Babası Staxanovçu, nəvəsi  əvvəl cəbhəçi, indi QHT-çi Emin Əliyev-  Deputatlığa namizəd olduğun Zəngilan-Qubadlı uğrunda bircə saat vuruşmusanmı, Emin Əliyev ?
20-04-2021, 16:24
152

Babası Staxanovçu, nəvəsi əvvəl cəbhəçi, indi QHT-çi Emin Əliyev- Deputatlığa namizəd olduğun Zəngilan-Qubadlı uğrunda bircə saat vuruşmusanmı, Emin Əliyev ?

Deməli, cənab Prezident İlham Əliyev deyən kimi, 1993-cü ildə cəbhə hakimiyyəti fərarilik edəndən, öz vəzifələrini “dondurandan” sonra  bunların çoxu Qeyri-Hökumət Təşkilatlarına transfer etdilər. 
Hərəsi bir QHT yaradaraq xarici qrant təşkilatlarından pullar almağa, Azərbaycan haqqında ancaq mənfi infornasiyaları  beynəlxalq təşkilatlara ötürməyə başladılar. 
Bunlar elə başa düşürdülər ki, guya xarici təşkilatlar bunları nə vaxtsa hakimiyyətə gətirəcək. Ancaq anlamırdılar ki, bunlar beynəlxalq təşkilatlar üçün sadəcə ''işverənlərdilər''. 
Yəni bunların statusu əvvəldən bəlli idi. 
''İşverən'' sözünü boş yerə işlətmədik. Bunların babaları da ötən əsrin 30-cu illərində ''işverənlik'' ediblər. 
Adlarını gah Leninçi, gah Stalinçi, gah da Staxanovçu qoyaraq  öz maraqlarını güdüblər. 
Belə QHT sədrlərində biri də vaxtilə  Kənd Təsərrüfatı Nazirliyində çalışan və nazirliyin imkanları hesabına özünə “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları “ İctimai Birliyini yaradan Emin Əliyevdir.  
Bu adam həqiqətən də QHT sədri olsaydı, bu başqa məsələ. Amma dövlət qurumlarında çalışaraq  öz səlahiyyətlərindən istifadə edərək, özləri üçün Qeyri-Hökumət Təşkilatları yaradıb xaricdən qrant almağın bircə adı var: satqınlıq, trolluq və s. 
İndi deyirlər, troll dəstəsi-filan, 5-ci kalon-zad və s. 
Elə həmin şəxslər bunlardır də.  
Yəni dövlət resurslarından yararlanaraq, QHT yaradıb qrant layihələrində iştirak edir və böyük məbləğdə maliyyə vəsaiti əldə edirlər. 
Adam neçə budaqda otura bilər ? 
Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk iclasda dedi ki, kim siyasətlə məşğul olmaq istəyirsə, qapı açıqdır. 
Dövlət qulluğunda oturub, hökumət nümayəndəsi olub, Qeyri-Hökumət işləri ilə məşğul olmaq “dövlət içində dövlət” kimi bir məsələdir. Bu bilirsiniz nəyə oxşayır ? 
Nazirlər, komitə sədrləri, hətta icra başçıları fərqli siyasət yürüdür. Axı, ölkə siyasətini 1-ci şəxs müəyyən edir. Qalan vəzifə sahibləri, məmurlar həmin siyasətin icraçılarıdır.
Bir vaxtlar Kənd Təsərrüfatı Nazirliyində çalışan və nazirliyin imkanları hesabına özünə “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları “ İctimai Birliyini yaradan Emin Əliyev də belə QHT rəhbərlərindən biridir. 
Nədənsə son vaxtlar hamı “ 5-ci kolondan “ danışır. Amma heç kim  belə QHT sədrlərindən danışmır. Əlbəttə, Rusiyanın əlaltıları olan 5-ci kolon kimi Qərbin qrantyeyənləri də dövlətimizin maraqlarını deyil, ağalarının maraqlarını güdürlər. Emin Əliyevdən soruşan lazımdır ki, QHT rəhbəri olaraq neçə ildə cəmiyyət üçün hansı maraqlı layihə həyata keçirmisən ? 
Aldığın qrantların hesabatını vermisənmi ? 
Görünür baba İdrisin kommunist dövründə etdiklərini, indi müstəqillik  dönəmində nəvə Emin həyata keçirmək istəyir. 
Ancaq necə və hansı yolla ? 
Axı, keçən il 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olanda sakinlərə hansı vədləri vermişdin ? 
Bəs o vədlər  nə yerdə qaldı ? 
Niyə sözünə sahib durmadın, cənab deputatlığa nəmizəd ? 
Sən niyə vətən qarşısında borcunu yerinə yetirmədin ? 
Deputatlığa namizəd olduğun  Zəngilan-Qubadlı bölgəsində  1-cə saat vuruşdunmu ? 
Ümumiyyətlə, orduda qulluq etmisənmi ? 
Son vaxtlar erməni işğalından azad edilmiş Zəngilan, Qubadlı torpaqlarında hansı layihəni işə salmısan ?
Yenə qrant qazanmaq, yenə xaricə  danos göndərmək istəyirsənmi ? 
Çox yaxın zamanda bunların HESABAT-ını səndən tələb edəcəklər, cənab Emin Əliyev.

Oxşar xəbərlər

Dövlət məmuru necə  QHT  sədri ola bilər ?-  Bu  “dövlətin içində dövlət”  deməkdir, cənab deputatlığa namizəd
İlham Əliyev erməni dilində olan lövhəni belə sökdürdü - Video
“İşğalçını öz adı ilə çağırmaq istəmirdilər” – İlham Əliyev
Hikmət Hacıyev Zəngilan və Cəbrayıla səfərdən yazdı
Prezidentdən QHT-lərlə bağlı FƏRMAN
Füzulidə beynəlxalq aeroport tikiləcək - Prezident göstəriş verdi
Putin xahiş etdi ki, çox da təkid etməyim - İlham Əliyev
Əməkdar incəsənət xadimi təltif edildi
“Ermənistan vasitəçilərə hörmətsizlik göstərdi” - İlham Əliyev
YAP-ın  VII   ZƏFƏR  QURULTAYI -  İqtidar partiyası Azərbaycanı uğurla gələcəyə aparır.
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
“Mən ona Milli Qəhrəman adı verdim” – İlham Əliyev
"Faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü"
“Hər şey məhv olub” – İlham Əliyev
Beynəlxalq təşkilatlar Ermənistanı ifşa edir
İlham Əliyev: "Daha 8 kənd işğaldan azad edildi"
Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
İlham Əliyev müsahibə verdi
“Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər” - Azərbaycan Prezidenti
Əli Həsənovun yerinə sabiq səfir TƏYİN EDİLDİ
Paşinyanın səsi niyə batmışdı? – Rus mediasından maraqlı yazı
“Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub“ - Hikmət Hacıyev
"Münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki..." - Dövlət başçısı
İlham Əliyev nazirləri topladı: Yeni tapşırıqlar
"Sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər” - Prezident
“Sən kimsən ki, Qarabağa gedirsən? Xəbərdarlıq edirəm...”
"Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir" - Prezident
“Adam gərək dəli olsun oraya pul qoysun” – İlham Əliyev
Prezident Baş Prokurorluğun bir qrup əməkdaşını təltif etdi