Əlillərin hüquqları sözdə qorunur, əməldə yox - ETİRAZ
7-05-2021, 15:33
65

Əlillərin hüquqları sözdə qorunur, əməldə yox - ETİRAZ

"Son dönəmlərin başlıca qonusunun əlillərlə, qazilərlə bağlı olmasını sosial şəbəkələrdən tutmuş, adi söz-söhbətlərə qədər gündəm doğrulayır. ƏƏSMN strukturları hər gün, hər həftə, hər ay neçə əlilin pensiyalarını kəsmələri barədə hesabat verirlər. Bir yandan da, əlillik təyinatında baş verən qanunsuzluqlar gündəmi işğal edib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qarabağı işğaldan azad edən igid qazilərə “müharibə veteranı” , yaralılara “müharibə əlili” statusunun verilməsində gecikmələrlə yanaşı, ciddi qanun pozuntuları barədə faktlar da yetərincədir. Baxımsızlıq , diqqətsizlik o həddə çatıb ki, zabit qazilərdən özlərini öldürmək yolunu seçənlər var.

Bəri başdan deyək ki, kiminsə hansısa statusunun , əlillik, yaxud veteranlıq olsun , hansısa icra hakimiyyəti orqanı tərəfindən ləğv edilməsi yolverilməzdir və Konstitusiyaya ziddir. Əlilliyin ləğv edilməsi pensiyanın da ləğv edilməsi deməkdir və “Əmək pensiyaları haqqında” qanunun tələbinə görə, artıq ödənilmiş məbləğ pensiyaçının razılığı ilə, razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur. Yəni, bəzilərinin iddia etdiyi kimi, əlilliyi, pensiyası bir göstərişlə ləğv edilənlər yox, ləğv edən məhkəmədə iddia qaldırmalıdır. Yalnız məhkəmənin qərarından sonra müvafiq tədbirlər görülməsi demokratiya, hüquq adına yolverilən sayılır. Qanunvericilik əlillik dərəcələrinin təyin edilməsindən imtinaya görə vətəndaşın məhkəməyə müraciət etmək hüququnu doğrulayır. Qısası, əlilliyə görə ömürlük, yaxud əlillik müddəti başa çatmamış təyin olunmuş pensiyalar yalnız pensiya ödəyən qurum tərəfindən məhkəmə qaydasında kəsilə bilər. ƏƏSMN qurumlarının qanunun tələbinə əməl etməməsi hüquq adına, qanunun aliliyi prinsipinə ziddir . Vətəndaşın əlilliyi təyin edən TSEK-i məhkəməyə verməsi heç bir qanuni sonuc vermir. Elə bil, (inzibati) məhkəmələrlə ƏƏSMN arasında yazılmamış müqavilə bağlanıb. Bir neçə illik süründürməçilikdən sonra ya iddianı geri götürməyi məsləhət bilirlər, ya da heç bir əsas olmadan mümkün saymırlar. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayeva cavabdeh TSEK-ə qarşı iddia üzrə ekspertiza rəyinin verilməsini cavabdehə tapşırıb . Belədə hansı əlil hüququnu məhkəmə qaydasında təmin edə bilər? (Qazilərə) əlillik təyinatında da NK-nın 16.01.2020 tarixli 11 saylı qərarı və “əlilliyin müəyyən edilməsinə dair” əsasnamə “yaddan çıxır” , yazılmamış qeyri-prosessual ilişgilər əsas tutulur. Özü də elə stereotip formalaşıb ki, guya yalnız hər 2 ayağı, yaxud əli, gözü olmayana 1 -ci dərəcə əlillik dərəcəsi təyin olunur. Halbuki, əsasnamədə , məsələn, baş beyinin travmatik xəstəliyinə uğrayanlara 1-ci dərəcə əlilliyin verilməsi doğrulanıb. Savaşda kontuziya alan qazilərin çoxu elə baş beyinin travmatik xəstəliyindən əziyyət çəkir.

Əillik təyinatı, ümumiyyətlə, əlillik problemləri ilə bağlı qanunvericilik nə qədər mükəmməl olsa da, icrasında ciddi pozuntular var. Belə deyək, əlillərin hüquqları sözdə qorunur, əməldə yox. Ümumiyyətlə, süni yolla , “əlil” anlayışını “əlilliyi olan şəxs” anlayışı ilə əvəz etməklə problemi çözmək, sadəcə, mümkün deyil, əksinə əlillərin hissləri ilə oynamaqdır. Eyni zamanda, hazırda qüvvədə olan əlillik dərəcələrinin ləğv edilib, Avropa standartlarına uyğunlaşdırılması da formanı dəyişir, məzmun, problem yenə də dəyişmir.

Əlillik təyinatında qazilərə digərlərindən ayrı yanaşılmalı olması barədə fikirlər də ayrı-seçkilik deməkdir və BMT Konvensiyasına ziddir. Belə çıxır, bütün yaralı qazilərə ucdantutma 1-ci dərəcə əlillik təyin olunmalıdır? NK-nın vurğuladığımız qərarında baş verən əlilliyin hansı xəsarətdən, yəni müharibə, ümumi və ya istehsalat zədəsi səbəbindən baş verməsinin müəyyən edilməsi doğrulanıb. Fikrimizcə, əlillərin Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan inzibati və məhkəmə təminatı hüququnun asan gerçəkləşməsi üçün qanunvericilik aktlarına dəyişikliklər edilməsinə ehtiyac var. Məsələn, əlilliyi olan şəxslərin müvafiq məhkəməni seçmək hüququ tanınsa, “distant məhkəmə” hüququ müasir texnologiya tətbiqində elektron imza və s. ilə təmin olunsa, hansısa ucqar bölgədə yaşayan 1-ci dərəcə əlilin hansısa hüququnun pozulmasına görə mərkəzi bölgələrdə yerləşən inzibati məhkəmələrə ayaq döyməsinə ehtiyac qalmaz. Vəkil xidməti də əlçatan olmalıdır. Əlillərin hüquqi

savadlarının artırılması da formal yox, gerçək anlamda həyata keçirilsə, özbaşınalığa son qoyula bilər. Yeri gəlmişkən, əlilliyin elektron təyinatı da bu “asanlığa” hesablanıb, nə yazıq, elə hala salıblar ki, hamı narazıdır.

Bir sözlə, əlil hüquqlarının effektiv qorunması inzibati və məhkəmə təminatı hüququnun gerçəkləməsindən keçir. Hələ ki, məhkəmə hakimiyyəti əlillərin hüquqlarını yox, bu hüququ pozanların haqqını qoruyur..."

Oxşar xəbərlər

ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
Məcburi köçkünlərin güzəştləri qalacaq - Rəsmi
Azərbaycanda əlillik təyinatı ilə bağlı yenilik: Bütün qruplar ləğv edilir
Əlillik “oğru qanunu” ilə qiymətləndiril(m)ir - İTTİHAM
ƏƏSMN Qarabağ Qazisinə qarşı SAVAŞ APARIR - NARAZILIQ!
Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
Hərbi vəziyyət rejimi ləğv edildi
BNA Qarabağ əlillərinə QƏNİM KƏSİLİB... - NƏ BAŞ VERİR?
Rüstəm Kərimli məhkəmə hakimdir , yoxsa inzibati orqanların vəkili? - İTTİHAM
6500-dən çox şəxs əsassız olaraq əlillik müavinəti alırmış
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
“Deyirlər, get, müalicə ol…” - GİLEY
Bu qanun ləğv edildi
Səfər Mehdiyevin yeni inhisarçı komandası... - DGK sistemi nədən dəyişə bilmir?
DSMF hələ də qanunları tapdalayır... - GİLEY
"Hərbi vəziyyətin ləğv edilməsi haqqında” sənəd plenar iclasa tövsiyə olundu
Məhkəmələr məhkəmə hakimiyyətini heçə çıxarıblar - NARAZILIQ!
400-ə yaxın qaziyə əlillik verildi
Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"
Deputatdan TƏKLİF: İcra hakimiyyətləri ləğv olunsun
Heybət İmanov pensiyaçılardan tutdurduğu şəxsə qarşı ifadə vermələrinə çalışır - İTTİHAM
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
Qarabağ müharibəsi əlilləri barədə araşdırma aparılır - Saxta müavinətlər ləğv olunur
Deputatlar bu gün toplaşacaqlar - Hərbi vəziyyət ləğv olunur
Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək? - Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar
Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
“Qaçqınkom” Qarabağı xarici ölkə sayır? - İLGİNC
Daha 15 nəfərin əlillik dərəcəsi ləğv edildi
Zaqatalada Şəhid Ailəsini İNCİDƏN KİMDİR?