saylı Cəzaçəkmə Müəssisəsindən 13 nəfər azadlığa buraxıldı - FOTO
İntihar edən məktəbli qızların valideynləri: “Şəkil üçün ora çıxıblar” - Video
Bakıda əsgər özünü alnından güllələyib öldürdü
13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR? - ŞOK İDDİA
2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR - “Müdaxilə olmasa, atam öləcək”
Məhbuslar taleyin ümidinə buraxılıb? - NARAZILIQ!
“Xankəndi” gəmisi ilə bağlı prezidentə şikayət edildi
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi - FOTO
“Qüdrət Həsənquliyevin bacısı oğlu Natiqin üzünə durdu”
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Müalicə Müəssisəsində ÖZBAŞINALIQ - İTTİHAM
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi - FOTO
İstanbulda azərbaycanlı model sevgilisi tərəfindən işgəncələrə məruz qaldı - VİDEO
"Məhbusa pul göndəririk, üstündən götürürlər..." - GİLEY
Zöhrə Abdullayeva xəstəliyinə görə 30 kiloqram arıqladı - FOTO (YENİLƏNİB)
Azərbaycanlı dünya çempionu yenidən həbs edilə bilər
İlham Əliyev bu qadınlara fəxri adlar verdi -  SƏRƏNCAM
Hüseyn Abdullayev vətəndaşlıqdan imtina etdi
Bayram günü ana ilə uşaqlarını maşın vurdu
Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdı
Sumqayıtın polis rəisinin müavini İŞDƏN ÇIXARILDI
Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
"40 ilin sənətkarı qolunu açıb efirə çıxmamalıdır"
11 saylı cəzaçəkmə müəssisəsində ÖZBAŞINALIQ - GİLEY
Vilayət Eyvazov bu rayona rəis müavini TƏYİN ETDİ
Azərbaycan XİN İzmirdəki zəlzələ ilə bağlı açıqlama yayıb
Vilayət Eyvazov onu rəis müavini təyin etdi