“Qarabağ qaziləri” bu nazirliklərdən prezidentə ŞİKAYƏT ETDİ
4-05-2021, 11:22
30

“Qarabağ qaziləri” bu nazirliklərdən prezidentə ŞİKAYƏT ETDİ

“Qarabağ qaziləri” ictimai birliyi son günlər Qazilərlə bağlı Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq idarələrinin yaratdığı problemlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etdi.
Unikal.org xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Prezident! Cənab Ali Baş Komandan!
“Qarabağ Qaziləri” İctimai Birliyi Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial rifahının, maddi vəziyyətlərinin və hüquqlarının qorunması istiqamətində çalışan təşkilatdır.
Azərbaycanda təməli hələ illər əvvəl ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan – şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara dövlət qayğısı siyasəti Sizin rəhbərliyinizlə uğurla davam etdirilir.
Ölkəmizə rəhbərlik etdiyiniz müddətdə müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunmaları, şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara mənzillərin verilməsi istiqamətində sürətlənmə olmuşdur. Nəticədə xeyli sayda müharibə insanları mənzil və avtomobillərlə təmin olunurlar.
Bundan başqa bu kateqoriyadan olan insanların maddi və sosial rifahlarının yaxşılaşdırılması üçün məhz Sizin imzaladığınız fərmanla təyin olunmuş, aldıqları pensiyadan əlavə, Prezident təqaüdü onların həyat tərzini xeyli yaxşılaşdırmışdır.
Sizin apardığınız sosial siyasət bu gündə uğurla davam edir. Biz Qarabağ qaziləri bu dəstəyi öz həyatımızda hər an hiss edirik və dəstəkləyirik. Müharibə əlillərinin sosial reabilitasiya və müalicələri yüksək səviyyədə davam etdirilir.
Hörmətli Prezident!
2020-ci ilin 27 sentyabr tarixində əks hücumla başlanmış 44 günlük vətən müharibəsi Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində böyük bir tarixi zəfər qələbəsi ilə başa çatmışdır. Sizin də dediyiniz kimi, 44 günlük döyüşlər dünya hərb sahəsində bir təcrübəyə çevrilərək nümunə olmuşdur. Azərbaycan xalqı bu zəfər qələbəsini və sizi öz qəlbində daimi yaşadacaqdır.
Sizin və ölkəmizin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və tapşırığı ilə 44 günlük vətən müharibəsində şəhid olanların ailə üzvlərinə, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməkdədir. Bütövlükdə şəhid ailələrinin, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməsi istiqamətində yaradılmış “Yaşat Fondu”, eləcə də yerli İcra Hakimiyyəti orqanlarında şəhid ailələri və müharibə əlillərinə xidmət etmək üçün yaradılmış xüsusi şöbələr təqdirə layiq bir haldır.
Hörmətli Prezident!
Bütün bunlarla yanaşı bir çox məsələlər var ki, bu günlərdə sosial şəbəkələrdə kütləvi olaraq sosial narazılıq halları kimi yayılaraq təqdim olunur. Bu da bütün cəmiyyətimiz kimi, bizi də çox ciddi narahat edir. Sanki dövlət strukturlarında kök salmış bəzi ünsürlər Sizin, xalqımızın bu möhtəşəm qələbəsini həzm edə bilmirlər. Planlı şəkildə, Qaziləri narazı salmaqla ölkəmizdə qarışıqlıq salmaq istəyirlər. Amma biz Qarabağ qaziləri həmişə olduğu kimi, yenə Sizinləyik!
Hörmətli Prezident!
