Məhkəmələr məhkəmə hakimiyyətini heçə çıxarıblar - NARAZILIQ!
27-04-2021, 16:03
191

Məhkəmələr məhkəmə hakimiyyətini heçə çıxarıblar - NARAZILIQ!

"Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Di gəl, məhkəmə hakimiyyətinin özü öz hakimiyyətini icra orqanlarının ayaqaltısı edib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Özəlliklə inzibati məhkəmələr inzibati orqanların , yumşaq desək, dəftərxanası rolunu oynayır. Təsəvvür edin, Şəki İnzibati Məhkəməsi 2019-cu ildə Ağsu RİH başçısına və digərlərinə qarşı Qarabağ qazisinin torpaq hüququ ilə bağlı 3 (!) iddiasını tərəfləri çağırmadan mümkün saymayıb ki, icra başçısı “vəzifəli şəxs” yox, “fiziki şəxs”dir! (?) Apellyasiya və Ali instansiyalar da eyni “qeyri-prosessual”lıqla məhkəmə hakimiyyətini heç ediblər. Bakı İnzibati Məhkəməsi də regional həmkarlarından geri qalmır. Məhkəmənin dəftərxanası iddiaların sifarişlə mümkün sayılmaması barədə qərardadları ilə doludur. Özü də 2-3 illik süründürməçilikdən sonra.

Son çağlarda Bakı İnzibati Məhkəməsində mümkün sayılan iddialara baxılmaması qaydası geniş tətbiq edilir. Təsəvvür edin, İqtisadiyyat Nazirliyinə qarşı apellyasiya instansiyasının mümkün saydığı iddia yenidən qərardadı ləğv edilən hakim Miminat xanım Hacıbəyovaya verilib və 3 ildir it-bata salınır. Nərimanov bələdiyyəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin 1 ildən çoxdur ləğv etdiyi qərardad da “eyni aqibəti yaşayır”. 2 saylı Bakı İnzibati Məhkəməsində iş üzrə icraata xitam verən hakim Rüstəm Kərimli Bakı İnzibati Məhkəməsində də ləğv edilmiş qərardadını hələ ki “işıq üzünə həsrət qoyub”. Elə bil məhkəmə (hakimləri) inzibati orqan, bələdiyyə qarşısında öhdəlik götürüb. Deyəsən, Fərid Mədətli də “Azəriqaz” qarşısında öhdəlik götürüb. İlyarımdır qazinin iddiasına baxmaqdan imtina edən hakimdən şikayət edəndə məsləhətçi cavab verib ki, sən demə, bir il qabaq 17.06.2020-ci ildə iddianın təmin edilməməsi haqqında qərar qəbul edilib. Bəs hanı bu qərar? Axtarışdadır, amma hələ də tapılmır.

Bakı İnzibati Məhkəməsi hətta ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (hazırkı Sosial Xidmətlər Agentliyi) qarşı iddianı təmin edən 2-1 (81)-1095/2016 saylı 20.06.2016 tarixli qərarını da 5 ildir nəinki icra etdirir, əksinə, borclu inzibati orqana adi xəbərdarlıq belə etmir. İş o yerə çatıb ki, tələbkarın verdiyi ərizələrə də 5 ildir (?) baxılmır. Halbuki İnzibati Prosessual Məcəllənin (İPM) 116.2 maddəsinə əsasən, məhkəmə qərarlarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 120-ci maddəyə görə, inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə öz təşəbbüsü ilə və ya tərəflərin ərizəsinə əsasən ona 50 min manat məbləğində cərimə tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq edir və yenə də icra olunmadıqda cərimə məbləğini təkrar tətbiq edir. Bakı İnzibati Məhkəməsi (qərarı qəbul edən hakim Şərafət xanım Məmmədova və 2 ildir Aygün xanım Abdullayeva) isə tələbkarın artıq 3-cü ildir hər həftə təkrar etdiyi ərizələrinə baxmır. Belə çıxır, üzərinə öhdəlik qoyulan ƏƏSMN yanındakı Sosial Xidmətlər Ağentliyi qarşısında Bakı İnzibati Məhkəməsi öhdəlik götürüb ki, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin etməyəcək? !

İnzibati orqanın məhkəmənin üzərinə öhdəlik qoyması, adətən, iddianın mümkün sayılmamasında, yaxud it-bata salınmasında üzə çıxır. Məhkəmədən öhdəlik götürən inzibati orqanın məhkəməyə qeyri-prosessual öhdəlik icra etdirməsinə ,yəqin ki, Avropa Məhkəməsi insan hüquqları kontekstində qiymət verməli olacaq. Yerli məhkəmələr məhkəmə hakimiyyətini heç ediblər..."

Oxşar xəbərlər

Qarabağ qazisinə qarşı məhkəmə - vəkil özbaşınalığı davam edir
Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır
Vətəndaş ötür-ötür oyununda... - GİLEY
İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM
Məhkəmə qərarını icra etməyən Vəkillər Kollegiyası qazilərə pulsuz xidmət edəcək? - NARAZILIQ!
Qaçqından 1100 manat “cərimə haqqı” tələb edilir - NARAZILIQ!
Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - NARAZILIQ!
ƏƏSMN Qarabağ Qazisinə qarşı SAVAŞ APARIR - NARAZILIQ!
DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi
"Akkord" məhkəmə QARŞISINDA
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Bələdiyyənin “teleqramı əsasında” qərar çıxaran Şəki İnzibati Məhkəməsi. .. Şəhid atasından “hüquqmüəyyənedici” sənəd tələb edilir
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur CƏRİMƏLƏNƏCƏK
Heybət İmanov Ali Məhkəmənin qərarını “daxili nəzarət” qaydasında yoxlayır? - NARAZILIQ!
Qazinin 10 ildir istədiyi torpaq kimə satılıb? - NARAZILIQ!
Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY
ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
DSMF hələ də qanunları tapdalayır... - GİLEY
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
"Akkord" CƏRİMƏLƏNDİ
Bakıda bu tikinti şirkəti CƏRİMƏLƏNDİ
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
"Medera Hospital"ın işi MƏHKƏMƏLİK OLDU
"Bank Respublika" CƏRİMƏLƏNDİ
Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi - 3-cü aydır güzəştli şərtlərlə pensiyaçılara ödəniş edilmir
DİN "Safe Life" MMC-ni CƏRİMƏLƏDİ
DYP bu Dövlət Komitəsini cərimələdi
"Məmmədoğulları" MMC CƏRİMƏLƏNDİ
Fövqəladə Hallar Nazirliyi "Rifah Plaza”nı cərimələdi
"Antaris" MMC CƏRİMƏLƏNDİ