"Bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir?" - "Kontakt Home"dan DAHA BİR ŞİKAYƏT
10-06-2021, 11:48
42

"Bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir?" - "Kontakt Home"dan DAHA BİR ŞİKAYƏT

"Şikayətim "Kontakt Home"la bağlıdır. Deməli, bir neçə il öncə Sumqayıtda yerləşən mağazalarından kreditlə 2 ədəd telefon aldım. Qızıl zəmanətlə... 10 gün keçmədən telefonlardan biri xarab oldu. Apardım servislərinə. Mənə bildirildi ki, telefon 15 gün ərzində təmir olunub sizə veriləcək". DİA.AZ bildirir ki, bu barədə Qadir Ağakişiyev adlı narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.

Daha sonra narazı vətəndaş yazır: "Əvəzində mənə müvəqqəti işlətmək üçün telefon verməli olduqları halda bunu etmədilər . Bu məsələnin üstünə varmadım və dedim 15 gün gözləyərəm eybi yoxdur... təki telefon düzəlsin. Həmin 15 gün 2 ya çəkdi. Dəfələrlə müraciət etsəm də, nə həmin telefonu, nə də yeni telefon mənə vermədilər. Əvəzində mənə bildirdilər ki, işləmədiyini telefona görə ödəmə etməlisiniz və bu aylar ərzində üstünə gələn faizlərlə birge)) onlara bildiyim 3 müxtəlif dildə filial müdirlərinin tutmuş sıravi işçilərinə qədər izah etsəm də ki, ay qardaş, ay xanım, mən işlətmədiyim telefona görə niyə kredit ödəməliyəm... xeyri olmadı!

Bu yaxınlarda məni məhkəməyə veriblər və müzəffər Sumqayıt şəhər məhkəməsi də onların xeyrinə qətnamə çıxardıb. Düzdür, Apellyasiya şikayəti verecəm, amma "Kontakt Home" rəhbərliyi və hüquqşünaslarının vicdanı sızlayırmı heç? Mən niyə görə vaxt itirməliyəm?

Qələt edib sizdən kredit götürmüşəm? Ümumiyyətlə, bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir? Bilən varsa, desin... gedim qapısına ki, olmaz belə..."

Oxşar xəbərlər

"Kontakt Home"un zəmanəti heç bir işə yaramır" - REBRENDİNQ BELƏ KÖMƏK ETMƏDİ
Vətəndaş dələduzluqla üz-üzə qalıb... - GİLEY
Deputatın şirkəti NARAZILIQ YARADIR... - ETİRAZ
"Xahiş edirəm mənə köməklik edəsiniz" - GİLEY
"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur Facebook qrupunu alıb - İDDİA
"İrşad Elektronics" ancaq narazılıq yaradır - GİLEY
"Optimal Elektronics"də müştəri hüquqları tanınmır - GİLEY
"Kapital Bank" müştərisinə necə əngəl olur - GİLEY
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
"Kontakt Home"dan "Müştəriyəm, şikayətim var" qrupunu alması iddiasına cavab: - "Gülərək qarşıladıq..."
“Kontakt Home”dan növbəti şikayət-250 manatlıq “defekt” malı geri qaytarmır...
"Çox heyif bu mağazadan ki, keyfiyyətli xidmət görmədim..." - GİLEY
“Kontakt Home” müştəriləri necə aldadır?
Deputatın şirkəti NARAZILIQ YARADIR... - GİLEY
"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
İrşad Elektronics" mənim kimi müştəriləri aldadıb..." - GİLEY
"Ştutqart" Mağazalar Şəbəkəsi müştəri məmnuniyyətindən söhbət belə gedə bilməz... - GİLEY
"Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ... - GİLEY
ABC Telekomda ciddi problemlər var- Şirkətin sahibi Azər Süleymanov alıcıların hüquqlarını pozur
Vətəndaş qarşısında GÖMRÜK BARYERİ... - "Bu nə monopoliyadır?!"
Vətəndaş DGK rəhbərliyinə OD PÜSKÜRDÜ... - GİLEY
“Kontakt Home”, özünüz axmaqsız, elə bilirsiz…" - Müştəridən ETİRAZ
Deputatın şirkətində əcaib qayda-qanun... - GİLEY
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
''Kontakt Home”un rəhbərliyi Prezidenti saymır ?- Şirkətin sahibi olan millət vəkili  Elnur Allahverdiyev deyəsən qaşınır...
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
"Bizi korona yox, "Azəriqaz" yıxacaq..." - GİLEY
KONTAKT HOME-DƏ QANUNSUZLUQLAR- Deputat Elnur Allahverdiyev qərəzdən, qarayaxmadan danışır, hansı qərəzdən söhbət gedə bilər, cənab deputat ?
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - GİLEY