““Beynəlxalq Bank” get-gələ salıb problemimi həll etmədi” - “Xəzər İnşaat”-dan ev alan əsgər anası
22-04-2021, 13:27
45

““Beynəlxalq Bank” get-gələ salıb problemimi həll etmədi” - “Xəzər İnşaat”-dan ev alan əsgər anası

Bakı şəhər sakini Rzayeva Vəfa Rüstəm qızı 2015-ci ilin dekabrında “Xəzər İnşaat” MMC-dən aldığı iki otaqlı evin ipoteka kreditini ödəməkdə çətinlik çəkdiyini bildirib.

V.Rzayeva Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı bildirib ki, hələ 2009-cı ildə həyat yoldaşından ayrılıb və iki oğlu onun himayəsinə verilib:

“Həyat yoldaşımdan ayrılandan sonra övladlarıma mən baxmalı oldum. Özüm xadimə işləyirəm. Həyat yoldaşım aliment ödədiyi üçün onda kreditimi də vaxtında ödəyə bilirdim. Bir il öncə isə həyat yoldaşım həbs edildi. Bundan sonra alimentim də kəsildi və maddi çətinliklərim başladı. Oğlum Elmarın 18 yaşı tamam oldu və hazırda Şəmkirdə əsgəri xidmətini edir. Kiçik oğlum Elmir isə oktyabr ayında hərbi xidmətə yollanacaq”.

V.Rzayeva deyib ki, evin aylıq ödənişi 668 manatdır və bunu Beynəlxalq Banka ödəyir:
“İndi çox çətinlik çəkirəm. Hər dəfə evin aylıq ödənişini gecikməylə ödəyirəm. Buna da qohum-əqraba kömək edir. 6 ildir ki, kredit ödəyirəm və hələ bundan sonra 16 il də ödəniş edəcəm. Problemimlə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət etdim. Mehriban xanım mənə köməklik edilməsiylə bağlı göstəriş versə də, Beynəlxalq Bankda məni get-gələ salıb heç bir köməklik etmədilər”.

V.Rzayeva bildirib ki, bir neçə ay sonra ikinci oğlu da hərbi xidmətə yollanacaq və o, tək bu pulu necə ödəyəcəyini bilmir. Ona görə iki əsgər anası kimi ona köməklik edilməsini istəyib:
“Evdə tək mən işləyirəm. İkinci oğlum Elmir də hərbi xidmətə yollanandan sonra mən neyləyəcəm, bilmirəm. Dövlətimizdən xahişim odur ki, iki əsgər anası kimi mənim maddi vəziyyətimi nəzərə alıb “Xəzər İnşaat” MMC-yə mənə güzəşt edilməsi üçün göstəriş versinlər. Mən demirəm ki, ipteka kreditimi ödəmirəm. Sadəcə faizlərimi silərdilər, ya da imkan daxilində güzəşt edərdilər. Mənim də hər ay o pulu ödəməyə imkanım olardı”.

Oxşar xəbərlər

Manaf Ağayev: “Bəlkə də indi həyatda olmazdım...“
Bakıda YANĞIN - Xəsarət alanlar var
“İcra hakimiyyətinin işçisi dedi ki, ərizəni geri götürsən, sənə köməklik edəcəyik” - Masallıda qazi atasını aldatdılar...
"Gələcəkdə Vətənimizi müdafiə edəcək 3 azyaşlı oğlum var..." - “Bank of Baku”dan ŞİKAYƏT
Sabirabadda  qızıl  alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?
"Unibank" Qarabağ qazisini çıxılmaz vəziyyətə salıb - VİDEO
Mətanət İsgəndərlinin ailəsində qalmaqal - Oğlu boşanıb, gəlini isə...
“Boşanandan sonra dost qalmaq...“ - Aynişan keçmiş həyat yoldaşından danışdı
“Son 5 ildə əlillik alanların hamısına yanvardan imtina gəlir” - NARAZILIQ!
Bu şəxslərə hər ay 360 manat PUL VERİLƏCƏK
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
"Bank of Baku" 9 nəfərlik ailəni evsiz qoyur - Ölkə rəhbərliyinə müraciət
Qazi ailəsi Göyçayın başçısından ŞİKAYƏT ETDİ - Prezidentə müraciət olundu
Xudatda Qazi ailəsini incidən kimdir? - torpaq dələduzluğu...
"AZƏRMAŞ" ASC cəbhədəki əsgərin maşınını əlindən aldı - VİDEO
Manaf Ağayev bu xanım müğənninin banka olan borcunu ödədi - FOTO
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib
Azərbaycanlı alim edam olunacaq: İsrailə casusluqda ittiham olunur...
Azərbaycanda məhkəmə sistemi rəsmən iflas edib... - "Məni o qədər alçaltdılar, o qədər yordular ki..."
Şəhid anası Prezidentdən ancaq bunu İSTƏDİ... - Müraciət...
Ailədə dəhşət: Kişi arvadının üzərinə qaynar su tökdü
İsmayıllı icra hakimiyyəti nə işə yarayır? - GİLEY
“Bank heç bir şərtimizi qəbul etmir” - GİLEY
Cəbhədə döyüşmüş bu şəxslərə 1080 manat manat veriləcək
“AENTE” şirkəti sahibkara qarşı... - GİLEY
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
"Döyüşdə yaralanıb, rütubətli daxmada ac canıyla mücadilədədir” - GİLEY
Sabirabad Rayon Polis İdarəsinin rəis müavini Aqşin Tağıyev rayonda qoçuluq edir-Oğlu döyüşdə olan ANA Prezidentə müraciət etdi-VİDEO
Gülü əsəbləşdi: “Rəmişin evi də, maşını da mənimdir!“