Binəqədi  “Daş bazarı”nda  çörək daşdan çıxmır… -  Milyonlar qazanan bazar  vergidən yayınır?
19-04-2021, 15:13
134

Binəqədi “Daş bazarı”nda çörək daşdan çıxmır… - Milyonlar qazanan bazar vergidən yayınır?

Hərənin çörəyi bir yerdən çıxır. Babalarımız çətinliklə qazanılan çörək haqqında  deyiblər ki, çörəyi daşdan çıxır.
Amma vallahi, daş karxanalarının, daş bazarlarının sahiblərinin, qum-çınqıl  satanların çörəyi daşdan-zaddan çıxmır. Maşallah, daşdan, qumdan milyonlar qazanırlar. 
Ancaq təbiətimizə və büdcəmizə külli miqdarda  ziyan vururlar. 
Konkret olaraq  belə bazarlardan biri, Binəqədi rayonu ərazisindən yerləşən məşhur  “Daş bazarı”ndan bəhs etmək istəyirik. 
Bazarın adı “Daş bazarı” olsa da burada hər şey satılır: mişar daşları, təbii çay daşları, qum-çınqıl, sement, dəmir materiallar, armaturlar, yəni tikintidə lazım olan hər şeyi burada tapmaq olar. 
Ancaq bu tikinti materiallarının keyfiyyəti və insan orqanizmi üçün zərəri və digər məsələlər nəzarətdən kənardır. 
Sovet dövründə  tikinti materiallarını  öyrənən institutlar var idi. Məsələn, Elmi-tədqiqat İnşaat Materialları institutu. Yəni burada daşın, qumun, sementin, şiferin, əhəngin yaşayış evi üçün yararlı olub-olmadığı öyrənilirdi. Və nəticədən asılı olaraq daş karxanalarına icazə verilirdi. Amma bu gün kimin pulu varsa, daş karxanası açır, qum-çınqıl satır, çayların təbii yatağını dağıdırlar. Əslində bu məsələdə Ekologiya Nazirliyi də məsuliyyət daşıyır. Sabiq ekonazir  Hüseynqulu Bağırov bu daş karxanalarından milyonlar qazanıb. Sonra daş karxanaları hansı rayonun ərazisində yerləşirsə, mütləq icra başçısına, polis rəisinə, prokurora “aylıq” verməlidirlər. İndiki ekonazir Muxtar Babayev də bu problemlərə qarışmır, ağzına su alıb susur. 
Qanunsuz işləyən bu daş karxanalarının, qum-çınqıl sexlərinin məhsulları Bakıdakı bazarlarda, daha çox Binəqədidəki  “Daş bazarı”nda  satılır. Yəni sözümüzün canı odur ki, daş, qum, çınqıl  “Daş bazarı”na gələnə qədər yüz əldən keçir, həmin daşdan bütün məmurlar rüşvət alır və nəticədə 1 ədəd daşın qiyməti 1 ədəd  çörəyin qiymətinə çatır.  Ona görə də hazırda “Daş bazarı”nda  qiymətlər ceyran belinə qalxıb. 
Hətta gundelik-baku.com  saytına  daxil olan məlumata görə, “Daş bazarları”nın sahibləri eşidib ki, azad olunmuş rayonlarımızda güclü tikintilər başlayıb, ona görə də tikinti materiallarının qiymətlərini süni qaldırırlar. Bu ən azı vicdansızlıq və kəmfürsətcilikdir. Yəni azad olunmuş rayonlarımızdakı tikintilərə kömək etmək əvəzinə milyonlar qazanmaq istəyirlər.
Digər tərəfdən bu daş bazarları, o cümlədən Binəqədi “Daş bazarı”  vergidən yayınırlar. Hər gün bu bazarda böyük məbləğdə  alver gedir, bunlar vergini necə ödəyirlər? 
İqtisadiyyat nazirliyi, Vergilər Xidməti niyə bu məsələlərlə maraqlanmır? 
Bazarda çalışan işçilərin əmək müqaviləsi varmı ? 
Bir sözlə, tikinti-inşaat materialalrı bazarı problemlər içərisindədir.

Oxşar xəbərlər

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...
Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər
Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü
Paytaxtın məşhur bazarı köçürülür
İmişlidə ən ucuz XƏSTƏLİK MƏNBƏYİ... - "Biz indi Ramiz Mehdiyevi hardan alaq ki?.."
Maşın bazarı 1 illik aradan sonra açıldı: Yeni qiymətlər- Video
Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... - Təkcə Masallıda olanı budur...
Nazir Mikayıl Cabbarov Holcim ASC-də baş verənləri nəzarətə götürdü
Astara İcra başçısının dodaq uçuqladan sərvəti-SİYAHI
Holcim ASC barədə cənab nazirə müraciət
Monitorinqin nəticələri açıqlandı
Azərbaycanda çörəyin qiyməti qalxdı - FOTOLAR
Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi
Bakıda dəmir yol təmirçisi faciəvi şəkildə öldü
"Sığorta üç ilə yaxındır ki, bizi süründürür" - Ağsuda NARAZILIQ
Nazirlik bazarın fəaliyyətini dayandırıb -
Dünyada ikinci olan Ağdam çörək muzeyi haqda İNANILMAZ FAKTLAR + VİDEO
"Holcim"in rəhbərliyi ilə bağlı ilginc iddialar... - "Gözün üstündə qaşın var" deyən yoxdur...
Kamil Zeynallı “qul bazarı“nda kostyum payladı - Video
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
“Azərbaycanfilm”in ərazisi  kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?
Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir... - Diqqət, TƏHLÜKƏ!
Daşınmaz əmlak bazarı: Qarabağda torpaq almaq istəyənlər çoxalır
"Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı” - Nazirə şikayət
Gigiyena və Epidemiologiya Mərkəzinin kuratoru Viktor Kerimoviç  kimdir ?-  Mərkəzin direktoru  Sara Həsənova niyə məhz içkiləri nəzarətə götürüb ?
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
Bakıda onlarla maşının üstünə tikinti materialları töküldü - Video
Zəfər günü “Holcim”in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik
Koronavirus yayılan bazarda qaydalara necə əməl olunur? - VİDEO
“Tenderlər kralı” Xəlil Göyüşovun karyerası bitirilir