Dövlət Şəhərsalma və Arxitektura Komitəsi SAHİBKARA QARŞI... - NARAZILIQ!
10-05-2021, 17:19
112

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi SAHİBKARA QARŞI... - NARAZILIQ!

Sahibkar Anar Hüseynov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarından narazıdır.

Vətəndaş Oxu.Az-a şikayətində bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsi var, amma orada tikinti işi apara bilmir:

“Mənə məxsus ərazidə anbar tikmək istəyirəm. Bunun üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəznində olan Bakı Dövlət Layihə İnstitutunda layihə çəkdirdim və onu komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə göndərdim. Orada layihəmə baxılıb və bildirilib ki, düz çəkilməyib. Guya istinad planı topoqrafik əsas üzərində işlənməyib, mövcud komunikasiyalar və mühafizə zonalarında xəttlər göstərilməyib. Mən layihəni yenidən hazırladım və yenidən komitəyə göndərdim”.

Sahibkar iddia edir ki, birinci layihə çəkilən zaman nümayəndəsi Kənan Fərəcov Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini iсra edən Ramin Abdullayev ilə görüşüb:
“Həmin vaxt nümayəndəndən 20 min pul istənilib. Bildirilib ki, 20 min verək və layihəyə uyğun anbar tikək, amma biz də razılaşmadıq”.

A.Hüseynov iddia edir ki, vəsaiti ödəmədiyi üçün onlara tikinti üçün əngəl törədən cavab məktubları gəlib:

“Mən vəsaitlə razılaşmadıqda isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavab gəldi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında paytaxtda tətbiq olunmuş ərazi planlaşdırma sənədlərindən, o cümlədən, Bakı şəhərinin Baş plan layihəsinə əsasən mərhələli şəkildə yol nəqliyyat infrastrukturunun yenidən qurulması və memarlıq həlli baxımından iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulub ki, təklif olunan ərazinin planlaşdırılması sənədin tətbiqini məqsədə uyğun hesab etmirik. Mən də yenidən məktub yazıb xahiş etdim ki, Bakı şəhər Baş planın Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bir nüsxəsi göndərilsin.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Abdullayev tərəfindən məktub gödərildi. Sənəddə bildirilib ki, Bakı şəhərinin Baş planın hazırlanması prosesinə başlanılıb və planın hazırlanmasının iki mərhələdə təşkil edilməsi nəzərdə tutulub. Sonuncu mərhələdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Məmurlar mövcud olmayan Baş planı səbəb gətirərək mənə rəd cavabı verirlər. Bu, qanunsuzluqdur. Mən istəyirəm ki, onların qanunsuz hərəkətlərinə qiymət verilsin”.

Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.

Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10L ünvanında anbar binasının tikintisi ilə bağlı vətəndaş Anar Hüseynovun müraciətlərinə bir neçə dəfə cavab verilib:

“Bildirilib ki, qeyd edilən ərazidə anbar binasının inşaası ərazi-planlaşdırma sənədlərinə, habelə Bakı şəhərinin hazırda işlənilməkdə olan yeni Baş planına əsasən məqsədəuyğun hesab edilmir. Yaxın gələcəkdə həmin ünvanda yol-nəqliyyat infrastrukturunun mərhələli şəkildə yenidən qurulması və memarlıq baxımından iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

“Qeyd edək ki, sifarişçinin ondan hər hansı ödənişin istənilməsi ilə bağlı iddiası əsassız və qanunaziddir. Belə ki, Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma mərkəzi tərəfindən göstərilən xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri Nazirlər Kabinetinin 10.01.2020-ci il tarixli 3 nömrəli Qərarına əsasən müəyyən olunur və yalnız bu sənəd əsasında sifarişçilər tərəfindən müvafiq ödənişlər edilir”, - deyə komitədən əlavə edilib.

Oxşar xəbərlər

Sahibkarla dövlət qurumunun çəkişməsi: Hazırlanan Baş plan yeni tikintiyə maneə ola bilərmi?
Yeni Suraxanıda aparılan qanunsuz tikintiyə rəsmi qurumlar niyə seyrçi qalır?
Fərdi ev tikmək istəyənlərə ŞAD XƏBƏR
DYP bu Dövlət Komitəsini cərimələdi
“Diqlas”ın yerində hansı obyekt tikiləcək? - Açıqlama
Yeni Suraxanıda,neft quyularının üstündə tikinti aparmağa kim icazə verib?
Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...
Baş nazirdən Göyçay şəhəri ilə bağlı QƏRAR
Yeni Suraxanıda,neft quyularının üstündə tikinti aparmağa kim icazə verib?
Xətai rayonun icra başçısı "arxalı" "Qaya-İnşaat" MTK-nın əlində aciz qaldı
Millətin gələcəyinin altına QUMBARA  qoyanlar... -Nərimanovda 34 saylı məktəbin ərazisində baş verənləri Emin Əmrullayev, Ramin Abdullayev görmür?
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
Yeni Suraxanıda qanunsuz tikintiyə göz yumanlar – Əziz Əzizovdan başqa kimlər var?
Gömrük Komitəsinin binası söküləcək
İlham Əliyev bu qanunu TƏSDİQLƏDİ
Qalmaqallı şəxsin obyekti istismara qəbul edilmədən Klinika kimi necə işləyib? - Sənəd
Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb?!
Prezidentin Şuşa ilə bağlı tapşırığı…
Nazir məktəbin yanında qanunsuz göydələn tikir - NARAZILIQ!
Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi
Ev tikmək istəyənlərə ŞAD xəbər - Rüsum və icazəyə ehtiyac yoxdur
Dövlət Komitəsindən Qarabağa dair 2 milyard manatlıq satınalma
Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...
Məmurların özbaşınalığından bezən xanım alim qarajda yaşamaq istəyir - FOTOLAR
Göyçay sakini narazılıq edir... - GİLEY
Ramin Quluzadə şirkətinin adını dəyişdirdi - FOTO
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
“AĞSAQQAL HAVASI”NA OYNAYAN MƏMURLAR
Eldar Əzizovun yarım milyonluq layihəsi – Şübhəli tenderin izi ilə