Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunanda çoxları düşünürdü ki, illərlə yığılıb qalmış problemlər nəhayət həllini tapacaq.
Amma tam əksini müşahidə edirik.
Rövşən Rzayev də bəzi məmurlar kimi kresloya əyləşən kimi harada qohum-əqrəbası, dostu-tanışı var idi, yığıb gətirdi Qaçqınkoma.
Onlardan biri də Komitənin Mənzil İstismar departamentinin direktoru Səbuhi Əhmədovdur.
Səbuhi Əhmədov 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, sonradan Müdafiə Sənayesi naziri olan mərhum Yavər Camalovla yaxın dost olublar və həmişə ona güvənib. Səbuhi Əhmədov sonradan Yavər Camalovun dəstəyi ilə Balaxanıneft Neft Qaz Çıxarma İdarəsinin ( NQÇİ) rəisi olub. Və sonradan müxtəlif vəzifələrdə işləyib.
Bir müddət Səbuhi Əhmədov media aləminə də baş vurub. O, rəhmətlik Aygün Şəmkirlinin qəzetinə sponsorluq edirdi. Bu adamdan soruşan yox idi ki, 500 manat maaş alırsan, sən hansı pullarla sponsorluq edirsən ?
Sonradan Rövşən Rzayev komitə sədri olan kimi dostu Səbuhi Əhmədovu “ən yağlı, korrupsiyanın çiçəkləndiyi” Departamentə rəis təyin edib.
Səbuhi Əhmədov rəis olan gündən məcburi köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, kiməsə bağışlamaqla məşğul olub. Mənzillərin bölgüsündə baş verən qanunsuzluqların memarı da Səbuhi müəllimdir.
Bütün bunlar azmış kimi, Səbuhi Əhmədov qaçqınların hesabına daha çox qazanmaq üçün yollar arayıb. Və tapıb.
Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb.
Səbuhi Əhmədov qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Bunu eşidən qaçqınlar, sonra obyekt sahibləri hər gün gələrək pullarını tələb edirlər.
Konkret olaraq deyə bilərik ki, Zəngilandan olan məcburi köçkün Nəsimi Vəliyevdən dövlət rüsumu adı ilə 5 min manat pul alıblar. Hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur.
Hazırda Səbuhi Əhmədov yığılan külli miqdarda pulların problemini Allah qoymasa JEK rəislərini vəzifədən çıxarmaqda görür.
Guya JEK rəislərini çıxarmaqla qaçqınların pulu qayıdır ?
Yəqin ki, yaxın zamanlarda bu məsələ ölkə rəhbərliyinin diqqətini cəlb edəcək.
Bu pullara görə, Səbuhi Əhmədovu nə gözləyir, bunu zaman göstərəcək.
P.S. Növbəti yazıda Səbuhi Əhmədovun tenderlərdən qazandığı pullardan bəhs edəcəyək.
Balaxanıneft-dən Qaçqınkom-a gələn Səbuhi Əhmədov qaçqınları necə aldadıb?- Qaçqınlar və obyekt sahibləri Səbuhi Əhmədovdan pullarını tələb edir
13
aprel
15:32

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Səbuhi Abbasov "Qızıl orden"lə təltif edildi
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Suqovuşanda şəhadətə qovuşan igidimiz - “Şəhid olacağını bilirdi...“
Təhsil Nazirliyində yeni təyinat olub
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
"Yelo Bank"da yeni baş direktor təyin olunub
Nazir kapitana yüksək vəzifə verdi
Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
Dövlət kanalında QALMAQALLI DƏYİŞİKLİK - AzTV sədri daha bir qohumuna yüksək vəzifə verdi
Bakıda qardaşı arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır
“Xankəndində yaralanan oğlumun kəllə qapağı çıxarılıb və..." - Qazimizin anası kömək istəyir
Fərhad Əhmədov işçilərinin əmək haqqını ÖDƏMİR - FOTO
Rövşən Rzayev "xiyar sezonu"nunda əmək fəaliyyətinə başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
"Məzun evi"nin direktoru Rza Əhmədov haqda ilginc məlumatlar yayıldı - Heybət İmanova arxalanaraq var-dövlət sahibinə çevrilib
Abşeronda rüşvət alan məmurların məhkəməsi başlayır
Bakı sakini 32 yaşlı tanışını bıçaqladı
Sabiq daxili işlər naziri həbs edildi
Baş redaktor koronavirusdan vəfat etdi
“Qaçqınkom”un sədri Rövşən Rzayev xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
“Qaçqınkom” 42 minə zibilqabı alır
Xankəndidə yaralanan qazimizin durumu ağırdır
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər