“Dönüş-1” MMC  tikinti şirkəti Ali Məhkəmənin qərarını saymır-  Bina tikən şirkət vətəndaşlara hədə-qorxu gəlir, qanuni evlərindən zorla köçürür
27-07-2021, 11:52
745

“Dönüş-1” MMC tikinti şirkəti Ali Məhkəmənin qərarını saymır- Bina tikən şirkət vətəndaşlara hədə-qorxu gəlir, qanuni evlərindən zorla köçürür

“Dönüş-1” MMC  tikinti şirkəti Ali Məhkəmənin qərarını saymır

Bina tikən şirkət vətəndaşlara hədə-qorxu gəlir, qanuni evlərindən zorla köçürür 

Bilərəkdən qəza vəziyyətinə salınan evlər uçsa, insan tələfatı olsa, kim cavab verəcək ? 


Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 42 və 44 ünvanda yaşayan Cavanşirov Elçin , Məmmədov İlqar və Məmmədli  Nəsir  Gundelik-baki.com  saytına müraciət ediblər. 
Müraciəti olduğu kimi təqdim edirik: 

Biz Səbail rayon sakinləri  biznes məqsədilə bina tikən  “Dönüş-1”  MMC şirkətinin fəaliyyətindən, daha doğrusu, qanunsuz  hərəkətlərindən dövlət qurumlarına şikayət  edirik. 
Bu tikinti  şirkəti  4 -cü ildir ki, bizim  məhəllənin sakinlərinin  başına açmadığı oyun, etmədiyi zülüm qalmayıb.
Bu şirkətin  4 ildə bizlərə  verdiyi əziyyətlərin, mənəvi-psixoloji zərbənin  qarşılığını heç cür kompensasiya etmək mümkün deyil. 
Sözün qısası,  “Dönüş-1”  MMC şirkəti  2017-ci ildən bu günədək  bizim məhəllədə  biznes məqsədilə bina tikməklə məşğuldur. 
Şirkət ərazidəki  mənzil sahiblərinin razılığı olmadan  evləri zorla uçurub. Digər mənzil sahiblərini isə məhkəmədən təzyiq vasitəsi kimi istifadə edərək qanuni mənzillərindən çıxartdırıb. 
Şirkətin təzyiq və hədələrinə davam gətirməyən, dözə bilməyən qonşular  məcburi şəkildə razılaşmaqdan başqa çıxış yolu görməyib öz mənzillərini tərk etdilər.
Hazırda  ərazidə  3 mənzil,  3 ailə tikinti gedən sahənin ərazisində qalıb. Bu şirkət bizə hər cürə güc göstərir, təzyiq göstərir ki, biz də məcbur olub  evlərimizi tərk edək. 
Onu da qeyd edək ki, bizim mülkiyyət hüququmuza xitam verilməsilə bağlı  “Dönüş -1” MMC-nin məhkəmədə qaldırdığı  iddia tələbini  Ali Məhkəmə  rədd etdi.
İddia təmin edilmədi və  mülkiyyət hüququmuz qorundu. Buna baxmayaraq tikinti şirkəti evimizə  bitişik mənzilləri sökməklə bizim mənzillərə də zərər vurub, mənzillərimizi  qəzalı  vəziyyətə  salmaq istəyirlər.
Bunun üçün də mənzillərin  2 metrliyində ağır texnika ilə - buldozerlə  söküntü işləri aparırlar. Artıq mənzildə çatlar, yerdə çatlar yaranıb. Hər an mənzillərimiz  uçmaq təhlükəsilə üz-üzədir. Hər gün hədə -qorxu gəlirlər ki mənzildən öz xoşunuzla çıxmasanız,  evlərinizi uçuracağıq, lap zorla olsa  da.
Dövlətin paytaxtında, Bakını mərkəzində elə bil Suriyada müharibə vəziyyətində yaşayırıq, evlərimizin pəncərələri, şiferləri məhz şirkətin fəaliyyəti nəticəsində sınıq-sıniq olub. İraq olsun, evlərimiz uçsa, insan tələfatı olsa, buna görə kim cavab verəcək ? 
Qoy, əlaqədar  dövlət qurumları bu barədə düşünsün və ailələrimizi  “Dönüş-1” MMC-nin əlindən xilas etsin.

Oxşar xəbərlər

Qida Təhlükəsizliyi Dövlət Agentliyi niyə Veysəloğlu  şirkətinin məhsullarına nəzarət etmir ?
Aşıq Namiq məhkəməlik oldu - DİN-dən açıqlama
Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü
Bakıda bu binalar söküləcək
"Gloria Palace" MTK “ŞƏMS” körpələr evini uçurdur - NARAZILIQ!
"İcra başçısı özünü qanundan üstün sayır"- Nəsimidə gecə ilə evləri sökən qoçular - Videoreportaj
Alimpaşa Məmmədovun satdığı park ərazisində tikilən binalar budur - FOTO
“Kontakt Home”nin rəhbərliyi  Prezidentin tövsiyyəsini qulaqardına vurur...-  Deputat  Elnur Allahverdiyevin şirkətində “qara mühasibatlıq”
Bakı Apelyasiya Məhkəməsi Ata Abdullayevlə bağlı qərar verdi
Həbsdə olan Ata Abdullayevdən XƏBƏR VAR
"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var
Tikinti şirkəti ağacları kəsdi, Xətai sakinləri etiraza qalxdı - FOTO/VİDEO
“Aztelekom” adı cinayət işində hallanan şirkətdən 4,2 milyon manata dirəklər alacaq - TƏFƏRRÜAT
Qadını şantaj edib, 15 min tələb edən şəxs tutuldu
Özünü polis kimi təqdim edən şəxsin daha bir cinayəti ortaya çıxdı
Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Rayonda binalar tikən  Nərimanov ESTATE MMC  özünü jandarm kimi aparır- “Premium Resedence”nin şərikləri Toğrul, İbrahim kimdir ?
"Kərimin ailə quracağı xanım mənə hədə-qorxu gəlir" - Mətanətin gəlinindən iddia
Dilarə ermənilərin kiberhücumuna məruz qaldı
Bakının bu ərazisində evlər plana düşdü - FOTO
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Bakıda bir evdən 5 gəncin meyiti tapıldı
“FF-2011” MTK vətəndaşlara qarşı... - QALMAQAL
İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası
Aqibət Məmmədov və yerli məmurların tender oyunları - Gəncədə milyonlar necə "yeyilir"?
Örüş sahələri işğal olunan Ağsu kəndliləri Prezidentə müraciət etdi
“Ana Kür” MTK-nın sədri Vahid Abdullayev və oğlanları vətəndaşların əmlakını mənimsəyib - GİLEY
Bina sakinləri Aşıq Ulduza qarşı ayağa qalxdı
Bakıda 24 mərtəbəli binanın zirzəmisində “moyka“ açdılar: Sakinlər ayağa qalxdı