Nə üçün işçilər istismar olunur? - Sahil Babayev və Mustafa Abbasbəyliyə SUAL!!!
7-05-2021, 10:29
43

Nə üçün işçilər istismar olunur? - Sahil Babayev və Mustafa Abbasbəyliyə SUAL!!!

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Ərazi Məşğulluq Mərkəzlərində işləyən əməkdaşlara qarşı yerli və beynəlxalq qanunvericilik kobud şəkildə pozulur. Belə ki, respublika üzrə 22 Ərazi Məğulluq Mərkəzi var, bu mərkəzlərin bəzilərinin müdirləri orada çalışan əməkdaşları istirahət və bayram günləri qanunsuz şəkildə işə cəlb edərək Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilərəkdən ayaq altına atıb özbaşınalıq edirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Məaqlədə daha sonra deyilir: "Çünki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də göstərilir ki, istirahət (şənbə-bazar) və bayram günləri işçiləri işə cəlb edərkən bunun üçün əmr olmalıdır, işçilər ştat tabelinə imza çəkib həmin günlərin də maaşını almalıdır. Lakin ƏƏSM naziri Sahil Babayev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa abbasbəyli məşğulluq agenliyinnin əməkdaşlarına qarşı baş verən bu kobud qanun pozuntularına göz yumaraq bu hallardan xəbərləri olduğunu göstərirlər.
Gündəlik normal iş vaxtının müddəti gündə 8 saatdan və həftədə 40 saatdan artıq ola bilməz. İş vaxtından artıq iş – işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyası müəyyən olnumuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetrilməsi sayılır.

İşçilərə iş vaxtından artıq vaxt ərzində və işçiləri bayram günlərində işə cəlb edilərkən maaşların hesablanma qaydası da Əmək Məcəlləsinin 109 və 164-cü maadələrində müəyyən edilib. Təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi qaydada vaxtamuzd maaşının 200%)
Ümumi qaydaya görə istirahət, səsvermə,iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əlham Əliyev də 04 fevral 2020-ci ildə öz çıxışında xəbərdarlıq etmişdi ki, “İşəgötürənlər işçilərini istismar etməməlidirlər, işçiləri vaxtından artıq işlədirlər, bizim 8 saatlıq iş gücümüz var, ondan artıq heç kim işləməməlidir. Nazirlər Kabineti buna nəzarət etməlidir”. Buradan belə aydın olur ki, nazir Sahil Babayev və agentliyin sədri Mustafa Abbasbəyli Azərbaycan Prezidentinin bu xəbərdarlığını saymırlar, prezidentin sözlərini ayaqlar altına ataraq həm qanunvericiliyə həm də prezidentə qarşı addımlar atırlar.

Qanunlara və prezidentə hörmət qoymayan nazirlik və agentlik ölkə vətəndaşlarının hansı hüquqlarını təmin edə bilər? Bu addımlar əhalidə qanunlara və prezidentə qarşı etibarı zəiflətmək üçün atılmış addımlardır ki, bunu məqsədli şəkildə edirlər. Çünki, qanunvercilikdə konkret iş saatından və iş günlərindən artıq işçiləri qanunsuz şəkildə işə cəlb etmək tamamilə cinayət məsuliyyəti yaratsa da və ölkə başçısının işçilərin iş günlərindən artıq işə cəlb edilməməsi haqqında xəbərdarlıq etsə də nazirlik və agentlik rəhbərləri tamamilə zidd hərəkətlər edir, bu da əhalidə qanunvericiliyə və ölkə başçısına qarşı etibarı zəiflədir.

Əmək Müfəttişliyi nə üçün Dövlət Məşğulluq Agentliyində Əmək Məcəlləsinin kobud şəkildə pozulması hallarını araşdırmır? Əmək Müfəttişliyi bilmirmi ki, prezident işləyən insanların 8 saatdan artıq işə cəlb edilməsi haqqında xəbərdarlıqlar edib? Əmək Müfəttişliyi bir araşdırsın ki, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları neçə vaxtdır məzuniyyətə buraxılmır? Nazirlər Kabineti nə üçün prezidentin bu tapşırığını icra etmir?

Araşdırmalar onu göstərir ki, Dövlət Məşğulluq Agentliyinin 12, 15, 17, 20, 22 saylı Ərazi Məşğulluq Mərkəzlərində işləyən əməkdaşların hüquqları xüsusilə kobud pozularaq və qanunvericiliyə zidd olaraq iş saatlarından artıq, istirahət və bayram günləri işə cəlb olunurlar. Bu araşdırmalar digər mərkəzlər üzrə də aparılacaq. İstirahət və bayram günləri ya idarədə işlə cəlb edirlər, ya da özünüməşğulluq tədbirləri üçün ərazilərə göndərirlər. Və bu hallar uzun aylardır ki, davam edir. Nazir Sahil Babayev nazirliyin tabeliyində olan qurumda çalışan işçilərin hüquqlarının pozulmasına göz yumursa sadə xalqın hansı hüquqlarını bərpa edə bilər? Ölkə prezidentinin iş saatları ilə bağlı xəbərdarlığını qulaq ardına vuran hörmətli Sahil Babayev və Mustafa Abbasbəyli bu barədə xalqa açıqlama verməlidir ki, nə üçün işçilər istismar olunur?"

Oxşar xəbərlər

DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – Qərar
Məcburi köçkünlərin güzəştləri qalacaq - Rəsmi
Baş nazirdən QƏRAR - komissiya yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nə baş verir? - İDDİA
Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq
Sahil Babayev 190 manatın verilməsindən DANIŞDI
Macarıstandan Azərbaycana dəstək
Nazirliyin vəzifəli şəxsi koronavirusdan vəfat etdi
Sosial sığorta kartları LƏĞV EDİLİR
Əhmədzadənin ərköyünü "DOST" agentliyini də aldatdı? - İTTİHAM
Sahil Babayevdən yeni TƏYİNAT
Mayda 14 gün iş olmayacaq
Sahil Babayev 1000 manata portret alır
Sahil Babayevdən anlaşılmaz qərar... - NARAZILIQ!
Əlillərin müavinətlərinin kəsilməsi, uğursuz kadr siyasəti və…
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
Yaralı qazimizə ikiotaqlı mənzil verildi
Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
Əli Əhmədov təcili iclas keçirdi
Sahil Babayevin idarəsindən yeni şikayətlər... SERİYASI...
Baş nazirdən işsizlərlə bağlı mühüm QƏRAR
Məşğulluq Agentliyi Şamaxıda ofis üçün 90 min manat icarə haqqı verəcək
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
“35 min manatlıq bayraq vətənpərvərlik deyil, vətəndaşa hörmətsizlikdir..."
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Azərbaycanda rəqəmsal məşğulluq xəritəsi yaradılır - RƏSMİ
Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM