“Azpetrol” və “Lukoil”dan kütləvi narazılıq... - "...nəinki Aİ 92, heç Aİ 95 də almayın!"
4-05-2021, 12:02
35

“Azpetrol” və “Lukoil”dan kütləvi narazılıq... - "...nəinki Aİ 92, heç Aİ 95 də almayın!"

Azərbaycanda benzinin keyfiyyətinin zay olmasını Dövlət Xidməti də təsdiqləyib. Xüsusən Aİ 92 markalı benzin avtomobilləri “terror” etməkdədir.
Bu problemin həlli istiqamətində hələ də addım atılmır. Hətta Aİ 95 oktanlı benzin də gözlənilən səviyyədə deyil və sürücülər tez-tez narazılıq edirlər.
TİA.Az-a son dövrlər gələn məlumatlara və sosial şəbəkələrdə yazılan çoxsaylı şikayətlərə görə, əsasən iki şirkət bu məsələdə xüsusi seçilir.
Onların yanacaqdoldurma məntəqələri benzinin keyfiyyətini tam aşağı salıblar.

Məlumatda deyilir ki, söhbət “Azpetrol” və “Lukoil”dan gedir. Sürücülər sosial mediada çağırış edirlər ki, bu iki şirkətin yanacaqdoldurma məntəqələrindən nəinki Aİ 92, heç Aİ 95 almayın.
Onlarla müqayisədə digər şirkətlərin YDM-ləri daha insaflı benzin təqdim edirlər. “Azpetrol” və “Lukoil” isə o dərəcədə keyfiyyətsiz, qatqılar çox olan benzin verir ki, avtomobillər bir müddət sonra sıradan çıxırlar.

Sürücülər deyirlər ki, ardıcıl olaraq bu YDM-lərdən bünzin vurandan sonra maşınların benzinnasosları sıradan çıxır. Hətta Aİ 95 benzini vuran sürücülər deyirlər ki, “Azpetrol” və “Lukoil” sanki o qiymətə Aİ 92 satır.
Sürücülərin sözlərinə görə, Aİ 95 benzini vuranda belə maşınlar boğulur, yaxşı çəkmir, benzinin miqdarını göstərən cihaz xarab olur, gedişi pisləşir. Nəticədə benzin göstəricisi düzgün işləmir, sürücünü aldadır. Şikayətçilər bildirirlər ki, digər şirkətlərə aid YDM-lərdən Aİ 95 benzini vuranda isə belə problemlər yaşanmır. Əksinə, maşının boğulması, nasosun işləməsində problem və s. hallar aradan qalxır.
Artıq xeyli vaxtdır bunu təcrübədən keçirən sürücülər qeyd edirlər ki, məhz “Azpetrol” və “Lukoil” vətəndaşlara bu “terroru” davam etdirir.
Yəni ilk dəfə yaşansa, bəzi sürücülərdə bu hallar olsa, avtomobillərdə günahı görmək olar. Ancaq əksər sürücülər “Azpetrol” və “Lukoil”dan narazılıq edirlər.

Oxşar xəbərlər

"Lukoil"in işçisi müştərinin benzinini kəsdi, dava düşdü - VİDEO
Ermənistanda benzin BAHALAŞDI
Yanacaq mafiyası çox irəli getdi - Bu mafiyaya dur deyilməlidir - Baş redaktordan DİN və DTX-ya müraciət
Digər ölkələrdə benzin və dizel neçəyədir? - Siyahı
Benzinin qiyməti düşəcək - 9 qəpik
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
Masallıda 20-yə yaxın Yanacaq Doldurma Məntəqəsindən hansı az “oğurlayır?” - Replika
Kişi sözünü qaytaran arvadının üstünə benzin töküb yandırdı
Tarixdə ilk qadın sürücü - Foto
Ermənistanda “yanacaq qiyamı” yetişir
Azərbaycanda ərzağın qiyməti ilə bağlı son durum - Video
Ən az benzin işlədən 5 maşın - Siyahı
Benzin və dizeldən istifadə edənlərin nəzərinə!
Bakıda kişi benzin töküb özünü yandırdı
Tarif Şurasının qərarı niyə cəfəngiyyatdır? - 3 SƏBƏB
SON DƏQİQƏ! Azərbaycanda çörəyin QİYMƏTİ BAHALAŞDI-FOTOFAKT
Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı
SOCAR  ölkədə  yanacaq  monopoliyası  yaradır-ARAŞDIRMA
“Azərbaycanlılar Əsgəranda sərbəst şəkildə alış-veriş edirlər“ - Ermənilər narahatdır
Meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı - AÇIQLAMA
Bu sürücülər cərimələnəcək - DYP-dən XƏBƏRDARLIQ
Yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutuldu
Azərbaycanda karantindən istifadə edən işbazlar - VİDEO
Neft yenidən ucuzlaşdı
Sabirabadda kişi üstünə benzin tökərək intihara cəhd etdi
Rayonlara gedənlərin nəzərinə! - Buna icazə verilmir
Meriyadan milyonlar talayan məmur-YENİ HƏBSLƏR GÖZLƏNİLİR....-YENİLƏNİB-VİDEO
FHN-dən əhaliyə yanacaqdoldurma məntəqələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda ŞOK: 5 uşaq atası övladlarının yaşadığı evi YANDIRIB BU HALA SALDI - VİDEO
Yaşayış sahələrinə yaxın "moykalar" köçürülməlidir - TƏKLİF