Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT
16-05-2021, 11:49
60

Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT

Bu gün səhər saatlarında Cəlilabad rayon Muğan kənd sakinləri redaksiyamıza şikayət ediblər.
 
Onlar Moderator.az-ın əməkdaşıyla söhbətləri zamanı bildiriblər ki, əkdikləri kartofu satmaq istəsələr də özlərini Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim edən iki qardaş onlara problem yaradır. 

Kənd sakinləri bildiriblər ki, yayda ancaq qazanc yeri kimi gözlərini əkdikləri kartofa dikiblər. Amma onun da satılması zaman hər dəfə onlara süni problemlər yaradılır. Onların sözlərinə görə “dəllallıq” edən Saməddin və Samid qardaşları özlərini Dövlət Gömrük Komitəsinin əməkdaşları kimi təqdim edərək, kənddən Rusiyaya kartof daşıyan “TIR” sürücülərinin sənədlərini əllərindən alıblar. Sakinlərə problem yaradan şəxslərdən biri də adı çəkilən iki qardaşlara havadarlıq edən Maşlıq kənd sakini Əlövsət adlı şəxsdir. Saməddin və Samid qardaşları isə Masallı rayonundadırlar. Bu səbəbdən də sakinlərin kartofunu alan alverçilər onu Rusiya bazarına çıxara bilmir və məcbur olub malı geri qaytarırlar. Məsələn, beş gün öncə hər “TIR” üçün 2200 dollar pul ödənirdisə, indi bu qiymət 3500 dollara qaldırılıb. 

Sakinlər bu gün kəndin icra nümayəndəsi Rəzzaq İsbarovla birlikdə kənddəki “TIR” parkına gedərək orda sürüclərlə söhbət ediblər. Sürücülər bildirib ki, onlar da Saməddin və Samid qardaşlarının bu “qoçu"luğunun qarşısında aciz qalıblar. 
 
Ona görə də vətəndaşlar məcbur olub Moderator.az-a üz tutublar. Onlar bildiriblər ki, mövcud problemlə bağlı çox təəssüflər olsun ki, rayon rəhbərliyi də maraqlanmır.

Qeyd edək ki, Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalov ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediləndən sonra hələ də rayona yeni icra başçısı təyin olunmayıb. Vətəndaşların sözlərinə görə N. Zeynalovun həbsdindən sonra rayonda hərc-mərclik baş alıb gedir. 
 
Redaksiyadan: Heç şübhə yoxdur ki, həmin qoçuların Dövlət Gömrük Komitəsi ilə əlaqəsi yoxdur, bu kəmfürsətlər sadəcə vəziyyətdən sui-istifadə edərək komitənin adına xələl gətirən qanunsuzluqla məşğuldurlar. Moderator.az komitə sədri hörmətli Səfər Mehdiyevin məsələyə müdaxilə edərək həmin qoçuları haqq etdikləri yerə göndərəcəyinə şübhə etmir.
Vasif Əlihüseyn


Oxşar xəbərlər

Gömrük Komitəsinin qarşısında aksiya başladı  - Video
Nazirin NƏZƏRİNƏ: Bu kənddə təhsil almaq imkansızdır... - NƏ ETSİNLƏR?
Cəlilabadda nələr baş verir? - İTTİHAM
Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər... - Kənddə telefon xətti belə yoxdur...
Keçmiş bələdiyyə sədrinin rüşvət qalmaqalı - Müavini gizlinləri açır...
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? - Kənan Məmmədovla bağlı Prezidentə müraciət
Gömrük Komitəsi əməkdaşını rüşvət alarkən saxladı - Prokurorluğa müraciət
Külli miqdarda ətirlər keçirmək istədilər
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Gömrükçülər 16 ədəd "İphone" markalı mobil telefonlar aşkarladı
Şəkidə bu kənd soyuq qışla üz-üzə qalıb... - GİLEY
İrandan gələn şəxslərdə narkotik vasitələr aşkar edildi
DSX-dən əməliyyat: Üç nəfər tutuldu - FOTO
Ölkəyə qanunsuz yollarla siqaret keçirilməsinin qarşısı alındı
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
5 villası olan başçının sakinlərdən xəbəri yoxdur... - GİLEY
Cəlilabadda evi tərk edən üç koronavirus xəstəsi saxlanıldı
DGK, yoxsa Səfər Mehdiyevin Qohum-Əqrəba Komitəsi ?
Qobustanda koronavirus xəstələri saxlanıldı
Səfər Mehdiyevin gömrük sistemində gizli şəbəkə: möcüzəvi mayor olan Mahir və…
Gömrük Komitəsi Bakı Metropolitenini cərimələdi
Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu
Polis dələduzluq edən “vəkil“i saxlaldı
Göygöldə iki kənd üz- üzə! - SSİ-nin rəisi pul yedi və susuzluq yaratdı
Balakən Gömrük idarəsiində özbaşınalıq - Aqrar sektora investisiya qoyan əcnəbi iş adamı Səfər Mehdiyevə müraciət etdi -Sənədlər/FOTO
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA
Örüş sahələri işğal olunan Ağsu kəndliləri Prezidentə müraciət etdi