Büdcəmizin yaxasındakı AZAL ADLI PROBLEM... - NƏ VAXTA QƏDƏR...
9-06-2021, 10:18
40

Büdcəmizin yaxasındakı AZAL ADLI PROBLEM... - NƏ VAXTA QƏDƏR...

Almaniyanın ucuzqiymətli "Eurowings" hava yolu şirkəti Gürcüstan istiqamətində müntəzəm fəaliyyətə başlayır.

Gürcüstanın Mülki Aviasiya Agentliyi xəbər verir ki, "Lufthansa Group"a daxil olan aviadaşıyıcı Düsseldorf - Tbilisi - Düsseldorf istiqamətində uçuşlar həyata keçirəcək. Müntəzəm uçuşlar bu il 4 iyul tarixindən etibarən həyata keçiriləcək.

Qeyd edək ki, ölkəmizdə aviabiletlərin qiymətinin bahalığı hər zaman gündəmdədir. Bu baxımdan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə tənqidlər səngimir və bazarın monopoliyada olması ilə bağlı fikirlər səslənir.

Mütəxəssislər aviabiletlərlə bağlı mövcud qiymətləri necə dəyərləndirirlər?

Bununla bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Cebhe.info-ya açıqlamasında bildirib ki, adətən kütləvi şikayətlər harada çoxalırsa, o istiqamətdə müəyyən irəliləyişlərə nail olunur:

“Amma AZAL-ın fəaliyyəti ilə bağlı şikayətlərin başladığı illəri belə unutmuşam və həmin şikayətlər bu günümüzə qədər davam edir. Əgər bir istiqamətdən kütləvi şikayət varsa, deməli həmin istiqamətdə ciddi problemlər var. İndi gəlin bu problemin fəsadlarına baxaq. Baha qiymətlər sadəcə ölkə vətəndaşlarını maliyyə itkisilə üz-üzə qoymur, həm də xarici vətəndaşların Azərbaycana turist olaraq üz tutmasında ciddi manelərədən birinə çevrilib. Turizm isə respublikamızın qeyri-neft sektoru üzrə inkişafında roluna ümid bəslədiyi iki istiqamətdən biridir. Dünyada AZAL kimi şirkətlər nəinki dövlət büdcəsinə yük olmur, eyni zamanda böyük məbləğlər qazanır, yüksək verigilər verir, ciddi investisiya layihələri icra edir, üst səviyyədə xidmətlər təklif edir.

AZAL isə dövlət büdcəsindən ikiəlli yapışmış şirkət kimi qalır. Qonşu ölkələrə diqqət edək. Ətrafımızda turizm sahəsində bizim iki ciddi rəqibimiz Türkiyə və Gürcüstan var. Təbiətləri təbiətimizdən, xidməti xidmətimizdən geri qalmır. Etiraf edək ki, onlara qalib gəlib turistləri özümüzə cəlb etmək üçün, onlarla müqayisədə xüsusi üstünlüklərimiz yoxdur. Nə Türkiyə, nə də Gürcüstan kimi təmiz dənizimiz, nə o ölkələri üstələyəcək turizm hekayələrimiz, nə də orta turist kütləsinin yararlanması üçün orta ulduzlu otellərimiz var”.

Ekspertin fikrincə, göründüyü kimi heç bir üstünlüyümüz olmadığı təqdirdə istənilən kiçik maneə iqtisadiyyata böyük fəsadlar verir:

“O qurum ki, ölkə iqtisadiyyatının inkişafına töhfəsini verə bilmir, o zaman heç olmasa, maneə yaratmasın, yük olmasın. Deməli, problemi dedik, onun yaratdığı fəsadlarını vurğuladıq. Bəs bu problemi necə həll edə bilərik?

Bunun üçün ilk növbədə illərdən bəri gecikdirilən rəqabət haqqında qanun qəbul edilməlidir. Bu qəbul edilməyincə köklü nəticələr almaq çətin olacaq. Bunun ardınca qanunverciliyin tələblərinə uyğun olaraq, AZAL-ın inhisarçı mövqeyi dəyişdirilməli, bu sahədə insanlara seçim edə biləcəkləri alternativlər yaradılmalıdır”.

Oxşar xəbərlər

Təyyarə biletləri UCUZLAŞDI
Cahangir Əsgərov əgər yarıtmaz kadrdırsa... - "AZAL"dan şikayətlər artır...
AZAL fəaliyyətini dayandırdı
Bakı-Naxçıvan reyslərinin sayı artırılır
AZAL Azərbaycana belə zərbə vurur... - Ekspert
Azərbaycanla Rusiya arasında aviauçuşlar bərpa edilir
Ukraynadan Azərbaycana müntəzəm aviareyslər bərpa edilir - Bu tarixdən
Bakıdan Ankara və Antalyaya xüsusi reyslər başlayır
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Cahangir Əsgərova "OSMANLI TOKATI"... - Havadakı inhisarçılıq BİTİRMİ?
Bodrum və Dalaman kurortlarına uçuşlara başlanılır
AZAL-da nə baş verir? - NARAZILIQ!
AZAL-ın bu addımı da FIRILDAQDIR? - İDDİA
Bu şəhərdən Bakıya uçuşlar bərpa edilir
Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-a etiraz
Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı
Xankəndi hava limanına kim nəzarət edəcək? - AÇIQLAMA
İstanbuldan Gəncəyə birbaşa uçuşlar başlayır
AZAL-ın monopoliyasına necə son qoymaq olar? – Video
Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə bağlı SƏRƏNCAM
"AZAL yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir"
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Bu ölkə Bakıya uçuşu BƏRPA EDİR
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək
Bakı-Tbilisi-Bakı aviareysi bərpa olundu
AZAL şefi necə milyonları qazanır, AZAL-sa müflisləşir... - İDDİA
Rusiyanın bu şəhərindən Azərbaycana müntəzəm uçuşlar bərpa edilir
“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
AZAL Türkiyənin bu şəhərlərinə uçuşları DAYANDIRIR