Fərhad Əhmədovdan şikayət: Pulunu ala bilməyən işçilər piket keçirməyə hazırlaşırlar
11-05-2021, 11:21
51

Fərhad Əhmədovdan şikayət: Pulunu ala bilməyən işçilər piket keçirməyə hazırlaşırlar

Fərhad Əhmədova məxsus mülklərdə təmir-tikinti işlərinə cəlb edilən bir qrup işçi piketə hazırlaşır.
 
Bu barədə Pravda.az-a işçilərdən biri məlumat verib.
 
Təmir-tikinti işlərinə cəlb edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləyən şəxslər müraciətlərində iş adamı Fərhad Əhmədovun 2 il ərzində onlarla insanın haqqını ödəməməsinə görə etirazlarını bildiriblər.
 
"Ölkəmizdə işsizliyin aradan qaldırılması məqsədilə inşaat sektorunda ixtisaslı fəhlə, usta, təşkilatçı briqadir, təcrübəli mühəndis yetişdirmə və işlə təmin etmə istiqamətində 2008-ci ildə qurulmuş Rezident.Az İnşaat Platforması vasitəsilə müxtəlif vaxtlarda və müxtəlif coğrafiyalarda təmir-tikinti işlərində işləyən Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər növbəti layihəyə - Göyçay rayonu, Potu və İsmayıllı rayonu Kürdmaşı kəndlərində yerləşən, Fərhad Əhmədova məxsus mülklərdə təmir-tikinti işlərinə cəlb edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləmişik. Tikinti işlərinin təhvil verildiyi 2019-cu ilin aprel ayından Fərhad Əhmədov müxtəlif bəhanələr gətirərək bizə olan borcunu ödəməkdən imtina edir. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli audit yoxlama aparan mütəxəssislər, 1 dəfə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmasına baxmayaraq Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcu artıq 2 ildir ki, ödəmir. Onlarla insanın ümumilikdə 510 min manata yaxın pulu ödənməmiş olaraq qalır. Fərhad Əhmədovun onlarla Azərbaycan vətəndaşına qarşı kobud hüquq pozuntu halının qarşısının alınması məqsədilə biz Göyçay və İsmayıllı rayon icra hakimiyyətlərinə müraciət edərək Fərhad Əhmədova məxsus, Göyçaydakı “AZNAR” QSC-nin və İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən “KƏND” MMC-nin qarşısında piket keçirilməsi üçün icazələrin verilməsini istəmişik. Fərhad Əhmədov əcəba eyni davranışı Rusiya vətəndaşlarına qarşı da sərgiləyə bilərmi, çox maraqlıdır...” – müraciətdə qeyd olunub.
 
Bir aya yaxındır ki, piket keçirmək üçün müraciət etsələr də, rəsmi qurumlardan onların məktubuna cavab verilməyib.
 
Yazıda adı çəkilən şirkətlərdən mövqe almaq üçün etdiyimiz cəhdlər baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Xatırlatma: Bir neçə gün öncə də "Teymur Əhmədov adına Aznar QSC"-nin tabeçiliyində olan "Grante trading" şirkətinin işçiləri etiraz etmişdilər. Qeyd olunub ki, dövlətə maddi yardım etdiyi bildirilən şirkətdə işdən çıxan işçilərin belə maaşları verilmir, hətta bəzi işçilərin maaşları onların razılığı olmadan azaldılır. İşçilərin toplaşaraq etiraz etmələrini əks etdirən fotoları da təqdim edirik.
 



Oxşar xəbərlər

İşçiləri azərbaycanlı milyarderə qarşı piketə hazırlaşır - NARAZILIQ!
Fərhad Əhmədov işçilərinin əmək haqqını ÖDƏMİR - FOTO
Usta hündürmərtəbəli binadan yıxılıb öldü
“Sədərək“də fəhlə faciəvi şəkildə öldü
Fərhad Əhmədovun keçmiş həyat yoldaşı öz oğlunu məhkəməyə verib, milyonlar qazandı
Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən YAXALANDI
Azərbaycanlı milyarderin şirkəti məhkəməyə verildi
“Sədərək“də qəza baş verdi, ölən və yaralanan var
“AS İnşaat”da FƏHLƏ ÖLÜMÜ - 11-ci mərtəbədən yıxıldı...
DTX tərəfindən saxlanılan icra başçısının məhkməsi başlayır
Yevlaxın sabiq icra başçısının işi məhkəməyə göndərildi
Sabiq baş memarın həbs müddəti uzadıldı
Fərhad Əhmədovun işçiləri etiraz edir — Maaşı verilmir (FOTOLAR)
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
DTX tərəfindən saxlanılan icra başçısından XƏBƏR VAR
Bakıda üzərinə dəmir boru düşən fəhlə ölüb
Jurnalist Fərhad Abdullayev vəfat etdi
Zaqataladan Əhmədzadələrin pulunun üstünə pul yığan Məmməd Şitayev kimdir? - İTTİHAM
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Səfər Mehdiyevin "As İnşaat-N" sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
“Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər” - GİLEY
Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə: Fəhlələr torpaq altında qaldı
Bakının bu küçəsi təmirə BAĞLANIR
Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı
Bu şirkət cərimələndi
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Nazir müavini: "Oktyabrın sonuna qədər "Yüksəliş proqramı"nın təqdimatı keçiriləcək"