"Yeni Bakı" şəhərciyində növbəti qalmaqal: MTK borcu olmadığı halda sakinin işığını kəsib - "Azərişıq" MTK ilə bacarmır
16-06-2021, 17:30
64

"Yeni Bakı" şəhərciyində növbəti qalmaqal: MTK borcu olmadığı halda sakinin işığını kəsib - "Azərişıq" MTK ilə bacarmır

“Artıq üç gündür ki, komendantlıq qanunsuz olaraq işığımı kəsib, “Azərişıq” isə heç bir müdaxilə etmir”.
Bu sözləri Yeniavaz.com-a şikayətində “Yeni Bakı” Yaşayış Kompleksinin sakini Azər Babayev deyib. O bildirib ki, qızmar yay günlərində işığının kəsilməsi onlara bir çox problemlər yaşadır: “Artıq üç gündür ki, işığımız kəsilib. Mənimlə birlikdə bir neçə sakin də eyni problemlə üzləşib. Komanendantlıq özlərinin qoyduğu qanunsuz ödənişlər var onları ödəmədiyimiz üçün bu addımı atıb, hansı ki, bizim elektrikə borcumuz ümumiyyətlə yoxdur. “Azərışıq” isə bizim şikayətimizə baxmır, problemlərimizin həlli üçün bizi komendantlığa yönləndirir. Evdə uşaqlar var 21-ci əsrdə biz şam işığında yaşayırıq”.
Sakinlər “Azərişıq” və Energetika nazirliyinin qaynar xətti ilə olan telefon danışıqlarını da redaksiyamıza təqdim ediblər. “Azərişıq”ın qaynar xəttindən sakinə bildiriblər ki, onlar şikayətlərini komandantlığa etsinlər və bu barədə vətəndaşa heç bir köməklik edə bilməyəcəklərini deyiblər.
Energetika nazirliyindən isə vətəndaşa deyilib ki, onların elektriklə təchizatı “Azərişıq”dan başqa heç kəs tərəfindən dayandırıla bilməz. Komandantlığın vətəndaşın işğını kəsməsi tam qanunsuzdur.
Sakinlərin şikayəti ilə əlaqədar olaraq Yeni Bakı Yaşayış Kompleksinin komendantı Azər adlı şəxslə əlaqə saxladıq. O Yeniavaz.com-a bu barədə məlumat verə bilməyəcəyini bildirdi.
"Azərişıq" ASC-dən məsələ ilə bağlı Yeniavaz.com-a bildirildi ki, artıq bu problemlə bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Vəkil Araz Yusifov komendantlığın sakinin işığını kəsmək ixtiyarının olmadığını bildirdi. O son illərdə bu kimi halların tez-tez təkrarlandığını qeyd edərək, MTK-ların vətəndaşların işıq, su, qaz təchizatını dayandırmaqlarını onlara bir təziq vasitəsi kimi istifadə etdiyini vurğuladı.
Daha ətraflı videosujetdə:

Oxşar xəbərlər

Sakinlərə zülm edən AAAF Park... - Günahı dövlət qurumunun üzərinə atır...
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
Ödəmə terminallarında 1 manat əlavə tutulması ilə bağlı AÇIQLAMA
Tanrıverdi Mustafayevə vəzifə verildi
“Azərişıq” DTX-nın saxladığı məmura vəzifə verdi – Vilyam işi…
Vüqar Əhmədov yerlərdə inkişafı və xidməti bu cür təmin edir? - İTTİHAM
İşığın qiyməti qalxacaq? - RƏSMİ AÇIQLAMA
Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək - VİDEO
Terminaldan işıq pulu ödənişlərinə görə əlavə 1 MANAT TUTULACAQ
“Azərişıq” ASC-nin 4300 borc yazdığı vətəndaş fəryad edir... - “Bu şişirdilmiş rəqəmlə biz vətəndaşları aldadırlar...”
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
“Azərişıq”ın əməkdaşı şəhid oldu
“Azərişıq” ilə “Azərenerji arasında BÖYÜK SAVAŞ
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? – FOTOFAKT
İşıqla bağlı əhaliyə VACİB AÇIQLAMA
Məşhur iş adamı “Azərişıq”ı MƏHKƏMƏYƏ VERDİ
"Azərişıq”ın milyonları “yeyən” ağacları – 639 minlik tenderin izi ilə
Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
“İşıq pulu” bu ay niyə çox yazıb? - Vətəndaş iradlarına rəsmi cavab
“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi
“Azərişıq” 2 region və 10 rayona yeni rəis təyin etdi
“Azərişıq“ın yarım milyondan çox pulunu mənimsəyən şəxs hakim qarşısına çıxarılır
Tanrıverdi Mustafayevi Vaqif Aydınoğlu əvəzlədi - TƏYİNAT
“Azərişıq“ Almaniya şirkəti ilə əməkdaşlıq edəcək
Balababa Rzayev getdi, Vüqar Əhmədov  gəldi  “Azərişıq” ASC-yə nə dəyişdi ?- Dövlətin ayırdığı  4 milyon bəs etmir ..?
İşıq sisteminin BABASI... - Yeyinti ittihamı
“Azərişıq”dan 800 minlik şübhəli müqavilə – ASC inşaat şirkətindən yük maşını icarəyə götürür
“Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı
İşığı kəsilən abonentlərin NƏZƏRİNƏ!