“Qarabağ Qaziləri” İctimai Birliyi Sizin tapşırığınız əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər aidiyyəti qurumların apardığı dövlət siyasətini dəstəkləyir və onlara yaxından köməklik göstərərək əllərindən gələni edirlər. Amma müəyyən məsələlər var ki,  onları Sizin nəzərinizə çatdırmaq istəyirik. Müharibədə yaralanan döyüşçülərə əlillik dərəcələrinin müəyyən olunduqda xüsusi həssaslıqla yanaşılmalı və digər əlillərlə bir götürülməməlidir. Çünki, onlar müharibə görüblər, onların gözləri qarşısında döyüş dostları, ailə üzvləri, hətta övladları belə qətlə yetirilibdir. Bunlar isə əllik dərəcələri təyin ediləndə nəzərə alınmır. Bəli, başa düşürük, son illərdə xüsusi ilə də 2010-cu ildən bəri əlilliyin təyin olunmasında ciddi saxtakarlıqlara yol verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hallar aşkar olunaraq aradan qaldırılır. Eyni zamanda, bu faktlardan istifadə edərək müharibə əlillərinin süni şəkildə incidilməsi halları bizləri narahat edir. Bunun da əsas səbəblərindən biri son illərdə Milli Məclisin əlilliyin təyin edilməsi meayarlarının müəyyənləşdirilməsi ilə bağlı qəbul edilmiş qanun və Nazirlər Kabinetinin verdiyi qərarlardır.
Bizdə olan məlumatlara görə bu məsələylə bağlı hüquqi normativ hüquqi aktlar Avropa qanunlarından istifadə edilərək hazırlanıb. Bu düzgün yanaşma deyil. Niyə Xocalı soyqırımını, Qaradağlı və digər faciələrini yaşamış, o hadisələri gözləri ilə görmüş psixoloji travmalar almış şəxslərin əlillik dərəcələrinin verilməsi 75 ildir müharibə, faciə görməyən Avropanın qanunları ilə hazırlanmalıdır?
Hansı ki, bu qərarların qəbul edilməsində müharibə təşkilatlarından olan QHT-nın üzvləri həmin qərarların qəbul olunmasında iştirak etməmişdir. Nəticədə əlillik dərəcələrinin verilməsində çox ciddi problemlər əmələ gəlmişdir. Təsəvvür edin, müharibədə iştirak edərək  qollarını, ayaqlarını, hətta gözlərini itirmiş Qarabağ qazilərinin pensiyaları dayandırılır.  Elə müharibə əlilləri var ki, 1 ildir, 9, 6, 5 aydır heç bir səbəb göstərilmədən pensiya təminatı dayandırılıb. Araşdırma zamanı bizə deyilən səbəblərdən heyrətə gəlirik. Bu məsələləri qaldıran da isə deyirlər ki, texniki problemdir. Əgər möcvud onlayın sistem problem yaradırsa, deməli, nəysə düz deyil və düzəltmək lazımdır.  Digər tərəfdən, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi sonuncu qəbul olunmuş qanun və Nazirlər Kabinetinin qərarını əsas gətirir. Həmin qərar da  müəyyən boşluqlar var ki, bunlar mütləq aradan qaldırılmalıdır.
Cənab Ali Baş Komandan!
Xahiş edirik bu həssas məsələlərin həll olunması istiqamətində, həmin qərarlara yenidən baxılması, mövcud boşluqların aradan qaldırılmasında köməklik edin! Ümid edirik ki, məhz Sizin nəzarətiniz və göstərişinizlə bu məsələlər öz müsbət həllini tapacaq.
Əvvəlcədən təşəkkür edir və Sizə inanırıq.”

Oxşar xəbərlər

Müharibə əlillərinə minik avtomobilləri verilib
Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Şəhid ailələrinə evi Polad Həşimovun anası təqdim etdi - FOTOLAR
Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi
Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Baş nazirdən QƏRAR - komissiya yaradıldı
Qarabağ əlili haqqını tələb edir... - GİLEY
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTOLAR
“Ön cəbhədə əsgərlərimizdə böyük ruh yüksəkliyi var“ - Qarabağ qazisi
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT
İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Sahil Babayev bunu da bacardı: Qarabağ Qaziləri NAZİRLİYİN QARŞISINDA... - "Gözümü itirmişəm, amma mənə 3-cü qrup veriblər"
Mariya Pavlovna İlham Əliyevi təbrik etdi
Şəhid ailələrinə ödənişlər edildi
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi