"Təcrübəyə deyil, qohumluq və tanışlıq əlaqələrinə üstünlük verilir..." - NARAZILIQ!
10-05-2021, 10:28
159

"Təcrübəyə deyil, qohumluq və tanışlıq əlaqələrinə üstünlük verilir..." - NARAZILIQ!

Dövlət Neft Şirkətinin «Siyəzənneft» Neft Qaz Çıxarma İdarəsində işçilərin kütləvi ixtisarına başlanılıb. Şirkətdə ixtisara salınan Günay Abdullazadənin intihara cəhd etdiyi bildirilir.

DİA.AZ xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

«Günay Abdullazadə bildirdi ki, tənha qadındır, tələbə övladına və xəstə anasına da o baxır. Üstəlik özü də qan xəstəliyindən əziyyət çəkir. Abdullazadə imtahanda iştirak edərək bal toplaya bilib. Lakin ona çalışdığı sahənin ixtisara düşdüyü bildirilib. Dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb. Günay idarənin rəisi Ayaz Bağırova da müraciət edib, ailə vəziyyətini anladıb. Lakin bundan sonra onun evinə polis gedib. Qadının əlavə gəlir yeri yoxdur, onu işdən çıxarmaq ac qoymağa bərabərdir. Şikayətçi deyir ki, imtahanda bal toplaya bilməyənlər işdə saxlanılır, çünki ixtisar zamanı bilik və təcrübəyə deyil, qohumluq və tanışlıq əlaqələrinə üstünlük verilir. Buna görə də çarəsiz qadın intiharı çıxış yolu kimi görüb».

Mirvari Qəhrəmanlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin müdaxiləsi ilə intiharın qarşısı alınıb, qadının işlə bağlı problemi həllini tapıb.

Hüquq müdafiəçisi bildirib ki, vaxtında müdaxilə olmasaydı, məsələ faciə ilə nəticələnəcəkdi. Hazırda şirkətin bütün müəssisə və idarələrində ixtisarlar gedir, Abdullazadə kimi onlarla işçi çarəsi durumdadır.

«Siyəzənneft» Neft Qaz Çıxarma İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər.

Oxşar xəbərlər

“Siyəzənneft”dən 30-a yaxın qadın ixtisar olunub” - İDDİA
“Siyəzənneft” işçiləri ixtisara salır? - NARAZILIQ!
“Günay Sığorta” üzərində qara buludlar... - TƏFTİŞ OLUNUR
“Bahar Enerji” rəhbərliyi NARAZILIQ YARADIR... - QALMAQAL
Günay pulsuzluqdan şikayətləndi: “Acından öləcəyik“
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
“Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - NARAZILIQ!
"“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" - GİLEY
Əhalinin sosial müdafiəsini təmin etməli olan Nazirlikdə KÜTLƏVİ İXTİSAR: - Əməkdaşlar etiraz edir
“Azneft” İstehsalat Birliyində NARAZILIQ - Müraciət...
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
“Günay Sığorta”da yeni TƏYİNAT
“Son 5 ildə əlillik alanların hamısına yanvardan imtina gəlir” - NARAZILIQ!
Narazı vətəndaşın ümidi nazirə qalıb... - GİLEY
İraqda neft emalı zavoduna raket hücumu olub
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
“EDU Gallery”dən 5000 dollarlıq dələduzluq
Qorxmaz Hüseynovun qardaşı vətəndaşı külli miqdarda borca salıb
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
DİN-dən intihar etmək istəyən hərbi formalı şəxslə bağlı AÇIQLAMA (VİDEO)
Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti rüşvət alıb? - VİDEO
“Mars Overseas Baku”dan ÖZBAŞINALIQ
Bakıda yeniyetmə qardaşına görə intihara cəhd etdi
"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ...
Bibisini öldürüb "qeybə" çəkilən "peyğəmbər" haqda deyilənlər uydurmadır - DİN
Cəbhədəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Qarabağda lüks hotellər tikiləcək - VİDEO
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? - xəstəliyində heç bir irəliləyiş olmayıb...