“169 ailə küçədə qalmalı deyil ki...” - “Konstra” MTK-dan ŞİKAYƏT
30-06-2021, 10:27
180

“169 ailə küçədə qalmalı deyil ki...” - “Konstra” MTK-dan ŞİKAYƏT

Konstra” MTK-dan mənzil alanlar aldadıldıqlarını deyirlər
3 il əvvəl “Konstra” MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasından nağd və kredit yoluyla mənzil almış vətəndaşlar Meydan TV-yə şikayət edib. Onların sözlərinə görə, 150-dən çox vətəndaş bu şirkətlə “Orxan TİT” MMC arasında yaranmış narazılığa görə mənzillərinə köçə bilmirlər. “Orxan TİT” MMC binanın sifarişçisi olub.
“Təqsiri bir-birlərinin üzərinə atırlar”
Məsələn, binadan mənzil almış Asif Məmmədov deyir, 3 il əvvəl mənzilə görə 67 min manat ödəyib. Sonradan xəbər tutub ki, torpağın sahibiylə podratçı “Konstra” MTK arasında mübahisə yarandığına görə tikinti dayandırılıb:
“Torpaq sahibi “Orxan TİT” şirkətidir. Həmin şirkətdən bizə dedilər ki, “Konstra”nın mənzil satmaq hüququ olmayıb, o şirkət yalnız binanı tikib sifarişçi kimi bizə təhvil verməliydi, mənzilləri satmaq hüququ bizdədir. Bu məsələni “Konstra” şirkətiylə danışanda isə onlar da təqsiri “Orxan TİT” MMC-nin üzərinə atırlar, deyirlər, həmin şirkət bizə gördüyümüz işin xərcini ödəmədiyi üçün mənzilləri satışa çıxarmışıq. Bir sözlə, ortada zərər ev alana dəyib. Artıq kirayəhaqqı da ödəyə bilmirik”.
“Konstra MMC”-nin faktiki sahibi Hesablama Palatasının şöbə müdiri Bəhram Abbasov olsa da, rəsmi təsisçisi oğlu Bəsrət Abbaslıdır. O, bu yaxınlarda yerli mediaya bildirib ki, təsisçisi olduğu şirkət binanın tikintisində podratçı olaraq fəaliyyət göstərib. Sifarişçi “Orxan TİT” MMC ilə bağlanmış müqaviləyə görə, mənzillərin satışı tərəflər arasında bölüşdürülmə prinsipi ilə razılaşdırılıb. Ancaq bildirilir ki, “Konstra”da yaranmış şirkətdaxili problemlərdən istifadə edən satış üzrə menecer ondan xəbərsiz möhürü ələ keçirərək limitdən artıq mənzil satıb.
Faktla bağlı cinayət işinin istintaqı davam etsə də...
Ötən il Baş Prokurorluq bu məsələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olandan sonra araşdırma başlanıb. Nəticədə “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu həmin binadakı mənzillərin “Konstra” MTK-nın təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda satışa çıxarılmasına, satışdan əldə olunan pullarınsa dələduzluq yoluyla ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Maliyyə arayışı
Maliyyə arayışı
Mənbə: Meydan TV
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
“169 ailə küçədə qalmalı deyil ki...”
Mənzil almış vətəndaşlarsa deyir, 2 ildən çoxdur ki, qeyd olunan idarə tərəfindən cinayət işinin başlanmasının onlara hər hansı faydası dəyməyib. Qaməddin Teymurov:
“Evlərin pulunu ödəyib oturub gözləyirik ki, nə vaxt bina hazır olacaq, evlərimizə köçəcəyik, “Orxan TİT” ortaya çıxıb deyir ki, pul ödədiyiniz “Konstra” MTK sizə evləri qanunsuz satıb. Halbuki, biz elə əvvəldən ortalıqda “Konstra” MTK-nın işçilərini görmüşük, ərazidə “Orxan TİT” nümayəndəsi də olmalıydı ki, vətəndaşlar mənzillərlə maraqlanmağa gələndə onları həmin nümayəndələr qarşılayardı, biz də mənzili kim satır, pulu kimə verməliyik, müqaviləni kiminlə bağlamalıyıq, bilərdik. 2 ildir deyirlər, cinayət işi başlanılıb, araşdırılır. 169 ailənin mənzilini tikib versinlər, sonra kimi cəzalandıracaqlarsa, cəzalandırsınlar, küçədə qalmalı deyilik ki...”

Oxşar xəbərlər

Etibar Məmmədov “Konstra” MTK 73263.53 AZN, “Orxan TİT” MMC Isə 263204.46 AZN Vergi Borcunu Ödəmir.
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!
Yeni tikililərdə fırıldaq: Çıxarışdakı ölçü ilə müqavilədəki niyə üst-üstə düşmür? - VİDEO
Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO
“Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Bu məhşur general Bakıda bir günündə 12 mənzil aldı – ev sahibləri isə…-ŞOK GƏLİŞMƏ
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
Abşeronda bir mənzil iki nəfərə satıldı - VİDEO
Şərurlu İsfəndiyar şəhid ailəsini necə cəncələ salıb? – Mehriban Əliyevaya şikayət olundu
73000000  manat  oğurlayan  Vidadi Zeynalov kimi dələduz necə azadlığa çıxdı ?- O,  indi də qohumu Ceyhun Cəfərovu həbsdən qurtarmaq istəyir
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
“Şərurlu İsfəndiyar”ın şəhid anasına qarşı 54 minlik mənzil oyunu
Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı
İcra başçısı rayonu sökür - Qarşıdurma
Dövlət İmtahan Mərkəzi “tender canavarı”nı ad günündə sevindirdi
Bakıda şirkət rəhbəri həbs edildi
Şirkət fırıldaqçı çıxdı, MİDA boyun qaçırır – Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir
Niyam pulsuzluqdan gileyləndi: “Evimi, maşınımı satıram“
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Daha iki şirkət Azərbaycandakı nümayəndəliyini ləğv etdi
SON DƏQİQƏ! Abşeronda yenə ara qarışdı:narazı camaat küçələrə axışdı- ETİRAZ AKSİYASI – CANLI YAYIM
Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır ?-  Böyük maxinator Vidadi Zeynalov yenidən həbs oluna bilər…
Paytaxtda məktəbi zülmətə qərq edəcək bina tikintisi ETİRAZ DOĞURDU
İcra başçısının sevimli şirkəti qalib oldu - Milyonlar şirkətə belə axıdılır
“Azgerneft” MMC niyə SUSUR? - GİLEY
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar