Gəncənin icra başçısı Niyazi Bayramov Qarabağda nə vaxt döyüşüb ?- Azad Rəhimovun qudası  necə polkovnik oldu ?
12-04-2021, 15:56
579

Gəncənin icra başçısı Niyazi Bayramov Qarabağda nə vaxt döyüşüb ?- Azad Rəhimovun qudası necə polkovnik oldu ?

Gəncənin icra başçısı Niyazi  Bayramovun  tərcümeyi-halına baxanda bir məsələ diqqətimizi cəlb edir. 
Cənab başçı  Qarabağ  müharibəsi veteranıdır, hətta polkovnikdir. 
Sözün düzü, mənim şəxsən tanıdığım neçə vəzifəli şəxs, hətta nazir müavini var ki, cibində Qarabağ müharibəsi veteranı vəsiqəsi gəzdirir, veteranlar üçün nəzərdə tutulan güzəştlərdən istifadə edir. Hətta bir dəfə soruşdum ki, harada vuruşmusan ? 
Cavabı bu oldu ki, 2 dəfə əsgərlərə dövlət yardımı aparmışam. 
Axı, Qarabağa yardım aparmağın döyüşə, müharibəyə nə dəxli var ? 
Hətta adam var ki, heç yardım da aparmayıb, ümumiyyətlə, Qarabağa ayağı dəyməyib,  ancaq cibində veteran “knijkası” gəzdirir. 
Yəqin ki, Gəncənin icra başçısı da Qarabağa yardım aparıbmış. 
Bəs görəsən, polkovnik rütbəsini necə əldə edib ? 
Bu adamın rəsmi ömür yoluna nəzər salaq.
1956-cı il martın 26-da Bakıda anadan olmuşdur.
1980-1986-cı illərdə vəkil işləyib.
1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.  
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 
YAP-ın üzvüdür, Qarabağ müharibəsinin iştirakçısıdır. Polkovnikdir. 
İndi özünüz  deyin, bu adam hansı ildə, hansı ayda Qarabağda vuruşub? Hələ üstəlik də polkovnik rütbəsi var. 
Amma Niyazi Bayramovun ən böyük “zvaniyası”  bilirsiniz nədir ? 
Gənclər və idman naziri Azad Rəhimovla quda olması. Bəli, Azad Rəhimovun oğlu Arif Rəhimov  Niyazi müəllimin kürəkənidir. 
Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Və hazırda ailəsi ilə  Londonda yaşayır. 
Son vaxtlar Azad Rəhimovun Amerikada müalicə olunması, hətta komaya düşməsi ilə bağlı xəbərlər yayılır. Əslində məsələ başqa cürdür. Belə ki, avtomobil idmanı üçün dövlətin ayırdığı milyonları Niyazi Bayramovun kürəkəni Arif Rəhimov mənimsəyib. Hazırda o pulların geri qaytarılması məsələsi gündəmdədir. Azad Rəhimovu da komaya salan odur. 
Niyazi Bayramovun öz fəaliyyəti isə hazırda dövlət qurumları tərəfindən ciddi yoxlanılır. 
Gəncə şəhərində tikinti və abadlıq işlərinə son 2 ildə ayrılan külli miqdarda vəsaitin mənimsənilməsi diqqətlə  araşdırılır. 
Dövlət başçısı  Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayırıb. 
Niyazi  Bayramov  isə  bütün tenderləri öz yaxınlarının adına yaratdığı MMC-lərə verib. 
Hazırda  Niyazi Bayramovun həbsi gündəmdədir. 
Qudaların başının üstündə qara buludlar dolaşır.

Oxşar xəbərlər

Şəhidlərimizə hörmətsizlik edən Niyazi Bayramov, kürəkənin Qarabağda döyüşübmü ?- Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı
İcra başçısı müharibədə evi yararsız hala düşən vətəndaşı hədələdi – Video
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto
Gəncənin icra başçısı axtarılır
Elmar Vəliyevin adamlarının həbsinin bəzi detalları məlum oldu — Fotolar
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
ABŞ-ın məşhur jurnalisti Gəncəyə səfər edib
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Elmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? - İTTİHAM
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
“Şuşalılar zəng edirlər ki, nə vaxt köçürük?” - İcra Başçısı
Siyəzənin başçısı bezdirdi, Qarabağ qazisi özünü doğradı - Prezidentə müraciət olundu
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Sabiq prokuror Ceyhun Şirinov ittihamdan öncə falabaxanlarla məsləhətləşir-Falabaxan söz verib ki, Zülfəli Bakının, Ceyhun isə Gəncənin meri olacaq
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...
"İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu..." - GİLEY
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
18  il  icra başçısı işləyən  Şahin Məmmədov hansı  “təriqət”in  üzvüdür ?- Ağcabədidə  5  diplomat pul təklif olunan  icra başçısı...
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
"Gəncənin icra başçısı məni ölümə sürükləyir" - GİLEY