Nazirlik pulla satdığı torpaqları zor gücü ilə geri alır - 99 illik etibarnamənin ETİBARSIZLIĞI
10-06-2021, 16:27
51

Nazirlik pulla satdığı torpaqları zor gücü ilə geri alır - 99 illik etibarnamənin ETİBARSIZLIĞI

Bakı şəhəri, Ramana qəsəbəsi Şuşa şəhərciyi sakinlərinin Kənd Təsərrüfatı Nazirliyinə aid icarə əsasında aldıqları torpaqlar zor gücü ilə icarədarlardan alınır.

Bu barədə Yenicag.az-a “Şəfqət nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri və “Nur” uşaq evinin rəhbəri Aynurə Xudiyeva məlumat verib.

Aynurə Xudiyevanın sözlərinə görə, sotu 1300 manatdan torpaqları vətəndaşlara icarəyə veriblər. İndi isə əraziyə çoxlu sayda polis tökərək, insanları həmin torpaqlardan çıxarmaq istəyirlər:

“Şuşa şəhərciyində 450 məcburi köçkün yaşayır. Şəhərciyə aid olan torpaqlardan başqa digər torpaqlar Kənd Təsərrüfatı nazirliyinin balansındadır. Kənd Təsərrüfatı Nazirliyinin balansında olan torpaqları icarə əsasında vətəndaşlara satıblar. Ordan torpaq alan vətəndaşlar ev tikib. Digər vətəndaşlar kimi, mən də ordan torpaq almışam. Torpağı almaq üçün 14 min manat pul vermişəm. Kənd Təsərrüfatı Nazirliyininn və qəsəbə icrasının nümayəndəsi gəlib ki, ərazidən çıxın. Bizdən çıxarış istəyirlər. O torpaqların çıxarışı yoxdur. Hamıya torpaqlar 99 illik etibarnamə ilə satılıb. Nə camaatın torpağını vermirlər, nə də pulunu.

Hazırda əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edirlər. Əgər nazirlik torpağını istəyirsə, pulumuzu versin, çıxaq. Deyirlər, pulu kimə vermisiniz, gedin ondan alın”.

Aynurə Xudiyeva qeyd edib ki, ərazidə digər torpaqlar alınıb, hasarlanıb, onları çıxarmırlar, yalnız bir neçə məcburi köçkün ailəsinin aldığı torpaqları onların əlindən almaq istəyirlər.

Mövzuya qayıdacağıq…

Oxşar xəbərlər

Prezidentdən azad edilmiş ərazilərdəki torpaqlarla bağlı FƏRMAN
Daşınmaz əmlakla bağlı tariflər də artırılıb - SİYAHI
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Salyanda torpaq sahələrini işğal edən oliqarxlar
“Elə bil it damıdır, bunlar nə gündə yaşayıblar…” – Prezident Şurnuxdan danışdı
Prezidentdən Qarabağda bərpa olunacaq şəhərlərlə bağlı TAPŞIRIQ
Biləsuvarda görünməmiş alver: - Dövlətin milyonlar xərclədiyi toprağı kimlər satır?
Əhməd Əhmədzadədən DTX-ya şikayət olundu... - Müraciət...
Prezident Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul etdi
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
Dilqəm Əsgərovun oğlu DTX-ya şikayət etdi
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi
Şuşa şəhidinin atasından prezidentə müraciət - "“Dəmir yumruğu” işə salmağınızı xahiş edirəm..."
Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY
Ramiz Mehdiyevin həyat yoldaşına qarşı məhkəmə prosesi başladı
Məsələ benzinin bahalaşmasında deyil, əsl BÖHRAN BURDADIR! - NƏ BAŞ VERİR?
"Ordan da imtina sms-i gəlib ki, pensiya alıram" - GİLEY
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Bu ərazilərdə bayram yarmarkası keçiriləcək
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri...-   Müdirin yonca sahələri,  fermaları...
Məcburi köçünlərin torpaq bölgüsü bu cür aparılacaq
Şəmkirdə özbaşınalıq... - NARAZILIQ!
Musa Pənahovun Qubada gilas bağı – Torpaqlar neçə ələ keçirilir?
Ucarda Əhmədzadənin adamı KƏNLİLƏRƏ QARŞI - GİLEY
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
Cəlilabadda icra başçısı həbs olunsa da... - İTTİHAM
“Dizel işi”ndə ittiham olunan sabiq nazir öldü
Fermerlər ölkə rəhbərliyindən kömək istədi - Müraciət...