İcra başçısı Seymur Orucovun biznesmen xanımının 115 min manatlıq  qaz borcu -  Bağça  müdirəsi  necə biznesmen olur ?
7-04-2021, 13:05
256

İcra başçısı Seymur Orucovun biznesmen xanımının 115 min manatlıq qaz borcu - Bağça müdirəsi necə biznesmen olur ?

 Ağstafanın  35 yaşlı icra başçısı Seymur Orucovun həyat tərzi barədə  son günlər gundelik-baku.com-da xeyli bəhs etmişik. 
Bu  cavan oğlan görəsən  hansı pulla  dəyəri  350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı “GMC Yukon Denali” markalı avtomobili qardaşı Vasif Orucovun adına alaraq, həyat yoldaşı Çeşmi xanımın  ad günündə  ona hədiyyə edir. 
Çeşmi  xanım bağça  müdirəsi olduğu  Maştağa qəsəbəsinə  350 minlik avtomobildə gedib-gəlir. 
Məlumat üçün bildirək ki, Çeşmi Hacıyeva  keçmiş millət vəkili, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızıdır. Və atasının  zamanında universitetdə dekan vəzifəsində çalışıb. Sonradan universitetin yeni  rektoru Ədalət Muradov Çeşmi xanımı vəzifədən çıxarıb.  
Təsəvvür edirsiniz, dekan, sonra isə bağça müdirəsi olan Çeşmi xanım istixana- “parnik”  sahibidir. Və Azəriqaza  115 min manat borcu var. 
Birincisi, dekan, sonra bağça müdirəsi olan, yəni təhsil sahəsində vəzifə tutan  bu gənc xanım necə istixana sahibi, yəni sahibkar-biznesmen ola bilər ? 
İkincisi,  350 minlik avtomobildə gəzən xanımın Azəriqaza nə üçün 115 min manat borcu olmalıdır ? 
Azəriqaz  rəhbərliyinin , dövlətin istehsal etdiyi qazı Çeşmi xanımlara hədiyyə edir? 
Bəs adi vətəndaşın 5 manat borcu olan kimi necə onun qazını kəsir ? 
Görəsən icra başçısı  həyat yoldaşının borcunu ödəmək əvəzinə niyə ona  350 minlik avtomobil hədiyyə edir ? 
Bir filmdə deyilən kimi, “Ara, çaxırı içmisən, pulunu ver də..”. 
İndi, cənab Seymur Orucov, qazın pulunu ver də.  
Yaxşı,  Novxanı ərazisində dəyəri yarım milyon olan iki bağ evini hansı pulla almısan,  cənab başçı ?
Hazır ol, bir gün bu suallara cavab verməli olacaqsan.

Oxşar xəbərlər

Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR
35 yaşlı  icra başçısının xanımı 350 minlik avtomobil idarə edir-Çeşmə xanımla Maştağa sakinlərinin çəkişməsinin  səbəbi nədir?-VİDEO
Bir  ayağı rayonda, o biri ayağı  Bakıda olan  gənc  icra başçısı Seymur Orucov- İcra  başçısı  etimad limitini bitirib
Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...
Ağstafanın icra başçısı  YAP-dakı vəzifəsini itirdi…-AĞSTAFA sakinləri SEYMUR ORUCOVU Bakıda-Elmlər Akademiyasındakı evində axtarır
Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”
İcra başçısı Seymur  Orucov 350 min manatlıq avtomobillə “yaylağa” çıxır- Başçının həyat yoldaşı Çeşmə xanım üst-başını silkələsə 100 min manatlıq  qızıl-briliyant  tökülər....
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Rektor 1 milyona ev, 440 min manata cip aldı
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş...
Üç korrupsionerin çiyinlərində yüksələn başçı Ağstafanı necə idarə edir? - SEYMUR ORUCOV DOSYESİ......
Ağstafa nədən DİRÇƏLƏ BİLMƏZ... - SƏBƏBLƏR, FAKTLAR...
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Gədəbəyin aydan-arı, sudan duru icra başçısı... - Rayonundan 100 faiz xəbərsizdir
Qaraqoyunlu Bədəlin oğlu, Rövnəq Abdullayevin yeznəsi ELVİN BƏDƏLOV-un milyonları-DOSYEDƏ ''FETO'' İZİ......
GDU-nun dekanı rektoru necə aldadıb? - Moskvada və aylıqdakı tələbələr...
Abıyev 190 minlik" Lexus LX 570"-dən imtina edib “NAZ Lifan” aldı
Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT
Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
204 saylı marşrutun sahibi Sənan Səlimov zərərçəkənin pulunu niyə vermir ? -Marşrut sahibi  Laçının  sabiq başçısı Akif Səlimovun oğludur
Bakıda baş verən dəhşətli və müəmmalı qəzadan görüntülər- Video
XAÇMAZDA ŞOK MƏNİMSƏMƏ ÜSULU:Nazim Ağayev antivirusa 10 min 426 manatı necə xərcləyib?