"Səhliyalı" MMC insanlara görün nə yedirir... - ACINACAQLI MƏNZƏRƏ...
15-05-2021, 11:04
52

"Səhliyalı" MMC insanlara görün nə yedirir... - ACINACAQLI MƏNZƏRƏ...

Son günlər İcra Hakimiyyətlərindən gələn vətəndaş şikayətlərinə başımız o qədər qarışıb ki, digər özü öz adının əleyhinə fəaliyyət göstərən qurumlar diqqətimizdən kənarda qalıb.

Media izləyiciləri bəlkə də elə bilirlər ki, bu ölkənin yeganə problemi məsuliyyətsiz İcra başçılarıdır.

Bu heç də belə deyil. Bu cür düşünməklə, digər bəzi qurumların "haqqına girmiş" oluruq.

Məsələn, elə bizim bu yeni yaranmış Qida Təhlükəsizliyi Agentliyimiz (AQTA).

Yaxşısı budur əvvəlcə sizi məsələdən xəbərdar edək ki, sonra fikirlərimizə davam edərkən söhbətin nədən getdiyini anlamış olasınız.



Demək, sosial şəbəkələrdə "Halal nemət, 1000 bərəkət" sosislərinin içindən nə isə çıxdığını əks etdirən görüntülər yayılıb.

Həmin görüntülərdə sosislərin Hacıqabul rayonundan alındığı deyilir.

Əslində harada satıldığının fərqi yoxdur.

Problem istehsalın problemidir.

Adını "halal nemət" qoyub, hansısa yollarla halallıq sertifikatı alıb (əgər ala bilibsə), bu cür natəmiz, sözün əsl mənasında iyrənc istehsal fəaliyyəti göstərərək, haram pul qazanan bu müəssisə sözügedən görüntüyə görə yeganə günahkar deyil.

Sözügedən videogörüntünü görən kimi DogruXeber.az İnformasiya agentliyi olaraq məsələni araşdırmaq qərarına gəldik.

İnternet üzərindən apardığımız araşdırmalarımız zamanı öyrəndik ki, "Halal nemət, 1000 bərəkət" adı ilə istehsal fəaliyyəti göstərən "Səhliyalı" ət məhsullarının adı halallıq sertifikatı olan firmalar siyahısında yoxdur.

Ümumiyyətlə, sözügedən firmanın istehsal etdiyi məhsullar üçün ətin ərəb ölkələrindən gətirildiyi, həmçinin südsüz qoca inəklərin ətindən istifadə olunmasına dair də məlumatlara rast gəldik.

"Səhliyalı" MMC-nin istehsal etdiyi məhsulların iyrənc görüntüləri-VİDEO//FOTO

Amma, yuxarıda da qeyd etdiyimiz kimi, bütün bunlara görə "Səhliyalı" yeganə günahkar deyil.

Maraqlıdır. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) niyə yaradılıb?

Əslində onlar araşdırıb, aşkar edib, mövcud problemi aradan qaldırıb, rəsmi saytlarında içtimaiətə məlumat vermək əvəzinə, niyə onlar mətbuatdan öyrənir ki, "filan yerdə antisanitariya hökm sürür?!"

Bu qədər ən kiçik qəssabxanaların belə fəaliyyətini nəzarətində saxlayan bu qurum, doğrudanmı bu boyda firmanın antisanitar fəaliyyətindən bixəbərdir?

Əslində AQTA- nin fəaliyyəti də bir ayrı geniş mövzudur və bu qurumun fəaliyyətinin görünən - görünməyən tərəfləri DogruXeber.az İnformasiya agentliyi tərəfindən araşdırılıb daha ətraflı izləyicilərimizə təqdim olunacaq.

P.S: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə "Səhliyalı" MMC-nin rəsmi internet səhifəsində qeyd olunan (012 498-19-58) telefon nömrəsi ilə gün ərzində əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, qarşı tərəfdən telefona cavab verən olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Oxşar xəbərlər

"Azərsun"da halal biznes adı altında haram məhsullar istehsal olunur… - İTTİHAM
“Best beef” kolbasasından görün nə çıxdı-FOTO
Nemət Pənahlı koronavirusa yoluxdu: Vəziyyəti ağırdır
Ucuz malları brend adı ilə baha satan mağazalar- SAXTAKARLIQ
Əsgərimiz dağıntılar arasında piano ifa etdi  - Video
“İcra başçıları müğənnilərin pulunu vermir” - Lalə Məmmədova
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Qoşqar Təhməzliyə qarşı QƏSSAB ÜSYANI... - Görünəni budur ki...
“Ovçular” kolbasası niyə boykot edilib? - Marketlərdə satış ölüb, çünki…
Qazaxın icra başçısı dövlətə məxsus binaları satır - Həbs növbəsi ona çatır?
""McDonald"s Bakıda belə boykot edildi: Polisə müraciət, cəmi iki müştəri və... - REPORTAJ
"Qurdlarla qidalanmağa hazır olun" XƏBƏRDARLIQ...
“Ora toy generallarını təyin edirlər…”
AQTA quşçuluq məhsullarının satışı ilə sahibkarlara müraciət etdi
Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
“Azərsun Holdinq” Sumqayıtda uşaqlara qurdlu "yumurta şokolad" yedirir - FOTOLAR
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı
AQTA sağlamlığımızı necə TƏHDİD EDİR... - ŞOK FAKTLAR.
AQTA 155 obyektdə pozuntular aşkarladı
Azərbaycanda 28 yaşlı kişi intihar edib
Bu müğənnimizə "halal olsun" deməmək mümkünsüzdür...
“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır-Görəsən “Qosstandart” adlı dövlət qurumu  hara baxır ?
Sabirabadda qanunsuz işləyən kafe bağlanıb
İnstitut 400 minə "qəssabxana" tikir - Şübhəli tender
"Kapital Bank" müştərilərini boğaza yığıb... - NARAZILIQ!
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
AQTA-dan Prezidentin tapşırığına SABOTAJ - Agentliyin İctimai Şurası necə “formalaşdırılıb?”