Əlillik dərəcəsi almaq üçün 7 min manat verdi
20-04-2021, 11:23
46

Əlillik dərəcəsi almaq üçün 7 min manat verdi

Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə,  Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini Şahalı adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 7000 manata yaxın pullarını aldığını bildiriblər.
Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş rayonun Qiyaslı kənd sakini Şahalı Eminov saxlanılıb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. 
Ş.Eminovun Ağsuda, eləcə də respublikanın digər şəhər və rayonlarında oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Ağsu Rayon Polis Şöbəsi və ya şəhər telefonlarından  020-226-51-23 nömrəsi, habelə  DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Qadınlara qarşı soyğunçuluq edən kişi tutuldu
Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxslər saxlanılıb
Özünü polis kimi təqdim edib qadından 17 min manat aldı - VİDEO
Şamaxıda şirkətdən oğurluq edən şəxs saxlanıldı
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Xızıda oğurluq edən şəxs saxlanılıb - FOTO
Şəhid ailəsinə qarşı 10 min manatlıq DƏLƏDUZLUQ
İcra nümayəndəliyindən oğurluq edən şəxs saxlanıldı
Dələduzluq yolu ilə vətəndaşlardan 45 min manat alan şəxs saxlanılıb
Zaqatalada qadına məxsus təqaüd kartını oğurlayan şəxs saxlanılıb
Bakıda qadını şantaj edən şəxs saxlanılıb
Zaqatalada keçmiş məhkumdan "Makarov" tapançası və heroin götürülüb
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı
Qadını şantaj edib, 15 min tələb edən şəxs tutuldu
“E-manat“ və “MilliÖn“dən külli miqdarda pul oğurlandı
Xuliqanlığa görə saxlandı, üstündən narkotik vasitə çıxdı
Abşeron rayonunda qadına qarşı quldurluq edən iki nəfər saxlanılıb - FOTO
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Mağazadan 12 800 manat oğurlayan şəxs saxlanılıb
Göyçayda keçmiş məhkumdan narkotik götürüldü
Mingəçevirdə narkotiklə saxlanılan şəxsin digər cinayət əməli də üzə çıxıb
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
Oğurluq edən şəxs saxlanıldı
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Astara sakinlərindən qanunsuz odlu silah götürüldü
Qarət etdiyi evləri yandıran şəxs tutuldu
Balakəndə narkotacir tutuldu - FOTO
Bakıda yataq xəstəsi olan qadına qarşı soyğunçuluq edildi - VİDEO
Beyləqanda dəfələrlə mal-heyvan oğurlayan şəxslər saxlanıldı - FOTO