"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!
9-06-2021, 10:54
51

"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!

"Konstra" MTK-nın sahibi, hazırda Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasov mənzilimi mənimsəyib, həmin binada aldığım evi mənə verməkdən imtina edir".

Bunu arqument.az-a şirkətdən ev alıb aldadılan vətəndaş biri - zərərçəkən Bilal Hacıyev deyib.

Bakının Nəsimi rayonu Mövsüm Sənani 13/15 ünvanında (Azərbaycan Tibb Universitetinin yaxınlığı) yerləşən "Konstra" MTK 169 vətəndaşı aldatmaqda ittiham olunur.

Bilal Hacıyev deyib ki, bir neçə ildir məsələ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Bu barədə binadan ev alan Etibar Əliyev, Bəxtiyar Əmirov, Günay Rəhimova, Araz Bayramzadə, (etibarnamə ilə Cəlilov Bəxtiyar), Kənan Cuvarov, Bilal Hacıyev və digər vətəndaşlar da aldanıldılarını deyirlər.

Bilal Hacıyev deyir ki, "kotlavan"dan mənzil alıb ödəniş etsə də, şirkət mənzili ona satmaqdan imtina edib: "Əvvəl bizə deyirdilər ki, sizin ödədiyiniz pulu qaytarırıq, "kotlavan"dan ucuz satmışıq, indi baha qiymətə satmaq istəyirik. Onlar mənzilləri bizə satdıqları qiymətdən baha satmaq, ödədiyimiz məbləği qaytamaq istəyirdilər. Hələ o da bəlli deyil ki, həmin pulu bizə qaytaracaqdılar, ya yox... Məsələ ondadır ki, binanı bizim pulumuzla tikiblər, çünki biz pulu "kotlavan"dan ödəmişik. Amma indi ümumiyyətlə, mənə mənzil verməkdən imtina edirlər və bu işin başında da Bəhram Abbasov dayanıb".
Bilal Hacıyev bidirib ki, şirkət ona şərt qoyur, razılaşmayacağı təqdirdə hədələyir: "İşi aparan müstəntiq Emin Cahangirov da şirkətin tərəfini saxlayır. Mənə deyirlər ki, 3 il öncə aldığın qiymətlə pulunu geri qaytarırır, sən də mənzillərdən imtina et, əks təqdirdə mənzilləri sənə verməyəcəyik. Açıq hədələyirlər məni. Deyirlər ki, pulunu geri qaytarırıq, razılaş. Mən də bu təkliflə razılaşmıram. Halbuki bir müddət öncə bizə demişdilər ki, sakinlərə 62 mənzil veriləcək, həmin siyahıda biz də vardıq: mən və Kənan Cuvarov. İndi məni də, onu da siyahıdan çıxarıblar. Bunu da Bəhram Abbasovla müstəntiq edib, çünki mən danışıqlarından hiss etdim ki, bunlar məni hədələyib susdurmaq istəyirlər"
B. Hacıyev problemlə bağlı Baş prokurur Kamran Əliyevlə görüşəcəyini deyib. O bildirib ki, 3 il öncə aldığı mənzillərin əlindən qanunsuz alınmasına susmayacaq.

Arqument.az mövzu ilə bağlı Bəhram Abbasovdan münasibət öyrənə bilməyib.
2020-i il iyunun 3-də Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Rəsmi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Sakinlər deyiblər ki, 2018-ci ildə bu şirkətdən mənzil alıblar, əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var, lakin bir müddət sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb.

Onların sözlərinə görə, "Konstra" MTK-nın qanuni təmsilçisi Bəsrət Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovun oğludur.



Oxşar xəbərlər

Hikmət Hacıyev Pakistana təşəkkürünü bildirdi
Ərdoğanın oğlu Bakıya gəldi
Etibar Məmmədov “Konstra” MTK 73263.53 AZN, “Orxan TİT” MMC Isə 263204.46 AZN Vergi Borcunu Ödəmir.
Ərdoğanın oğlu Bakıdakı “Şirvanşah” muzey restoranında
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb - YENİLƏNİB
“Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur” - Hikmət Hacıyev
Rektor 1 milyona ev, 440 min manata cip aldı
Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı
Türkiyədə Polad Həşimovun adını daşıyan park açılacaq
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Hikmət Hacıyev brifinq keçirir - CANLI
Rektorun həbsi tələb olunur - 140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı
“Azərbaycanın böyük dostu koronavirusdan vəfat edib” - Hikmət Hacıyev
“Ermənilər ölülərdən də intiqam almaq istəyiblər” - Hikmət Hacıyev
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Hikmət Hacıyev BMT-yə üzv dövlətlərə müraciət etdi (FOTO)
Hikmət Hacıyev Ermənistanın talançılığından yazdı
Hikmət Hacıyev “New York Times”a edilən hücumdan yazdı
Hikmət Hacıyev: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
Hesablama Palatasında yüksək vəzifələrə namizədlər AÇIQLANDI
Prezidentin köməkçisi bloqerlərlə GÖRÜŞDÜ
Hikmət Hacıyevdən maraqlı jest - VİDEO
Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük - Hikmət Hacıyev
Hikmət Hacıyev NATO qərargahını ziyarət edəcək
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev
“Düşmən döyüş meydanından qorxaraq qaçır“ - Hikmət Hacıyev
Hikmət Hacıyev Ermənistanın TRT-ni hədəfə almasını pisləyib
BSU-nun şöbə müdirinə cinayət işi açıldı
İranın dəstəyini yüksək qiymətləndiririk - Hikmət Hacıyev
Bu kafe və restoranlar cərimələndi - SİYAHI