Göyçayda vətəndaşın başına oyun açıblar... - GİLEY
8-06-2021, 10:25
51

Göyçayda vətəndaşın başına oyun açıblar... - GİLEY

Göyçay rayon Ulaşlı-Şıxlı kənd Ramin Abdullayev “Gözətçi”yə bildirib ki, 1998-ci ildə bələdiyyə ailəsinə pay torpağını verib. Onun sözlərinə görə, həmin pay torpağı qonşusu tərəfindən zorla onlardan alınıb. «Həmin pay torpağı ailəmin adınadır, vergisini də ödəyirik. Günün birində qonşum Ərəstun Kərimov bildirdi ki, bu torpağı bizdən alacaq. Mən isə dedim ki, mənim əlimdə bu torpağın sənədi var. Cavabında dedi ki, torpağı ona verməsəm, gedib məhkəməyə pul basıb, məndən alacaq. Bundan sonra da bizi məhkəməyə verdi».
R.Abdullayev deyir ki, Göyçay rayon məhkəməsi Ərəstun Kərimovun xeyrinə qərar çıxardıb.
«35 ildir biz o torpaqlardan istifadə edirik, orada xurma ağacları, alça ağacları əkirik. Ancaq Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov qərar verdi ki, həmin pay torpağı Ərəstun Kərimovun ərazisinə düşür, guya biz onun torpağını zəbt etmişik».
Şikayətçi qeyd edib ki, bu qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verdi. Şəki Apellyasiya Məhkəməsinin  hakimi Ayaz Mahmudov da Göyçay Məhkəməsinin qərarını qüvvədə saxladı.
Ailə bundan sonra kassasiya şikayəti verib. Məhkəmə isə işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib. «Maddi vəziyyətimizlə əlaqədar olaraq, vəkil tutmağa imkanımız olmadı. Qardaşım Kamillə Şəki Apellyasiya Məhkəməsindən tələb etdik ki, ekspert gəlib əraziyə baxış keçirsin. Ekspert təyin olundu, ancaq onlar da qərar verdi ki, ərazi Kərimov Əsərtunun sahəsinə düşür. Halbu ki, əlimizdə 16 saylı Ucar Ərazi İdarəsinin sənədi var. Sənəddə göstərilir ki, həmin ərazi bizə aiddir. Bundan başqa, idarədən  bildirdilər ki, məhkəmədən onlara hər hansı bir soğru göndərilməyib ki, məlumat verilsin ki, həmin sahə Ərəstun Kərimovun ərazsinə düşmür».
Abdullayev deyir ki, Şəki Apellyasiya Məhkəməsi 19.5 ha ərazidən 11 ha onlardan alınıb Ərəstun Kərimova verilməsi ilə bağlı qətnamə çıxardıb. Daha sonra isə onlara Göyçay İcra və Probasiya şöbəsindən icraatın işə başlamaq üçün qərar yox, ancaq on gün müddətində həmin ərazidən çıxmaları haqqında bildiriş gəlib. «10 gündən sonra icraçılar gəldi. Ulaşlı-Şıxlı kəndini sahə müvəkkili Həbib Sadıqov qardaşımın evinin qapısını təpiklə vurub  içəri daxil oldu, bizə bildirdi ki, gələn icraçılara qarşı nəzakətli davranaq. Qardaşım isə onun kobud hərəkətinə etiraz etdi. Bu zaman aralarında mübahisə yarandı. Onunla birlikdə Göyçay İcra və Probasiya şöbəsinin rəis müavini Hikmət Quliyev və Pünhan adında bir şəxs də gəlmişdi ki, işi icra etsinlər. Ancaq yaranan mübahisədən, narazıçılıqdan sonra qətnaməni icra etmədilər. Amma Hikmət Quliyev bizə səhəri günü saat 11:00-da hakim İbrahim Fəttahovun qəbuluna getməyimizi tapşırdı».
Abdullayev bildirir ki, hakimin görüşünə gecikdikləri üçün görüşü növbəti günə keçirdiblər. Növbəti gün isə onlarla birlikdə  Ulaşlı-Şıxlı Bələdiyyəsinin bir nümayəndəsi də gələrək hakimə bildirsin ki, həmin ərazi bələdiyyə tərəfindən Abdullayevlər ailəsinə verilib. «Təəssüf ki, bizi günorta saatlarına kimi gözlətdilər. Bu müddətdə bələdiyyə nümayəndəsinə zəng gəldiyi üçün getməli oldu. O getdikdən sonra bizi hakimin qəbuluna çağırdılar. Biz otağa daxil olanda Ərəstun Kərimov da gəldi. Hakim İbrahim Fəttahov Kamili məhkəmə zalındakı dəmir barmaqlıların arxasına keçirib ona 10 günlük inzibati həbs cəzası verdi ki, niyə məhkəmənin qətnaməsini yerinə yetirmirsiniz, məhkəmə icraçısının işini görməyə mane olursunuz. Məndən isə ərazidən niyə çıxmadığımız soruşduqda, bildirdim ki, həmin torpaq bizim ailəyə aiddir və torpaqlardan çıxmaq fikrim yoxdu. Hakim mənə dedi ki, “Sənə də 10 günlük həbs verərdim, amma gözdən əlil olduğun üçün 500 manat cərimə yazıram”.
Abdulayev Göyçay rayon İcra və Probasiya şöbəsindən icraatın iyunun 16-da həyata keçirilməsi üçün növbəti bildirişin gəldiyini söyləyir.
“Bizim on gün müddətində icraatdan şikayət vermək hüququmuz var. Ancaq bu dəfə də həmin sənəd yox, ancaq icraatın yerinə yetirilməsi haqqında bildiriş göndərilib. Mən də bu gün icraatın dayandırılması üçün kassasiya şikayəti verdim. Həmin məktubun bir nüsxəsini də Göyçay Məhkəməsinə göndərdim. Ancaq məhkəmədən bildirilir ki, Şəki Apellyasiyadan icraatın durdurulması haqqında məlumat gəlməsə, icraatı dayandıra bilməyəcəklər”.
Ramin Abdullayev anasının xəstə olduğu, insult keçirtdiyini bildirir. Onun sözlərinə görə, Ərəstun Kərimovun həyat yoldaşı hər gün anasını təhqir etdiyi üçün öz evlərindən çıxıb, Göyçayda kirayədə yaşayırlar.


Oxşar xəbərlər

“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb” - Özbaşınalıq...
Neftçala sakinləri çarəsiz durumda - GİLEY
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Bələdiyyə sədri ÖZBAŞINA QALIB Kİ... - Qarabağ Qazisini DÖYÜB...
“Bələdiyyə sədri atasıyla birlikdə şəhidin adından sui-istifadə edərək torpaq satır” - Cəlilabadda NARAZILIQ
"Şuşa mənim qəlbim və nəfəsimdir"
Zərdabda məmur özbaşınalığı... - QALMAQAL
Nazir müavini və deputat olan Səfərov qardaşlarının şirkətinin daha bir cinayəti - Qanunsuz məhkəmə qərarları necə çıxarılıb?
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
Xudatda Qazi ailəsini incidən kimdir? - torpaq dələduzluğu...
Biləsuvarda məmur özbaşınalığı - "Həyətyanı torpaq istədim, əkin sahəmi satdılar"
Salyanda torpaq sahələrini işğal edən oliqarxlar
Ağsuda məmurlar torpağı necə işğal edib? - NARAZILIQ!
"Torpaq sahəmi əlimdən alıblar..." - GİLEY
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI... - GİLEY
Keçmiş bələdiyyə sədrinin rüşvət qalmaqalı - Müavini gizlinləri açır...
Göyçayda narazılıq yaradan kimlərdir? - Müraciət...
Sabirabadda icra başçısı haqsız çıxdı... - GİLEY
Göyçayda özünü asan oğlanı anası son anda xilas etdi
Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY
Bakı Apelyasiya Məhkəməsi Ata Abdullayevlə bağlı qərar verdi
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
Müğənni məhkəmədə qalib gəldi - 51 min alacaq
Vətəndaş ötür-ötür oyununda... - GİLEY
Qarabağ qazisi ona ayrılan müavinətin ödənilmədiyini söyləyir - GİLEY
“Açıq deyirlər ki, arxamızda Ağstafanın deputatı Nizami Cəfərov dayanır, əliniz hara çatır, gedin” - NARAZILIQ!
"Məndə torpağın sənədləri var, sübutum var..." - GİLEY
Xanım həkim Ramin Bayramlını məhkəməyə verdi - FOTO
Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY