Azərbaycan Respublikasının Prezidenti

cənab İLHAM ƏLİYEVƏ

Surəti: Gəncə şəhəri İcra Hakimiyyətinin

başçısı cənab NİYAZİ BAYRAMOVA

Gəncə şəhəri,Cavadxan qəsəbəsində yaşayan

Quliyev Vasif İsrafil oğlu və digər sakinlər

tərəfindən

Ə R İ Z Ə

Hörmətli cənab Prezident, biz üçüncü dəfədir ki,Sizə müraciət edirik. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və digər aidiyyəti şəxslərə dəfələrlə müraciət etsək də, müraciətimizə heç bir əhəmiyyət verilmir və bizimlə ümumiyyətlə, əlaqə saxlanılmır.

Biz, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayırıq. Bu qəsəbəyə el arasında "Quşçular qəsəbəsi" də deyirlər. Cənab Prezident, biz işıq üzünə həsrətik. Belə ki, yaşadığımız ərazidə əhalinin çox olmasına baxmayaraq orda transformator yoxdur. Bizim yaşadığımız ərazi ilə transformatorun arasında 650 metr məsafə var. Ona görə də bizə elektrik xətti çəkmirlər. Elektrik dayağı bizim yaşadığımız evin 450 metrliyində var. Amma dəfələrlə müraciət etməyimizə baxmayaraq bizim evlərə elektrik xətti çəkmirlər.Yaşadığımız ərazidə su da yoxdur, yolu çox bərbad gündədir. Elm-texnikanın bu qədər inkişaf etdiyi dövrdə biz elektrik enerjisinə həsrətik. Qonşuların bir neçəsi işıq olmadığına görə gedib başqa yerlərdə kirayədə qalırlar. Evdə azyaşlı uşaqlar da var. Bizim başqa yerdə kirayədə qalmaq imkanımız yoxdur. /DIA.AZ/

Xahiş edirik ki,bizim yaşadığımız ərazinin elektrik işığı ilə təmin olunmasına köməklik edəsiniz.

İmzalarımızı şəxsiyyət vəsiqələrimizin nömrəsi ilə təsdiq edirik:

Quliyev Vasif İsrafil oğlu AZE 15549265

Qarayev Aqşin Zahid oğlu AZE 16786973

Məmmədova Fərizə Kərim qızı AA 2887246

Tağıyev Zabit İbrahim oğlu AZE 03803143

Nağıyev Tural Əmiraslan oğlu AA 1916087

Bağırov Xəzani Xəqani oğlu AZE 14843188

Bağırov Firdovsi Fizuli oğlu AA 0091408 və başqaları 75 nəfər

ƏLAQƏ TELEFONUMUZ: 050 694 04 18