Şamaxılılar başçıdan şikayətçidirlər: "Tahir Məmmədov bu gün mənim adım Korrupsiyanın aparacağı siyahıda yoxdur deyir"
16-05-2021, 10:13
75

Şamaxılılar başçıdan şikayətçidirlər: "Tahir Məmmədov bu gün mənim adım Korrupsiyanın aparacağı siyahıda yoxdur deyir"

Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri adından Prezidentə şikayət məktubu ünvanlanıb. Məktubun bir surətidə Teref.az saytının poçtuna daxil olub. Şikayət məktubunu təqdim edirik:
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə,

Birinci vitse prezident Mehriban Əliyevaya,

Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədova,

Baş Prokuror Kamran Əliyevə,

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə



ŞİKAYƏT ƏRİZƏSİ



Cənab Prezident, biz bir qrup Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri sizə ilk olaraq xalqımıza yaşatdığınız qələbə, zəfər sevincinə görə sonzuz minnətdarlığımızı çatdırırıq. Daha sonra Sizin rayonumuza göstərdiyiniz diqqətə görə rayon əhalisi adından sonsuz minnətdarlığımızı bildiririk.

Məlumatınız üçün bildiririk ki, Tahir Məmmədovun rayonumuza icra başçısı təyin olunduğu gündən rayonumuz bədbəxt vəziyyətə düşüb. Rayonda baş alıb gedən özbaşnalıq və korrupsiya demək olar ki, bütün sahələrdə vüsət alıb çiçəklənir. Tahir müəllimin sizin zəlzələ fəsadlarının aradan qaldırılması üçün ayırdığınız vəsaiti korrupsiya mənbəyinə çevirməsi artıq qonşu rayonlarda da məlumdur. Bütün işbazları ətrafına toplayaraq icra başçımız ehtiyyacı olanların deyil, rüşvəti verib adını siyahıya saldıranların evlərini dövlət vəsaiti hesabına tikdirdi. Bunu müşahidə edən digər məmurlar da, “balığın rayonda başdan iylənməsini” görən kimi onlarda rüşvət toplamağa başladı. Bu gün rayonumuzda polis rəisi bütün sahibkarları “aylığa oturdub”, hamı işləmək üçün ona pul verir. Rayonun sahibi yoxdur ki, gedib sözünü deyəsən, şikayətini edəsən.

Bu cür vəziyyət hətta bizim qəsəbəmizdə də çox dərindən hiss olunmaqdadır. Belə ki, son Bələdiyyə seçkilərində Tahir müəllimin birbaşa dəstəyi, göstərişi və açıq tapşırığı ilə misli görünməmiş özbaşnalıq edildi. Namizədlərin çox və daha səriştəli olmasına baxmayaraq faktiki olaraq əlində dəlilik kağızı olan (rəsmi sənəd), içki və narkotik istifadəçisi olan Mikayılov Sabir Şahsəddin oğlu təyin edildi. Hətta seçki günü biz secicilərə paylanılan adlı siyahının verilməsini tutaraq MSK-ya qaynar xəttə zəng etsək də, Dairə Komissiyasinin sədri Hüseyn Rəcəbova bildirsək də, o bizə açıq dedi ki, Tahir müəllimin tapşırığıdır - olmalıdır... seçdilər... hətta sədr də oldu...

Bu gün biz qəsəbəmizdə baş verən anarxiyadan dözməyərək sizə və məmurlarımıza üz tutmağa məcburuq.

Bir müddət keçdikdən sonra bizə Tahir Məmmədovun dəli Sabirin bələdiyyə sədri təyin etməsinin bəzi məqamları aydın oldu. Belə ki, gəldiyi gündən Sabir ötən illərdən bələdiyyənin hesabına ödəniləcək vergiləri özbaşına dörd, beş ayını ver borcunu silim prinsipi ilə öz cibini doldurmağa başladı. Hətta bu azmış kimi hələ bələdiyyənin hesabında olan 30 min manat pulu da atasının malı kimi büdcədən götürün xərcləyib. Həmin pul əvvəlki bələdiyyə sədri Musa Musayevin vaxtında toplanmış və qalmışdı, o əhaliyə verdiyi hesabatında qəsəbədaxili yolların təmiri üçün topladığını deyirdi. Lakin Sabir bu günə kimi heç kimə bələdiyyənin büdcəsi haqqında məlumat vermir və bunun icra Başçısı Tahir Məmmədovun tapşırığı ilə etdiyini deyir. Büdcə pullarının israf edilməsinə etiraz edərək bələdiyyənin mühasibi ərizə yazaraq işindən imtina etdi. Sabir pulun talan edilməsi məqsədilə heç bir ali təhsili olmayan 83 yaşlı Razimi Rizvanı bələdiyyəyə mühasib təyin edib. Bu azmış kimi, Nazirlər Kabineti yanında Operativ Qərərgahının tələblərinə məhəl qoymayaraq həssas qrupa aid olan yaşlı adamın hər gün işə cıxmağını tələb edir ki, idarədə adam görsənsin, çünki özü içki və narkotik istifadəçi olduğu üçün ayıq vaxtı olmur. Bu günlərdə biz bildik ki, bələdiyyə büdcəsindən Sabir 9000manat götürərək Tahir Məmmədovun tapşırığı ilə guyə modul xəstəxanasının tikintisi üçün torpaq alıb. Rayon üçün dövlət tərəfindən tikiləcək xəstəxananın torpağını qəsəbəmizin sakinlərindən illərlə vergidən toplanan pulun sayəsində niyə alınmalıdır?? Görəsən torpaq dəqiq həmin məqsəd üçün alınır, yoxsa bu büdcə vəsaitinin talan olunmasının yeni üsuludur? hansı əsasa uyğun bu işlərə icra başçısı dəstək verir və göz yumur?

Bu bizim verdiyimiz vergilərdən toplanan pulun israf olunması haqqında bildiklərimizin biridir, kim bilir bəlkə də büdcədə artıq pul qalmayıb...nəzərə alsaq ki, qəsəbəmizdə cəmi bir dənə 3 mərtəbəli dəbdəbəli şəxsi evi elə Sabir Mikayılov tikib, xalqın pullarının hara israf olunması haqqında heç düşünməyə dəyməz. Hələ bu azmış kimi Sabir məlum məsələdir ki, xəstəlik kağızı olduğu üçün sürücülük vəsiqəsi də ala bilməz, lakin buna baxmyaraq bələdiyyəyə məxsus 56-AA-044 nömrəli avtomobili də heç bir sənədi olmadan idarə edir. Polis isə buna göz yumur... Əgər dövlət Sabir Mikayılova avtomobil idarə etməyi həvalə etmirsə, bəs nə üçün Tahir Məmmədov bizi və qəsəbəmizi dəliyə həvalə etməkdə bu qədər maraqlıdır?

Cənab Prezident məgər Bələdiyyə büdcəsinə illərlə toplanan pul kiminsə şəxsi mülküdür? Yoxsa xalqın pulu Tahir Məmmədov və ya Sabir Mikayılov kimi vəzifəsindən sui-istifadə edən məmurların atasının malıdır?

Tahir Məmmədov qəsəbəmizə Sabir Mikayılovu heç kimin səs vermədiyi halda qutudan çıxartdığı üçün məntəqə sədri, məktəb direktoru olan Rzai Rəsulun da 70yaşı tamam olmasına baxmayaraq saxlatdırır. Təqaüd yaşı tamam olan müəllimləri isə Rəsul müəllim ilin ortasında da olsa yola salır... Məlumatınız üçün bildiririk ki, qəsəbəmizdə narkotik istifadəçilərin sayı həddindən çox artıb. Belə ki, Rəsul müəllimin məsuliyyətsiziliyin nəticəsində məktəb “müəllimləri”nində, şagirdlərinin də əksəriyyəti narkotik istifadəçiləridir. Bu günlərdə hətta müəllimlərdən biri – Əkbəri Rövşən dozadan artıq istifadə etdiyinə görə dünyasını dəyişdi. Bunu qəsəbədə hamı bilir. Şagirdlərinə nümünə olacaq Rzai Rəsul Vətən Müharibəsində oğlunu səfərbərlikdən yayındıraraq “mənim gözüm görmür, məni işə aparıb gətitrir oğlum” deyərək, Tahir müəllimin dəstəyi ilə yayındırdı. Qəsəbəmiz iki şəhid verdi, amma başçıya sadiqlik göstərən məktəb direktoru Rəsul müəllimin ogğu getmədi. Gözün görmür nə üçün bu yaşında təqaüdə çıxmırsan? Tədris ocağının rəhbərindən bundan “təqdirəlayiq”, “vətənpərvər” nümunə ola bilməzdi.... Tahir Məmmədov bu gün mənim adım Korrupsiyanın aparacağı siyahıda yoxdur deyərək öz qanunsuz «işlərini» davam etdirir. görəsən bunda bu arxaincilıq hardandır, kim Tahir müəllimlə məsləhətləşir bu siyahını tutanda…?

Cənab Prezident yazıb Sizdən xahiş edirik, bizim qəsəbəni bu məmur özbaşnalığından qurtarasınız. Biz artıq Tahir Məmmədovun bizim vaxtilə nümunəvi olan qəsəbəmizə yad münasibəti nəticəsində gənclərimizə nümünə olmalı məmurlar əvəzinə dəstək verib saxladığı bu cür nankor cəmiyyət ünsürlərindən təmizlənməsinə, onlardan bizim azad olmağımıza köməklik göstərəsiniz.



Hörmətlə Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri
--
Mehi Bagirov
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Oxşar xəbərlər

"DİQLAS" Ticarət mərkəzindən Prezidentə - MÜRACİƏT
Şamaxı RİH-in başçısı Tahir Məmmədovdan Şikayət var-Vətəndaşlardan Prezidentə MÜRACİƏT
Zərdab sakinləri Prezidentə müraciət etdi - VİDEO
“Binalar yararsız vəziyyətdədir, su sızır” - GİLEY
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanladı
Ucarın da öz Mehdiyevi var imiş... - GİLEY
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Samuxda məskunlaşan kəlbəcərli köçkünlər 72 yaşlı icra başçısının əlindən fəryad edir - NARAZILIQ!
“Aqroinvest Kredit İttifaqı” İTTİHAM OLUNUR... - İmişlidə kredit fırıldaqçılığı…
Dövlət Baxçalı İlham Əliyevə hədiyyə göndərdi
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb
Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür ETDİ
Mariya Pavlovna İlham Əliyevi təbrik etdi
Mikayıl Cabbaorv Daşkəsənə gedib - FOTO
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - FOTOLAR
Tahir Məmmədovla komandasının korrupsiyası:Daha bir icra başçısı həbs oluna bilər-VİDEO
Koronavirus xəstələrinin nəzərinə - Daha 4 nəfərə cinayət işi açıldı
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
Rövşən Bağırovdan Ərdoğana ŞİKAYƏT OLUNDU - "Bu vəziyyətə insan dözə bilərmi?"
Polad Həşimovun anası Prezidentə təşəkkür etdi - Video
600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi
"Yeni Bakı" sakinlərindən Prezidentə MÜRACİƏT: çıxarış üçün qanunsuz pul tələb edilir
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
"Əlimdən gələni əsirgəməyəcəyəm ki..." - Səfir
Şamaxı icra başçısına yeni müavin təyin olundu
Şəmsəddin Xanbabayevin adamı Xaçmazda hələ də özbaşınalıq edir? – PREZİDENTƏ MÜRACİƏT
ABŞ Prezidenti İlham Əliyevə məktub yazdı
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY