Kim yuxudan tez durursa, “Qaçqınkom”un sədri odur… - Sənin kabinetin qaçqınların yataqxanası olmalıdır, cənab Rövşən Rzayev
7-04-2021, 14:20
258

Kim yuxudan tez durursa, “Qaçqınkom”un sədri odur… - Sənin kabinetin qaçqınların yataqxanası olmalıdır, cənab Rövşən Rzayev

Dəfələrlə qeyd etmişik ki, torpaqlarımız azad olunsa da, qaçqınlarımız  öz doğma yurdlarına qayıtsa da, Azərbaycanda qaçqın problemi hələ uzun illər davam edəcək. Deməli, adi məntiqlə “Qaçqınkom”dakı problemlər də həmişə mətbuatın diqqət mərkəzində olacaq. Bəziləri düşünür ki, torpaqlar azad olundu məsələ bitdi. Əsla, belə deyil. Ona görə də uzun illərdir “Qaçqınkom”da yığılıb qalmış problemlər öz həllini tapmalıdır. Başqa yolumuz yoxdur. 
Əlbəttə, obyektivlik naminə qeyd etməliyik ki, “Qaçqınkom” adlı qurum öz fəaliyyəti dövründə müəyyən işlər görüb. Ancaq bu qurumda problemlər də bitib tükənmir. 
Ona görə də gənc kadr olan, Rövşən Rzayev  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə  təyin olunanda vətəndaşlar düşünürdü ki, illərlə yığılıb qalan problemlər  nəhayət öz həllini tapacaq. Ancaq tam əksini gördük. 
Rövşən Rzayev 3 ildir ki, Qaçqınkomun sədridir. Bu müddət ərzində cənab  sədr desin ki, nəsə müsbət bir iş görüb. Əksinə 3 il müddətində  az-çox işləyən bu qurumda əməlli-başlı “bespredel”- xaos yaranıb. Əvvəllər heç olmasa bilirdin bu qurumda rəhbər kimdir, söz sahibi kimdir, səlahiyyətli şəxs kimdir. Amma Rövşən Rzayev 3 ildə qurumu elə günə qoyub ki...
Kim səhər yuxudan tez durub “Qaçqınkom”a  qaçıb  gəlirsə, o da özünü sədr hesab edir.  
Təsəvvür edirsiniz,  Rövşən Rzayev deputat olanda  Rövşən Ələkbərov adlı sürücüsü olan kəsi indi özünə, yəni Qaçqınkoma sədr köməkçisi gətirib. 
Keçmiş sürücü, indiki köməkçi Rövşən Ələkbərov özünü komitənin sədri kimi aparır, sədr müavinlərinə göstəriş verir, hətta komitənin iclaslarında köməkçi Rövşən sədr Rövşənin sözünü kəsir. Bəli, bəli, sözünü kəsir. Görəsən sədr Rövşənin sürücü-köməkçi Rövşənin yanında hansı gözü kölgəliyi, “qrexi” var ki, ona söz deyə bilmir. 
Belə “bespredel”, belə anarxiya olmaz, cənab sədr Rövşən. 
Vergilər nazirliyi ən çoxu 50-100 min sahibkarla, Gömrük komitəsi 40-50 min biznesmenlə məşğul olduğu halda Qaçqınkom 1 milyon insanın talehi, güzaranı, yaşayışı ilə məşğuldur e. Bunu başa düşürsən, cənab sədr ? 
Hamısı da evini, eşiyini, işini, malını, mülkünü itirmiş narazı kontingentdir. Onsuz da həyatından narazı olan 1 milyon insanı siz niyə narazı salırsınız dövlətdən ? 
Məqsədiniz nədir, nə etmək istəyirsiniz ? 
Prezident öz xanımı ilə qaçqınların evlərini ziyarət edir, onlara təskinlik verir, insanlarda gələcəyə ümid yaradır. Siz isə insanların ümidini öldürüsünüz. 
Cənab Sədr ! Sənin işin kabinetdə oturmaq deyil e. Sənin kabinetin məcburi köçkünlərin qaldığı yataqxanalar, şəraitsiz bağçalar, sovet dövründən qalma köhnə pansionatlar olmaldır. Sənin günün həmin yerlərdə keçməlidir. 
Sənsə bir dəstə alverçini, bazar adamını yığmısan başına özünüz üçün dövlətin ayırdığı milyonlardan biznes qurursunuz. 
Qaçqınlar üçün tikilən binalarda  nə qədər qaçqın olmayan şəxslərə mənzil satılıb ? 
Müxtəlif səbəblərdən nə qədər qaçqının çörək pulu, müavinətləri kəsilib ? 
İcra başçıları ilə sövdələşib nə qədər  maxinasiyalar edirsiniz ? 
Qaçqınkom-un nəzdindəki JEK-lər hansı oyunlardan çıxmır ? 
Müşfiq qəsəbəsində qaçqınlar üçün tikilən binanın qarşısında, həndəvərində  ayaq basmağa yer yoxdur. Hamısını ticarət obyeketləri kimi kimlərə satmısınız ? 
Artıq bu ərazi qaçqınlar üçün ayrılan sahə deyil, əməlli-başlı ticarət mərkəzi olub. Həmin obyektlərin birində qaçqın olan kəs yoxdur. Hamısı kənardan gələn şəxslərdir. 
Komitənin Mənzil İstismar departamentinin direktoru Səbuhi Əhmədov, sizin “qara kassa”nız, nə qədər mənzillər satıb 
Səbuhi  Əhmədov Balaxanı neft-in müdiri olarkən, haralara və kimlərə  qulluq edib ? 
Aparatın rəhbəri Eldar Zeynalovun əməlləri sizə məlum deyilmi ? 
Yaxud  Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov. Bu adam hələ də başa düşmür ki, qaçqınlıq beynəlxalq statusdur. Kimsə ərə getməklə, ya da boşanmaqla bu status dəyişə bilməz. 
Axı, siz özünüz də Allah qoymasa BDU-nun hüquq fakültəsiniz bitirmisiniz, cənab sədr Rövşən Rzayev. 
Və necə bitirmisiniz, Ədliyyə Nazirliyi sistemində necə və hansı yolla çalışmısınız o da bizə yaxşı məlumdur. 
Nə isə. Yəqin ki yaxın zamanlarda Qaçqınkomda da ciddi yoxlamalar olacaq.


Oxşar xəbərlər

Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
“Qaçqınkom”  məcburi köçkünə  5 min manat atıb-  Komitə sədri  Rövşən Rzayevlə  “ölkədən qaçan”  Rza İbadovu nə birləşdirir?
Rüşvətin və korrupsiyanın buynuzu olmur, cənab Rzayev-QAÇQINKOM SƏDRİNƏ QARŞI İDDİALAR-VİDEO
Qaçqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM
“Qaçqınkom” 4700-ə yaxın mənzili ƏƏSMN-nin balansına verdi
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Rzayevin 2 ili ...
“Qaçqınkom” Qarabağı xarici ölkə sayır? - İLGİNC
Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM
Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt
Qaçqınkomun sədri  Rövşən Rzayev hansı işlərlə məşğuldur?
“Qaçqınkom” 42 minə zibilqabı alır
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama
"Qaçqınkom" kimin "əmisioğludur"?.. - Bizim, yoxsa...
AMEA-da aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - GƏLİŞMƏ
“Bu pul qarşı tərəfdən məcburi alınmalıdır“ - Deputat
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
“Qaçqınkom”un TƏHLÜKƏLİ OYUNU... - NƏ BAŞ VERİR?
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ belə müəyyən olunacaq
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC