Qoşa Qala  restoranı kim(lər)indir  ?-  İcra başçısının adı hallanan  Restoranda nələr baş verir ?
20-04-2021, 16:35
301

Qoşa Qala restoranı kim(lər)indir ?- İcra başçısının adı hallanan Restoranda nələr baş verir ?

Xəzər dənizinin sahilində, Mərdəkanda(Şüvəlanda) Qoşa Qala restoranı yerləşir.
Bakıdakı digər restoranlardan fərqli olaraq  bura  orta əsrlədəki  kral saraylarını  xatırladır. 
Mərdəkan kimi yerdə  hektarlarla torpaq üzərində, Xəzərin sahilində  dəyəri bəlkə də 50-60 milyon olan  bu obyekt kimə məxsusdur ? 
Kral saraylarına  bənzəyən bu obyekti hansı pulla, hansı maaşla yaratmaq olar ? 
Təsəvvür edirsiniz, Qoşa Qala restoranının 5 giriş-çıxış qapısı var. Görəsən, 2-3 qapı  restoran sahibinə azlıq edirmi, yoxsa nəsə ehtiyyat tədbir üçün nəzərdə tutur ? 
Təkcə restoranın ərazisindəki  qiymətli ağacların, otaqlardakı çilçıraqların qiyməti neçə milyondur. 
Görəsən bu boyda möhtəşəm  restoran ayda, yaxud ildə dövlətə nə qədər vergi ödəyir ? 
Karantin, pandemiya dövründə burada bütün günü, gecə-gündüz  müştərilər gəlib gedir. 
İlkin məlumata görə, restoranı “018 Orxan” ləqəbli oğlan işlədir və restoran Orxanın atasına məxsusdur. 
Restoranda  dəyəri 3-4 manat olan məhsul 15-20 manata satılır. Müştərilər üçün isə bəzən xoşagəlməz  hal yaranır. Otağın bu başında kimsə öz ailəsi, uşağı ilə, o biri başında isə hansısa məmur balası  öz gözəlçəsi ilə. Belə hallar yolverilməzdir.
Hətta yerli sakinlərin dediyinə görə, gecələr bu məkandan elə səslər, elə əcaib gülüşlər eşidilir ki...
Qəlyan iyisi isə Şüvəlana qədər gedib çıxır.
Restoranın içərisində hətta restoran sahibinin retro avtomobillər var: 10 LL 021,  10 XX 021...
Deyilənlərə görə, restoran sahibinin böyük avtomobil kolleksiyası da var. 
Adam  fikirləşir ki,  bu boyda əmlakın dəyəri ilə vallah erməni işğalından azad olunmuş rayonlarımızı bərpa etmək olar. 
Yuxarıda qeyd etdik ki, karantin dövründə restoranda müştəri əlindən tərpənmək olmur.  Amma restoranın rəhbərliyi bir müddət əvvəl mətbuata bildirmişdi ki, restoranı dayandırmışıq. 
Bu necə dayandırmaqdır ki ? 
Axı, Prezidentin  töhmət verdiyi, İsmayıllı rayonunun gənc icra başçısı Nahid Bağırovun adı  “Qoşa Qala”  restoranı ilə hallanırdı. 
Bəli, gənc icra başçısı karantin dövründə gecə vaxtı kimlərlə “Qoşa Qala”  restoranında olmuşdu. Və buna görə də  təzə təyin olunmuş icra başçısına töhmət verildi. 
Bu gün də icra başçılarının çoxu qonaqları ilə Qoşa Qala restoranına gedirlər. 
Biz demirik ki, getməsinlər. Ancaq ölkənin ən böyük, ən bahalı restoranında nələr baş verdiyindən dövlət orqanları xəbərdar olmalıdır. 
Təkcə vergi məsələsi ilə Qoşa Qala-nın araxasından nələr çıxacağına əmin olmaq olar. 
Buyursun, İqtisadiyyat  Nazirliyi, Vergilər Xidməti.

Oxşar xəbərlər

Cəlilabadda “Kral” restoranı sərt karantin rejimini tanımır
“Şəki Qala” restoranında  qadınları ALDATDILAR-RƏZALƏT...
Gecə saatlarında işləyən restoranın sahibi həbs edildi
Quba icra başçısının "macaraları" - Yolçunun Fayton fırıldağı... VİDEO
Daha 119 obyekt epidemiya əleyhinə rejimi pozdu
Daha 128 obyekt epidemiya əleyhinə rejimi pozub
Məşhur restoran 3 milyon manata satılır - FOTOLAR
Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Astara İcra başçısının dodaq uçuqladan sərvəti-SİYAHI
Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... - Təkcə Masallıda olanı budur...
Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” - Ermənilərlə əlaqəsi var ?
Qubada karantini pozan restoran aşkarlandı
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
Şuşa qalası bərpa olunur
Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
General Xaqani Cəbrayılovun restoranları, torpaq sahələri, heyvandarlıq fermaları-  Şəhrizad xanımla  generalın  “iş birliyi “
Ucar camaatı  Mənsur Məmmədovu  şamla axtarır- İcra başçısını HƏBSƏ APARAN YOL...
Karantin vaxtı toy mərasimi keçirilən “Romance palace”ın sahibi İman Quliyev kimdir ? - Real TV-nin sahibi ölkə qanunlarını niyə pozur ?
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
Azərbaycanda  TOPAZ  kabusu dolaşır...-TOPAZA KİM NƏZARƏT EDİR?
Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?
İsveçdə “Qarabağ” restoranı yandırıldı - Video
“Azərbaycanfilm”in ərazisi  kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?
Qaydaları pozan kafe və restoranlar cərimələndi - SİYAHI
Tanınmış restoranlar cərimələndi - SİYAHI
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR