Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY
23-04-2021, 10:11
52

Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY

Ucar rayonu Qazyan kənd sakini Qazi atası Seyidov Sadiq Əhməd oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan mütaciətdə deyilir:

"Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov dövlət idarəsini ailə podratı üsulunda işlədir.Dövlətin ayırdığı vəsait talan edilir, şəxsi kapitalı aşıb-daşır.
Nəticədə də Ucar rayon torpaqları tam şoranlaşıb əkinə yararsız vəziyyətə düşmüşdür. Ucar rayon ərazisində şirə kanalları təmizlənmədiyi üçün yox olmaq üzrədir, meliorativ işləri aparmaq üçün sovet dönəmində tətbiq edilmiş drenajları çıxarılaraq satılıb.
Meliorasiya İdarəsinə məxsus bahalı böyük texnikalar şəxsi işlərə cəlb edilib Həsən Qasımova pul qazanır.
İdarənin texnikalarının bir neçəsi isə Həsən Qasımova məxsus 1500 baş iribuynuzlu heyvan saxlanılan fermada, Zərdab rayonunun Məmmədqasımlı kəndində olan böyük balıq gölündə və 70 hektar əkin sahəsində işlərə cəlb ediliblər.

Həsən Qasımovun rayonda 3 yerdə böyük möhtəşəm evi, Bakı şəhərində 8 mənzili, Ucar rayonunda 3 böyük ticarət mərkəzi, iki böyük ferması və yüzlərlə hektar torpaq sahələri var.
Həsən Qasımov bir neçə gün əvvəl öz bacısı oğlu Abılov Rəşad Roman oğlunu idarəyə baş mühasib vəzifəsinə təyin edib.Qardaşı Kazım isə sürücü vəzifəsində işləyir.Digər qohumlarının isə adı işdə gedib iş üzü görmədən hər ay əmək haqqı alırlar.Ancaq rayonda Vətən müharibəsi qazilərinə və iştirakçılarına iş verilmir hamısı işsiz qalıblar.
Rayonun əkin torpaqlarını isə şoran ağuşuna alıb.Şoranın yuyulması üçün Ucar respublikada ən çox maddi vəsait ayrılan rayondur.Buna görə də Həsən Qasımov zənginliyinə görə ən çox seçilən müdürdür.Həsən Qasımovun qanunsuz yolla zənginləşməsinin əksi olaraq çörəyi əkinçilikdən çıxan kəndlilər isə günü-gündən yoxsullaşırlar.Çünki şoran yuyulmadığı üçün torpaqlar əkinə yararsız vəziyyətə düşür.
Bu isə Həsən Qasımov fəlakətidir ki, qarşısı alınmasa rayonun kənd tsərrüfatı tamam məhv olacaq.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ucara xüsusi diqqət ayırıb təcili tədbir görməlidir".

Oxşar xəbərlər

“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Ucar Rayon Təhsil Şöbəsinə yeni müdir TƏYİN OLUNDU
Ucarda "Opel" yandı
Ucarda 12 yaşlı yeniyetmə intihar etdi
Əşyalar durduğu yerdə alovlanır - Ucarda müəmmalı yanğın
13 yaşlı qıza əxlaqsız hərəkət edən məmur HƏBS EDİLDİ
Ucarda bıçaqlanma olub, ölən var
Ucarın kəndi bir ildir susuz qalıb - Video
Ucar sakinləri kimdən şikayətçidir? - Müraciət...
Azərbaycanda bu xəstəxana odunla qızdırılır?
Ucarda karantini pozan çayxana aşkarlandı
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
Ucarın da öz Mehdiyevi var imiş... - GİLEY
Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb
Ucarda 6 məktəb koronavirusa görə bağlandı
Ucarda otlaq sahələrini kimlər zəbt edib? - GİLEY
Göyçay sakini narazılıq edir... - GİLEY
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Ucar sakinləri bu məmurdan şikayətçidirlər... - VİDEO
Kəndləri Kür  çayı basmır,  Əhmədzadə ilə Elman Nuriyevin adamları basır..
“Ucar Aqroservis”in işçiləri narazılıq edir - Müraciət...
Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi saxtakarlıqda ittiham olunur - GİLEY
Ziya Məmmədovla bağlı aclıq aksiyası başladı: Ucar sakini ölkə rəhbərliyinə müraciət etdi
Deputat Ramil Həsən bu paylaşımı ilə özünü güldürdü - FOTOFAKT
Bərdə Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq
Göyçay sakini kimlərdən narazılıq edir... - Müraciət...
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Ucarda dəhşət: Ər arvadını bıçaqladı
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - Foto
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR