"Gecələr gizli olaraq müdaxilələr edirlər..." - İTTİHAM
21-07-2021, 10:34
49

"Gecələr gizli olaraq müdaxilələr edirlər..." - İTTİHAM

""Azəriqaz" smart kartla çalışan sayğaclara gecələr gizli olaraq müdaxilələr edir".

Qlobal.az xəbər verir ki, bu barədə feysbukda Azərbaycan MEA-nın aparıcı elmi işçisi Şahin Bağırov yazıb:

"Azəriqaz sistemində həyata keçirilən böyük maxinasiyanın sirrini açıram. Bunu mənə Azəriqazda məsul işdə çalışan, adının açıqlanmasını istəməyən bir nəfər söylədi. Məlumatınız olsun ki, smart kartla işləyən sayğaclar ölkədə ləğv olunur və əvəzinə mexaniki sayğaclar qurulur. Gecə radələrində vətəndaşlar üçün istismara verilən smart sayğaclara Azəriqazın yerli əməkdaşları tərəfindən gizli olaraq müdaxilələr edilir və sayğaclar dayanır. Şikayətçi olan abonentə sayğacın istismar müddətinin bitdiyi bildirilir və əvəzlənərək yeni mexaniki sayğaclar quraşdırılır. Köhnə sayğacları təhvil alan laboratoriya məhz müdaxilə olunduğunu əsas gətirərək abonenti 216 manat cərimə edir. Bu, kütləvi hal almaq üzrədir və bu oyunbazlığın tədricən bütün abonentlərin başına gətirilməsi nəzərdə tutulub. Bu "cərimələr" bəzən börc ödənilməsi formasında abonentlərə ödətdirilir. Hüquqi baxımdan sayğaclar yaşayış obyektinin daxilində quraşdırılmalıdır. Çöldə quraşdırıldığı üçün Azəriqazın gecə quldurları asanlıqla müdaxilə edərək smart sayğacların ekranlarını xarab hala sala bilirlər. Bəzi sayğacların klapanları götürülür ki, müdaxilə olunduğu sübut oluna bilsin. Bizim qonşulardan bir neçə nəfər açıq şəkildə qaz sayğacına müdaxilə edən yerli qaz idarəsi əməkdaşlarını qova biliblər. Əgər başınıza bu iş gəlibsə mütləq İctimai Nəzarət Şurasına müraciət edin. Hərçəndi onları da "başa salmaq" problemli məsələdi...".

"Azəriqaz"dan iddialara münasibət bildirilməyib.

Oxşar xəbərlər

“Azəriqaz”ın ənənəvi “qazlama” əməliyyatı: - “Abonent smart sayğacın yerinə qaytarılmasını tələb edə bilər"
“Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
"Azəriqaz" bizi necə qazlayır... - Gizli sövdələşmə İDDİASI...
“Azəriqaz” müştərilərinə kələk gəlir - NARAZILIQ!
Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa…
Mexaniki sayğaclar kimin marağına XİDMƏT EDİR? - qiymət artımının bir növüdür...
“Azəriqaz”ın qanunlara zidd sayğacdəyişmə əməliyyatı – Ay yarıma 162 manat...
Sayğaclarda limit fırıldağı – “Azəriqaz”ın məsuliyyətsizliyi, yoxsa maxinasiya? – ŞİKAYƏT
"Maraqlıdır, nə bəhanə uyduracaqsınız?" - "Azəriqaz" abunəçisini heyrətləndirir...
Bu gündən yeni qaz sayğaclarının quraşdırılmasına başlanılır
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: - İnsanlar bu "nağıla" inanmır
Vətəndaş “Azəriqaz”ın əlindən fəryad edir: - “Allahdan qorxmursunuz?
Deputatdan sayğaclarla bağlı açıqlama: “Mənə çoxsaylı müraciətlər olur”
"Azəriqaz"dan sayğaclarla bağlı açıqlama - VİDEO
Qaz sayğacları ilə bağlı mühüm açıqlama
Qaz sayğacları "Bakıxanov Rezidens"də 500 manata satılır - GİLEY
"Azəriqaz" özünə yeni QAZANC YERİ TAPIB? - Yeni sayğaclar alınması vacibdirmi?
“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək
Qaz limitini keçənlərin DİQQƏTİNƏ: Bu gün yükləyəcəyiniz balans...
"Azəriqaz" yeni ilə belə girdi... - Yenə də şikayətlər...
Bakıda 3 yeni zavod tikiləcək
BNA bu dayanacaq üçün 25 min manat ödəyir
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
İşıqla bağlı əhaliyə VACİB AÇIQLAMA
Xaçmazda gizli toy keçirən şəxslər saxlanılıb
"Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR!
"Azəriqaz"da korrupsiya şəbəkəsi iş başında - NARAZILIQ!
AzTV-nin vəzifəli şəxsi "Azəriqaz"ı tənqid etdi: "Narazılar haqlı imiş..."
“Azəriqaz”dan Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsinə açıqlama gəldi...